Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Başqa klublar, başqa turnirlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova, Nottenera

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby HAQVERDI » 15 Dec 2008, 20:00

Nigar_Kerimova wrote:
Icazenizle mudaxile edim. mence, oyundaki suallar cox gozel ve yuksek seviyyeli suallar idi. Zahmet olmasa hansi suali konkret beyenmediyinizi yazasiniz. 
Suallarin ekseriyyeti sirf mentiqe esaslanir ve cox cuzi fakt bilikleri teleb edirdi. Tecrubesiz ve yeni komandalar ucun bu suallar en meqbul sayilirlar.
Bu suallar Xezerde  oynanilib, size deyim ki, cox beyenilib ve oynanila bilen suallardan hesab olunur. Orda cemi 1-2 sual ola bilerdi goturulmesi cetinlik yaartsin. HEr paketde bele suallar da  olmalidir.
Mən suallarin məntiqli və ya məntiqsiz ,çətin və ya hasant olmağindan narazi deyiləm ,mən suallarin maraqsiz olmagindan narazi idim.Bu sizin öz şəxsi fikrinizdi ki,suallar çox gözəl və yə yuksək səviyyəli idi.Əlbəttə mən bunlarin hamisina şamil etmirəm,lakin əksəriyyət belə idi.Suallar konkret yadimda deyil lakin onlardan "gipnoz","miki maus","piyalə","istənilən rəqəm yazdi" cavablari olan suallari isə daha çox bəyənmədim Etiraf etmək lazimdir ki, bu suallar 3-cü Çağiriş kubokundaki  suallar ilə müqayisədə çox zəif idi.
Suallarina cavab tapan insan özünü də tapar!
User avatar
HAQVERDI
Dənizçi
 
Posts: 70
Joined: 27 Nov 2008, 21:50

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby HAQVERDI » 15 Dec 2008, 20:05

SEYMUR wrote:Qardaş, asand suallara oynayaraq onları tapmaqla heç nə əldə etmək olmaz. Heç mən belə hesab etmirəm ki, həmin suallar çətin idi. Sualları burada yerləşdirəcəyəm və təcrübəli oyunçulardan xahiş edəcəyəm ki, öz fikirlərini bildirsinlər.
Seymur muəllim mən də istərdim ki,bu suallari səhfədə yazib,təcrübəli oyunçularin fikirlərini öyrənəsiz,bu mənim üçün də maraqlidi
Suallarina cavab tapan insan özünü də tapar!
User avatar
HAQVERDI
Dənizçi
 
Posts: 70
Joined: 27 Nov 2008, 21:50

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby Arzu » 15 Dec 2008, 20:44

HAQVERDI wrote: Etiraf etmək lazimdir ki, bu suallar 3-cü Çağiriş kubokundaki  suallar ilə müqayisədə çox zəif idi.

Belke 2 ci cagirish kubokunu nezerde tutursuz ya da BDU-nun bu ilki turnirini. 3-cu Cagirish kuboku hele olmayib axi ;)
Arzu
Üçüncü dərəcəli kapitan
 
Posts: 849
Joined: 26 Apr 2007, 23:43
Location: Baki

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby NICO_R » 16 Dec 2008, 02:02

Düzgün cavablar doğrudan da az oldu... Amma hamısı təcrübəsizlikdən irəli gəlir. İNŞALLAH yaxşı olacaq!!! Esas odur ki, qabaqda 5 tur qalıb. Vəziyyəti düzəltməyə imkan var... ;)
Last edited by NICO_R on 16 Dec 2008, 02:07, edited 1 time in total.
Image
Azadlıq ve İstiqlaliyyət elə bir ağacdır ki, o vaxtaşırı azadlıqsevərlərin və ona qəsd etmək istəyənlərin qanı ilə suvarılmalıdır... (C.V)
   
User avatar
NICO_R
Miçman
 
Posts: 212
Joined: 15 Nov 2008, 19:27
Location: Azərbaycan Bakı

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby SEYMUR » 16 Dec 2008, 13:51

Xahişinizlə sualları yerləşdirirəm.

Təcrübəli oyunçulardan fikirlərini irəli srüməyi xahiş edirəm.

1. Makedoniyalı İsgəndəri basdırarkən onun  ovucları açıq və qolları qəbirdən sallanmış şəkildə idi. Bəs O bununla nə demək istəyirdi.
Cavab: Bu dünyadan heç nə aparmaq mümkün deyil

2. Bir yumoristik əhvalatda yanğın zamanı bəxtsiz xilaskardan danışılır. O, 4 nəfəri xilas etmişdi. Xilas olunanlardan biri binanın damında yerləşən daş heykəl idi. Xilas olunanların 3-ünün kimlər olduğunu deyin.
Cavab: yamğınsöndürənlər

3. Yanin İpoxorskiyin fikrincə kişinin həyatında 2 dövr var ki, qadını ümumiyyətlə başa düşmür. Onlardan biri – ailə həyatı qurana qədərdir. İkinci dövrün hansı olduğunu siz deyin
Cavab: Ailə həyatı qurandan sonra (Yəni, kişilər heç vaxt qadınları başa düşmürlər )

4. Özbək əfsanəsinə qulaq asın. Bir tacir var idi. O, hər zaman insanları çəkidə aldadırdı. Ondan bezən insanlar Allaha müraciət edib taciri cəzalandırmağı xahiş edirlər. Allah tacirə: “Sən hər zaman öz belində öz günahlarını gəzdirəcəksən” deyib onu (buraxılmış söz) döndərir. Nəyə?
Cavab: tısbağa

5. Amerikanın kəşfindən sonra bir çox teoloqlar hinduların insan deyil, iblisin öz çirkin əməlləri üçün yaratdığı varlıqlar olduğunu söyləməyə başlamışdılar. Nəyə görə ortodoksal kilsə bu fikri qəbul etmirdi?
Cavab: Yalnız ALLAH yaratmağa qadirdir!!!

6. Hindistanin bəzi ştatlarında dul qadınlar “sati” ənənəsinə sadiq qalaraq bu proseduru könüllü həyata keçirirlər. Bəs, könüllü olmayaraq 1431-ci ilin mayında bu prosedurdan keçən qadın hansı şəhərin “azadlıq mücəssiməsi” sayılır?
Cavab: Orlean

7. Monqolustanda ilk avtomobil toqquşması 1926-cı ildə olmuşdur. Bu Monqolustanın ən varlı adamının maşını ilə hökmdarın maşını arasında baş vermiş qəza hadisəsi idi. Bəs sizcə, bu toqquşmanın səciyyəvi əlaməti nə idi?
Cavab: Ölkədə o vaxt cəmi 2 avtomobil var idi.

8. Bu “ölüm aləti”-nin köməyilə 1978-ci ildə Londonda bolqar dissidenti Georgi Markov öldürülüb. O, dayanacaqda gözləyərkən sağ ayağının arxa hissəsinə nəsə sancıldlğını hiss edir. Bəs, bu üsuldan istifadə hansı fransıza dünya şöhrəti qazandırıb?
Cavab: Pyer Rişar (Ukol Zontikom)

9. E.ə IV əsrdə Platon “Bütün dünya – teatr” sözlərini demişdi. Arkadiy Raykin isə bu sözlərlə razılaşaraq deyirdi: “Bəli, biz hamımız aktyoruq, aktyor olmayanlar isə (buraxılmış söz)”. Fikri tamamlayın.
Cavab: Aktrisadırlar

10. 1988-ci lin oktyabrında bu aktyorun yubileyini onun çəkildiyi filmlər festivalları ilə Moskva, Tallin və Kiyevdə qeyd ediblər. “Film kommnet” amerikan jurnalı onu XX əsrin ən məhşur aktyoru adlandırıb. Onun heykəlləri madam Tüssonun və Malayziyada yerləşən məbədlərin birində Vişnanın heykəli ilə yanaşıdır. Hitler və Hebbels onu, “demokratik idola parodiya” hesab etdiyindən xoşlamırdı. Bu çox-qat “Oskar” sahibinin kim olduğunu qeyd edin.
Cavab: Mikki Maus

11. Yumoristik jurnal “Krasnaya Burda”nın redaktorlarının təxəyyülü nəticəsində yazılan zarafat: Bir məktəblinin gündəliyindən çıxarış: “On iki dekabr. Riyaziyyat müəlliməm günü gündən lap çox əsəbiləşir. O, bu gün mənə riyaziyatdan heç nə bilmədiyimi dedi və gündəliyimə BUNU yazdı”. Nəyi?
Cavab: hansısa rəqəmi
12.  Qədim Yunan mifologiyasına aid şəkillərin birində qadın təsvir olunmuşdu. Onun bir əlində yatmış ağ oğlan uşağı, digər əlində isə o biri uşağa oxşayan qara oğlan var idi. Ana- gecə ilahı olan Nikita idi. Oğlanların adını yazın.
Cavab: Ağ-yuxu (Gipnoss), qara- ölüm (Tanatos)

13. I Dünya Müharibəsinin əvvəllərində britaniyalı əsgərlər başlarına parçadan furajka qoyurdular. 1915-ci ildə onun əvəzinə kaskadan istifadə olunur. Bundan sonra başından yaralanan əsgərlərin sayı bir neçə dəfə artır. Niyə?
Cavab: Əvvəl furajkaya dəyən güllə nəticəsində əsgər ölürdü, kaskaya dəyən güllə isə onun yaralanmasına gətirib çıxarır

14. “Geo” jurnalının müxbiri yazır ki, əslində O, bulanıq-boz rəngdədir. Avropalılar ONU 1-ci dəfə XVIII əsrdə görüblər. ONUun adını tapın
Cavab: Narıncı çay (orange)

15. Üzgüçülük üzrə Olimpiya çempionu Qalina Prozumenşikova öz uşaqlığı haqda danışanda qeyd edirdi ki, rəfiqələri həmişə onu, bu xüsusiyyətinə görə ələ salırdılar. Ələsalmanın səbəbini tapın.
Cavab: Qalina üzə bilmirdi

16. Çernışevskinin “Proloq” romanının I hissəsi 2 sözdən ibarət hansı sözlə adlandırılıb?
Cavab: proloqun proloqu

17. Stanislavskiy demisdir: “Artist olmaq üçün təcrübə lazımdır, təcrübənin olması üçün teatr lazimdır, Teatrın olması üçün uğur olmalıdı. Bəs, məşhur rejissorun fikrincə uğurun olması üçün nə lazımdır?
Cavab: Artist olmaq

18. Qədim yunanlar bu yeri Liviya adlandırırdılar. O vaxt o, Asiyanın bir hissəsi hesab olunurdu. Orada ilk avstralopitek tapılmışdı. Bəs, biz o yeri necə adlandırırıq?
Cavab: Afrika

19. İnsanın hansı materialdan hazırlanması barədə bir çox mifik əfsanələr var və bu əfsanələr müxtəlif mənbələrə istinad edir. Gil - çox məşhur lakin, tək olmayan variantdı. Keltlərin miflərində isə insan başqa bir populyar materialdan hazırlanır. Siz isə 19cu əsrin Avropa ədəbi qəhrəmanının adını yazın, hansının ki, əmələ gəlməsi Kelt mifi ilə tam eynilik təşkil edir.
Cavab: Pinokio
Şərh: Buratino cavabı qəbul edilmir, 19-cu əsr!

20. Qədim yunanlar qulpsuz stəkana “fial” deyirdilər. Bəs, filoloq və tarixçi Mixail Leonidoviç Qasparovun fikrincə hansı müasir qabın adı bu sözdən götürülüb?
Cavab: Piyalə

21. Qədim Pompeydə arxeoloqlar yerli əhali tərəfindən yazılan divarüstü yazı aşkar ediblər. Siz isə bu divara yapışdırılmış bir yazını 2 sözlə tamamlayın: “Burada məndən başqa hamı.....”
Cavab: divarda yazır

22. Olimpiya oyunlarının cıdır yarışlarında at öz çaparı Fidolanı yerə atdı. Bəs, niyə Fidola yarışın qalibi elan olundu?
Cavab: At Fidolasız da I gəlmişdi

23. Malplokdda fransız ordusu ilə müharibədə qələbə çaldıqdan sonra, hersoq Malbroya onun döyüşçü istedadı haqda uduzan tərəfdən bir nəfər xeyli təriflər yağdırdı. Buna cavab olaraq hersoq qeyd etdi ki, “Mən uğur qazandım, çünki siz döyüşdə 1001 səhvə yol verdiniz, mən isə...”
Hersoqun fikrini tamamalayın.
Cavab: 1000 səhvə yol verdim

24. Lətifəyə qulaq asın: Bir turist qruppası Böyük Kanyona tamaşa edirlər. Gid soruşur:
- “Kimsə bu Konyonun yaşını bilir?”
Hamı susur və bir-birilərinə baxırlar. Ekskursantlardan biri əlini qaldırır və deyir:
-“ 1 milyon 3 il”.
- “ Bu cür dəqiqliyi hardan bilirsiz?” deyə Gid soruşur.
Ekskursant nə cavab verir?
Cavab: 3 il əvvəl bura gələndə siz bu Konyonun milyon yaşı olduğunu demişdiz.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby TURANLI » 19 Dec 2008, 23:38

Mənə məlumat verin, hələ də xəbərim yoxdu. Dövrə bitdi III liqada? Elədis ilk yerləri tutan artıq ikinci liqaya gəlməlidi ee. Bir də ki, ADU-da liqa məsələsini həll etmək lazımdı. Bizim əvəzimizə xalturaçılar girib v\camaatın beynini korlayırlar, gij gir suallarıynan.
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby Nigar_Yasinova » 20 Dec 2008, 01:06

Dovreni daha 5 hefte erzinde uzadiriq. Cunki, Sumqayit, ADU yeni qosulub bize. Hemcinin BDU-da oynayan komandalarin ekseriyyeti nisbeten gec xeber tutub oyundan.
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby SEYMUR » 25 Sep 2009, 10:32

Payız Kubokundan sonra Mənim Klubum layihəsi davam etdiriləcəkdir.
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby Kati » 19 Nov 2009, 10:53

SEYMUR wrote:Payız Kubokundan sonra Mənim Klubum layihəsi davam etdiriləcəkdir.

Klubun mahiyyeti neden ibaretdir?
Мне наплевать что вы думаете обо мне. Вот я о вас вообще не думаю!
Я АНГЕЛ в этом мире странном...
Я ДЬЯВОЛ-так меня назвали...
Я разгоню волну тумана, увижу голубые дали,
Я ДЬЯВОЛ с грустными глазами,
Я АНГЕЛ в крыльях цвета сажи...
User avatar
Kati
Dənizçi
 
Posts: 87
Joined: 03 Nov 2009, 22:53
Location: Baki ALLİANCE

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby TURANLI » 20 Nov 2009, 17:37

Kati wrote:
SEYMUR wrote:Payız Kubokundan sonra Mənim Klubum layihəsi davam etdiriləcəkdir.

Klubun mahiyyeti neden ibaretdir?

Olanda bilinələyh. Hələ ki kağız üzərindədi. Bir topa
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby Kati » 21 Nov 2009, 00:13

TURANLI wrote:Olanda bilinələyh. Hələ ki kağız üzərindədi. Bir topa

Belke heyata kecirek? men komek etmeye hazir:)
Мне наплевать что вы думаете обо мне. Вот я о вас вообще не думаю!
Я АНГЕЛ в этом мире странном...
Я ДЬЯВОЛ-так меня назвали...
Я разгоню волну тумана, увижу голубые дали,
Я ДЬЯВОЛ с грустными глазами,
Я АНГЕЛ в крыльях цвета сажи...
User avatar
Kati
Dənizçi
 
Posts: 87
Joined: 03 Nov 2009, 22:53
Location: Baki ALLİANCE

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby turan mucahidi » 30 Dec 2009, 19:42

sizden boyuk bir xahisim var...biz bu hefteden gelib xezerde oyunlara qoşula bilerik yoxsa gerek turnir qurtarsin???

biz oynamax istəyirik..,. :'( :'( :'( slavyan bezdirib))sualların 12-i azərbaycan 12-i rus dilindədi...bizdə təbii ki 1-ci kursda oxudugumuza görə rus dilli suallara cavab verə bilmirik...bununla belə 4tur 1-ci liqada oynayan yeganə 1-ci kurslarıx......cox etiraz etdik ,cox etiraz edənlər oldu ama anar dediki yox eyyy yox....biz bu həftədən yarışlara qoşula bilərik?????????? :roll:
User avatar
turan mucahidi
Dənizçi
 
Posts: 17
Joined: 15 Dec 2009, 20:05

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby KiPLiot » 30 Dec 2009, 22:28

turan mucahidi wrote:sizden boyuk bir xahisim var...biz bu hefteden gelib xezerde oyunlara qoşula bilerik yoxsa gerek turnir qurtarsin???

biz oynamax istəyirik..,. :'( :'( :'( slavyan bezdirib))sualların 12-i azərbaycan 12-i rus dilindədi...bizdə təbii ki 1-ci kursda oxudugumuza görə rus dilli suallara cavab verə bilmirik...bununla belə 4tur 1-ci liqada oynayan yeganə 1-ci kurslarıx......cox etiraz etdik ,cox etiraz edənlər oldu ama anar dediki yox eyyy yox....biz bu həftədən yarışlara qoşula bilərik?????????? :roll:


Bu hefte yeqin ki, oyun olmayacaq. Cunki, bayrama gore universitet bagli olacaq, amma sonraki heftelerde gele bilersiniz.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby alieva_n » 07 Jun 2010, 19:14

ne yarishdir bele?məktəblilər qoşula bilər?
alieva_n
Dənizçi
 
Posts: 10
Joined: 01 Jun 2010, 21:02

Re: Mənim Klubum - Yeni intellektual layihəyə başlayırıq !

Postby KiPLiot » 07 Jun 2010, 19:32

alieva_n wrote:ne yarishdir bele?məktəblilər qoşula bilər?


Senin o gun ishtirak etdiyin oyun bu layihe cercivesinde kecirilir. Umumi ad kimi "Menim Klubum" adindan istifade edirik. Amma ishtirakcilarin ekseriyyeti bu layihenin adini eshitmeyib, reklami zeifdir))
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

PreviousNext

Return to Bayquşların söhbətləri

Who is online

Users browsing this forum: No registered users and 2 guests

cron