Salam. Uzun müddət bundan qabaq, yadımdan da çıxıb nə vaxt, Xəzərdə ÇQK-nın elitar oyunun bir variantını aparırdım. Xəzərin dəyişilməz və əbədi prezidentinin verdiyi dəstəkdən sonra bu layihə Aşxabad batan kimi batdı. Hal-hazırda Klubda yaşanılan bu cür şəlakət məni hərəkətə keçməyə vadar edir. To est, heç kim mane olmayanda hər şey yaxşı gedir. Nə isə, Elitar oyunun reanimasiyasını aparmaq və Xəzərdə nəhayət ki, istiotlu

bir oyun görmək arzusunda olan bir şəxs kimi, Sizə yəni Xəzər əhlinə müraciət edirəm: Elitar oyunu görmək, oynamaq və s. istəyənlərin nəzərinə - suallarınızı mənə aşağıdakı unvana göndərə bilərsiniz. Toplanılacaq suallar may ayına planlaşdırdığım 3 seçim və 1 final oyunun aparılmasında istifadə olunacaq. Xahiş olunur ki, sual göndərəndə sualın müəllifi,mənbəsi dəqiq olaraq göstərilsin.
Oynacaq komandalar belə formalaşacaq. Aparıcının yəni mənim, elə bu mövzuda elan edəcəyim 3 şəxs - kapitan 3 komanda formalaşdıracaq. Komandanın kapitanı dövrə oyunlarda oynadığı komandadan yalnız 2 nəfərədək oyunçu seçə bilər. Digər namizədlər mütləq başqa komandadan olmalıdır. Seçimdə həm I, həm də II liqa iştirak edir.
Digər məlumatlarla gələn postlarda tanış ola bilərsiniz.
P.S. E-mail:f_huseynov@inbox.ru