Re: Azəri, yoxsa Azərbaycanlı?

Azərbaycanlılar hamısı Türk əsillilərdən ibarət deyil. Azərbaycan tarixən çoxmilətli dövlət olmuşdur, indi də bu belədir. Xoşunuza gəlsə də gəlməsə də bu həqiqətdir.Yaşlı nəslin nümayəndələri çox gözəl bilirlər ki Azərbaycanın Cənub bölgəsində Talışlar yaşamaqdadırlar. Siyəzən, Şabran, Xızı və Quba əhalisi, yerli sakinləri Tatlardır. Bakının bir sıra kəndləri, o cümlədən Nardaran kəndi, Mərdəkan, Şüvəlan, Maştağa kəndləri, Köhnə Suraxanı, Yeni Suraxanı və Balaxanı kəndlərinin yerli sakinləri Tatlardır. Mən öz yaşlı nənəmdən eşitmişəm ki Maştağa kəndində əvvəllər yaşlı xanımlar Tat dilində danışırmışlar,bu həqiqətdir. İndi Maştağada,Nardaranda bu dildə danışan şəxsə rast gələ bilməzsiniz, bu dil unudulduğu üçün işlənmir,lakin Bakının Balaxanı və Suraxanı kəndlərinin yerli sakinləri bu günə qədər ailələrində Tat dilində danışırlar. İsmayıllıdakı Lahiclar,Talışlar,Siyəzən, Şabran, Xızı və Qubadakı Tatlar o cümlədən Balakəndə və Zaqataladakı Avarlar hamısı eyni bir qrupdan, Fars-Hind qrupundandırlar və ata-babalrının dili qədim Dari dilidir. Bu yelərin əhalisi istiqanli, mehriban, mərd insanlardır və Azərbaycana çox dahi, məhşur şəxsiyyətlər vermişlər. Xızı torpağı dahi Cəfər Cabbarlı və Mikayıl Müşfiq, mədəniyyət sahəsində dünya şöhrətli Zeynəb Xanlarova, müğənni, bəstəkar Elza Seyidcahan, Nadir Qafarzadəni göstərmək olar. Cənub bölgəsi, general Mehmandarov, Həzi Aslanov və Mübariz İbrahimov kimi əvəzsiz qəhrəmanlar yetirmişdir. Elm sahəsində Ziya Bunyadov kimi ziyalı alimi, mədəniyyət sahəsində mərhum Münəvvər Kələntərli, Hacıbaba Bağırov, Azərbaycan Milli rəqslərinin əsasın qoyan baletmestr Əlibaba Abdullayev, estrada simfonik orkestrinin keçmiş bədii rəhbəri mərhum Rauf Babayev, müğənni Oqtay Ağayev, hazırkilardan Yalçın Rzazadə, Baloğlan Əşrəfov və s. Mərhum aktyorumuz Telman Adıgözəlovu Balakən torpağı yetirmişdi, məlumdur ki oranın əhalisi milli azliq sayilan Avarlardir. Bakının Balaxanı kəndinin yerli sakinləri Tatlardır və Balaxanı torpağından çıxan məhşurlardan mərhum bəstəkar Ələkbər Tağıyev, müğənnilərdən Almaz Ələsgərova, İzzət Bağırovu göstərmək olar. Qeyd etmək istərdim ki Cənub bolgəsinin mətbəxi Azərbaycanın digər bölgələrinin mətbəxindən qat-qat zəngindir, təssüf ki o bölgənin qədim yeməklərinin hamısı təbliğ olunmur. Bakı və Bakı ətrafı kəndlərinin yeməkləri də zənginliyi ilə Cənub zonası ilə bir siradadır. Azərbaycanda Kürd əsillilər də tarixən həmişə yasayiblar. Heç kimə sir deyil ki qədim Zəngəzur mahalının camaatı, Ermənistanlı, Qərbi Azərbaycanlı adlandırılan əhalinin ata- babaları Kürddür. Naxçıvanda bir çox kürd kəndləri mövcuddur. Qarabağın bir çox bölgələri Laçın, Qubadlı, Cəbrayıl rayonlarının əhalisinin Kürd əsilli olduqları hamıya məlumdur.Azərbaycan tarixi dərsliyindən oxumuşduq ki Şamaxıda keçmişdə Ərəb kəndləri mövcud olmuşdur. Əslən şamaxılı olan Nazpəri Dostəliyeva ilk televiziyaya çıxdığı vaxtlarda deyirdi ki əslim Samaxıdandır, ata-babalarım ərəb kökənlidir, mən Ərəb qızıyam. Şamaxının Mərəzə kənddində, Yevlaxda,Ucarda,Qaraçılar və yaxud bir sıra dövlətlərdə Roman adlandırılan əhali yaşamaqdadır. Azərbaycanın Şimal bölgələrində Qusarda, Xacmazda, Qaxda və s. çox sayda ləzgi xalqı yaşamaqdadır. Qubada, Bakıda cox sayda Yəhudi yasamaqdadır. Bizim tanıdığımız məhşurlardan Xəyyam Nissanov,Səməd Səmədov,Vado Karovin yəhudi əsilli Azərbaycanlılardır. Azərbaycanlılar adətən bir Türkiyə vətəndaşı görəndə onun Türk olduğunu düşünürlər, ancaq çoxları xəbərsizdirlər ki orada yalnız Türklər yaşamır, Türkiyə çoxmillətli dövlətdir. Türkiyənin Gürcüstana yaxın vilayətlərində, Trabzonda, Samsunda, Rizədə və s Qaradənizlilər yaşayır. Qaradənizlilər dedikdə, buraya Çərkəzlər, Karacaylar, Abxazlar, Gürcülər daxildir. Qaradənizli məhşurlardan baş nazir Rəcəb Tayyib Ərdoğan, incəsənət sahəsində müğənni Tarkan, Davud Güloğlunun adlarını çəkmək olar. Türkiyənin yerli xəbər proqramlarından birində statistik məlumata gorə ölkədə 20 milyondan artıq Kürd əsilli vətəndaşın yaşadığı bildirilirdi. Türkiyədə Kürd dilində telekanal da fəaliyyət göstərir. Orada Tatarların yasadigi bolgələr də var. Hamımızın tanıdığı məhşur teleaparıcı Bəyazit, Sərdar Ortac Tatar əsillidirlər. Bir sıra vilayətlərində bizim Qaraçı, onlarin isə Çingənə yaxud Roman adlandırdığı xalq yaşamaqdadır. Məsələn, müğənni Kibariyə Qaraçı əsillidir, Sibel Can və iki gündən bir Bakıya gələn Rafet Əl- Roman da həmçinin. Və oranın vətəndaşları öz əsillərini və milliyətlərini danmırlar, bizimkilər kimi utanmırlar və gizlətmirlər. Həmçinin çox sayda erməni yaşamqdadır. Əksəriyyətinin adları, soyadları da Türklərlə eynidir. Məsələn Sezən Aksu Türkiyə ermənisidir. Iran dövləti də coxmillətli ölkədir, orada Farslar, Türklər, Kürdlər, Ermənilər, Talişlar və digər xalqlar yaşamaqdadır. Bir məmləkət, hansı məmləkətlərlə həmsərhəddirsə həmin məmləkətlərin xalqlarından orada mütləq çox sayda yaşamaqdadır. İndi, son illərdə Mən milli və irqi ayriseckiliyn qəti əleyhinəyəm. Ancaq Azərbaycan televiziyasının efirlərindən 2 dəqiqədən bir Türk-Türk, Türk dünyası-Türk dünyası deməklə Türk olmayan azsaylı xalqları qıcıqlandırırlar, irqi və milli ayrı seçkilik yaradırlar. Belə çıxır ki əsli Türk olanlar birinci nov, yaxud birinci kateqoriya, ata- babası Türk olmayanlar isə ikinci kateqoriya insanlardır. Bu nə sözdür düşüb ağzınıza, Türk dünyası. Dünya, Allahın xəlq etdiyi bütün xalqların Dünyasıdır. Allahın yaratdığı Dünyadır və Dünya Allahın yaratdığı bütün xalqlar üçündür. Heç bir millət digər millətdən əksik deyil, bircə erməniləri çıxmaq şərtilə, torpağımızı işğal ediblər. Çox istərdim ki Türkpərəstlər gözlərini açıb dünyaya diqqətlə baxsınlar. Allah bir milləti yox, çox millətləri xəlq edib. Dünyada bütün mövcud olan dillər Allah tərəfindən insanlara vəhy yolu ilə verilmişdir. Bu səbəbdəndir ki, insanlar Allaha hansı dildə dua edirlərsə, Allah həmin duanı anlayır və qəbul edir. Dillərin hamısı çox gözəldir, pis dil ola bilməz, çünki çünki uca Allah tərəfindən hədiyyə edilib. Hamımız birik, hamımız insanıq, hamımız Azərbaycanlıyıq. Azərbaycanıın bu gün yaşamasında, var olmasında bu günlərə gəlməsində burada yaşayan bütün xalqların insanların hamısının böyük əməyi və zəhməti var. Mən fəxr edirəm ki mən Azərbaycanlıyam.