\"QIYAMCHI\" wrote:\"Nottenera\" wrote:Qiyamçı müellim, belke doğrudan da, komanda yığıb gelesiz biz tereflere bextinizi ve beyninizi sınamağa?
Hmmm...
Kimde oyun haqqinda etrafli melumati varsa zehmet olmasa rufatstein@yahoo.com adresine gondersin...
Gonderilen materialin icinde suallarin umumi tipi, komandanin terkibinde nece nefer olmagi ve s. ler olsa sevinerem...
Bu heftesonu Bakida ola bilmeyeceyim ucun gelen heftesonuna qatilmaq isterdim yoldashlarla birge...
Asagida ozumdeki hazir xarakteristikani yerlesdirirem.
«Nə? Harada? Nə zaman?» oyununun qısa xarakteristikası
Bu oyun – 6 nəfərdən ibarət komandaların onlara ayrılmış məhdud vaxt – 1 dəqiqə ərzində qarşılarına qoyulmuş suala düzgün cavab tapmaq qabiliyyətində yarışdıqları komanda oyunudur. «Nə? Harada? Nə zaman?» sualı özündə məntiq, intuisiya, müzakirə, yumor hissi, erudisiya elementlərini birləşdirən iki və ya üç pillədən ibarət olan tapşırıqdır. Oyunun idman variantı Rusiyanın “ORT” telekanalı ilə nümayiş olunan «Nə? Harada? Nə zaman?» oyunundan fərqlənir. Belə ki, oyunun idman variantını bir yox, daha çox komanda (komandaların sayı – oyun zalının hüdudları, oyun üçün lazım olan masa və oturacaqların sayı ilə məhdudlaşır) oynayır və bu zaman bir oyun üçün tamaşaçılar tərəfindən hazırlanan 12 sual deyil, sual yazmaqla professional şəkildə məşğul olan bilicilər tərəfindən hazırlanan daha çox sayda sualdan istifadə olunur. Bütün komandalar eyni bir zamanda, eyni bir zalda (komandaların sayı həddindən çox olarsa oyun bir neçə oyun zalında sinxron keçirilə bilər) və eyni suallara oynayırlar. Aparıcı sualı oxuyur və fikirləşmək üçün komandalara 1 dəqiqədən ibarət müzakirə vaxtı verir. Müzakirə bitdikdən sonra komandalar sayı yarışdakı sualların sayı qədər olan, onlara əvvəlcədən paylanılan və cavabların yazılması üçün nəzərdə tutulmuş cavab kartlarında suala düzgün hesab etdikləri cavabı yazırlar. Cavab kartının hansı komanda tərəfindən göndərildiyini müəyyən etmək üçün cavab kartında komandanın adı və ya nömrəsi və sualın nömrəsi mütləq yazılmalıdır. Daha çox suala düzgün cavab vermiş komanda daha yüksək yer tutur. Xal bərabərliyi yarandıqda isə qalib cavab verilmiş sualların reytinqinə əsasən müəyyən edilir. Sualın reytinqi ona cavab verən və cavab verə bilməyən komandaların sayına əsasən müəyyən edilir.