II Azərbaycan Çempionatı

Başqa klublar, başqa turnirlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova, Nottenera

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 26 May 2010, 17:13

KiPLiot wrote:Əgər "Tam dəqiq cavab" deyilsəydi bəlkə də mənim etirazım üçün elə də böyük manevr imkanı qalmazdı, amma "Mümkün qədər dəqiq cavab" ifadəsi kifayət qədər "bezrazmer"dir. Konkret dəqiqləşdirmə meyarı yoxdursa, onda sadəcə "Olimpiya çempionu" cavabı ilə "100 metrəyə üzmək üzrə kişilər arasında Olimpiya çempionu" cavabı arasında mahiyyət etibarilə heç bir fərq yoxdur, o ki, qaldı müəllif cavabı. Sualın şərhindəki "Eynən Conni Vaysmüller kimi" sözləri aydın məsələdir ki, arqument ola bilməz, çünki bu sual müəllifinin şəxsi mülahizəsidir və oyunçu sualın şərhinə yox, onun mətninə uyğun düşünməli və cavab verməlidir. Həmin şəxsin üzgüçü olduğunu bilirdim, necə ki, Tarzan rolunu oynayanlar arasında 4 nəfər Olimpiya çempionu olduğunu da, amma verdiyimiz cavabın kifayət qədər dəqiq olduğunu nəzərə alaraq əlavə məlumata ehtiyac duymadım, çünki göründüyü kimi sualın özündə də bu tələb olunmur. Həm də cavab kartında daha geniş cavabın yazılmasının tələb oluna biləcəyini də düşünmək mümkün deyildi. Ən yaxşı halda qoyulmuş hər iki suala cavab vermək üçün kartda 7 söz yazmaq lazım gəlirdi ki, bu da həddindən artıq çoxdur. AJ-də kimlərin olduğunu tam xatırlamıram, bircə Hafiz Qayıbın adı yadımda qalıb, amma AJ üzvlərinin bu məsələdə ədalətsiz qərar çıxardıqlarına şübhəm yoxdur.

Elgün həmin sualın müəllifi K.Naumenkodur. Sual müəllifi kimi, o konkret olaraq dəqiq cavab verilməsini sual mətnində göstərmişdir. Suala düzgün cavab verən komandalar bu “işarəni” tutmuş və cavab kartlarında bunu yazmışdılar. Bu da təbiidir. Sadəcə “olimpiya çempionu olub” cavabları ilə “üzgüçülük üzrə olimpiya çempionu olub” cavablarını müqayisə etdikdə və bu zaman komandalara paylanmış şəkili (yarımlüt insan), sualın sətiraltı mənasını nəzərə aldqıda düzgün cavab kimi məhz “üzgüçülük üzrə olimpiya çempionu olub” cavabının sayılmasının konkretləşdirmə baxımından ən düzgün qərar olduğuna tam əminəm.

Biz paketin sayılma meyarına zidd olaraq “olimpiya çempionu olub” cavabını saysaydıq onda həmin məntiqlə “çempion olub”, “qalib gəlib”, “qazanıb”, “udub”, “birinci gəlib”, “sudan ilk çıxıb” tipli cavabları da saymalı olardıq çünki onlar da formal baxımdan Klarens Krabbeyə tədbiqən keçərli olan ifadələrdir.

Yəni məsələn əgər yazıçıdan söhbət gedirsə (bizim halda şəkildən (şılpaq və sanki indi suya hopbanacaq poza) müəyyən etmək olardı ki, sözhbət üzgüçülükdən gedir) və sualda deyilirsə ki, “mümkün qədər dəqiq cavab verin” onda “mükafat aldı”, “Nobel mükafatı aldı” cavabları yox məhz “Ədəbiyyat üzrə Nobel mükafatı aldı” cavabları sayılmalıdır. Bu halda “filan-filan əsərinə görə Nobel mükafatı aldı” cavabı (100 m üzgüçülük üzrə olimpiya çempionu oldu) da düzgün cavabdır.

Hesab edirəm ki, apellyasiya jürisi düzgün qərar qəbul edib.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby ANTI » 26 May 2010, 23:32

Oktay wrote:
Эминов wrote:Yeganə bəyənmədiyim sual Şamama Həsənova sualı oldu,

İndi isə sualın məntiqini və “duz”unu izah edim 

Azərbaycanda bitən və ekzotik olmayan şamamanı ( ŞAMAMA is. [ər.] Çox ətirli və şirin, adətən yeyilməyən kiçik yemiş növü - Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2006,) ömründə heç olmasa bir dəfə hər birimiz görmüşük.

Sualın əvvəlidə deyilirdi ki, sizə natürmort paylanıb.

Sizə rəngli şəkil paylanmışdı (ekranda da şəkil göstərilirdi) və orda şamama aydın şəkildə görünürdü.

Adətən natürmortları necə adlandırırlar? Alma ilə natürmort, ərik ilə natürmort, güldan ilə natürmort və s. Yəni natürmorta onun mərkəzi ekspozisiyasının elementinin adını istifadə etməklə ad verirlər. Yəni sualı tapmaq üçün birinci addım şəkildə şamamanın çəkildiyini tapmaq idi.

Daha sonra sualda deyilirdi ki, sual müəllifi Mikayıl Abdullayev haqqında məlumat axtararkən rəssamın Azərbaycan İncəsənət Muzeyində saxlanılan başqa janrda olan başqa bir əsəri onun diqqətini cəlb elədi.

Başqa janr nə ola bilər, məsələn portret, avtoportret, karikatura, şarj və s. Başaq bir janr və şamama. Bax burda bir az tarixi biliklər lazımdır. Yəni siz şamamanı başqa bir şamama ilə əlaqələndirməlisiniz. Yəni siz şamama ilə bağlı breyn-storminqlə düzgün cavabı tapa bilərdiz. Əlbətdə ki, Şamama Həsənovanı tanıyırsınızsa. O öz dövrünün məşhur pambıqçısı olmuş Bəsti Bəkirova ilə birlikdə pambıqçılıqda yeniliklər etmiş, əmək qəhrəmanı olmuş, onun barəsində xeyli əsərlər yazılmış və filmlər çəkilmişdi. Onun barəsində tarix kitablarında, dərsliklərində da yazılıb. Yəni o Azərbaycanın Staxanovu olmuşdur. Mənim fikrimə görə bir rəssamın “Çamama ilə natürmort” əsəri ilə bərabər “Şamama Həsənovanın portreti” adlı əsərinin olması kifayət qədər maraqlı və əyləncəli faktdır. Əlbətdə ki, siz şamamanın nə, Şamama Həsənovanın kim olduğunu bilirsinizsə. Zalda bunu iki komanda bilirdi. Məncə bu kifayət qədər normal, bilik və obrazlı təfəkkür tələb edən sual idi.

Bəsti Bağırova... ;)
User avatar
ANTI
Miçman
 
Posts: 134
Joined: 24 Jun 2009, 19:13
Location: BAKU

Re: II Azərbaycan Çempionatı

Postby Kati » 26 May 2010, 23:42

Meyvelerin sayinin 4 oldugunun nezere alaraq suala men duzu basqa cavab tapmisdim :))" Uc badam bir qoz" :grin:
Мне наплевать что вы думаете обо мне. Вот я о вас вообще не думаю!
Я АНГЕЛ в этом мире странном...
Я ДЬЯВОЛ-так меня назвали...
Я разгоню волну тумана, увижу голубые дали,
Я ДЬЯВОЛ с грустными глазами,
Я АНГЕЛ в крыльях цвета сажи...
User avatar
Kati
Dənizçi
 
Posts: 87
Joined: 03 Nov 2009, 22:53
Location: Baki ALLİANCE

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 07:56

ANTI wrote:Bəsti Bağırova... ;)

:) Bəsti Bəkirova deyəsən müğənnidi :)
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 07:58

Kati wrote:Meyvelerin sayinin 4 oldugunun nezere alaraq suala men duzu basqa cavab tapmisdim :))" Uc badam bir qoz" :grin:

"Üç badam bir qoz" başqa janr olmur axı. Bu yenə də natürmort olur. Sualda isə deyilirdi ki həmin müəllifin başqa janrda olan əsərini tapmaq lazımdır :)

Sadəcə hərdən 1 dəqiqənin içində buna fikir verməyə də bilirsən :)
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby TURANLI » 27 May 2010, 08:11

OK özünü biabır eləmə. Bəkirova yox Bağırova: Sosialisy əməyi qəhrəmanı, pambıqçı. Sovet dövrünün orta məktəb kitablarının bəzəyi.
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 08:26

TURANLI wrote:OK özünü biabır eləmə. Bəkirova yox Bağırova: Sosialisy əməyi qəhrəmanı, pambıqçı. Sovet dövrünün orta məktəb kitablarının bəzəyi.

Ala bəs mən nə deyirəm :)

Deyirəm ki, birinci səhv yazmışam da bə :)

Mənim yazdığım Bəsti Bəkirova deyəsən müğənnidir :) Pambıqçı isə Bağırovadar :)
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby Turan_Mücahidi » 27 May 2010, 08:40

Oktay wrote:
Kati wrote:Meyvelerin sayinin 4 oldugunun nezere alaraq suala men duzu basqa cavab tapmisdim :))" Uc badam bir qoz" :grin:

"Üç badam bir qoz" başqa janr olmur axı. Bu yenə də natürmort olur. Sualda isə deyilirdi ki həmin müəllifin başqa janrda olan əsərini tapmaq lazımdır :)

Sadəcə hərdən 1 dəqiqənin içində buna fikir verməyə də bilirsən :)

Əgər cavab kartına "Şamama" yazılsaydı bu düz cavab kimi qəbul ediləcəkdi?

Bir də mümkünsə həmin sualı burda yerləşdirərdiniz.Çünki səhv eləmirəmsə sualda "təxmini də olsa" ifadəsi var idi.O sualda bir dəqiqləşdirmə aparmaq istəyirdim...
User avatar
Turan_Mücahidi
Miçman
 
Posts: 101
Joined: 25 Jan 2010, 21:30

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 08:53

Sizin önünzdə Mikayıl Abdullayevin natürmortudur. Sual müəllifi Mikayıl Abdullayev haqqında məlumat axtararkən rəssamın Azərbaycan İncəsənət Muzeyində saxlanılan başqa janrda olan başqa bir əsəri onun diqqətini cəlb elədi. Həmin əsərin adını təqribən də olsa cavab kartlarınıza yazın.
Cavab: “Şamama Həsənovanın portreti”
Şərh: Sizə təqdim olunmuş rəsmin adı “Şamama ilə natürmort” adlanır.

Turan_Mücahidi wrote:Əgər cavab kartına "Şamama" yazılsaydı bu düz cavab kimi qəbul ediləcəkdi?

Yəqin ki yox! Bu cavab sayılmayacaqdı!

Əgər "Şamamanın portreti", "Əmək qəhrəmanı Şamama", "Kolxozçu Şamama" cavabları verilsə idi sayılacaqdı.

Sadəcə Şamama cavabları sayılmamalıdır. Belə ki, əgər komanda Şamama Həsənovaya çıxıbsa heç bir halda "Şamama" yazmazlar və cavablarını məhz dəqiqləşdirərlər.

Ancaq əgər komanda məhz dırnaq işarəsinin içində ilk hərfi böyük olmaqla "Şamama" yazsa idi saymaq olardı fikrimcə. Çünki bu halda komandanın məhz insan şamamadan söhbət getdiyini tutduöunu iddia etmək olar və "başqa cavab olmadığına görə ilk şəkildə nə görüblərsə onu da yazıblar" məsələsi bu halda olmayacaqdı :)
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 27 May 2010, 09:40

Oktay wrote:
KiPLiot wrote:Əgər "Tam dəqiq cavab" deyilsəydi bəlkə də mənim etirazım üçün elə də böyük manevr imkanı qalmazdı, amma "Mümkün qədər dəqiq cavab" ifadəsi kifayət qədər "bezrazmer"dir. Konkret dəqiqləşdirmə meyarı yoxdursa, onda sadəcə "Olimpiya çempionu" cavabı ilə "100 metrəyə üzmək üzrə kişilər arasında Olimpiya çempionu" cavabı arasında mahiyyət etibarilə heç bir fərq yoxdur, o ki, qaldı müəllif cavabı. Sualın şərhindəki "Eynən Conni Vaysmüller kimi" sözləri aydın məsələdir ki, arqument ola bilməz, çünki bu sual müəllifinin şəxsi mülahizəsidir və oyunçu sualın şərhinə yox, onun mətninə uyğun düşünməli və cavab verməlidir. Həmin şəxsin üzgüçü olduğunu bilirdim, necə ki, Tarzan rolunu oynayanlar arasında 4 nəfər Olimpiya çempionu olduğunu da, amma verdiyimiz cavabın kifayət qədər dəqiq olduğunu nəzərə alaraq əlavə məlumata ehtiyac duymadım, çünki göründüyü kimi sualın özündə də bu tələb olunmur. Həm də cavab kartında daha geniş cavabın yazılmasının tələb oluna biləcəyini də düşünmək mümkün deyildi. Ən yaxşı halda qoyulmuş hər iki suala cavab vermək üçün kartda 7 söz yazmaq lazım gəlirdi ki, bu da həddindən artıq çoxdur. AJ-də kimlərin olduğunu tam xatırlamıram, bircə Hafiz Qayıbın adı yadımda qalıb, amma AJ üzvlərinin bu məsələdə ədalətsiz qərar çıxardıqlarına şübhəm yoxdur.

Elgün həmin sualın müəllifi K.Naumenkodur. Sual müəllifi kimi, o konkret olaraq dəqiq cavab verilməsini sual mətnində göstərmişdir. Suala düzgün cavab verən komandalar bu “işarəni” tutmuş və cavab kartlarında bunu yazmışdılar. Bu da təbiidir. Sadəcə “olimpiya çempionu olub” cavabları ilə “üzgüçülük üzrə olimpiya çempionu olub” cavablarını müqayisə etdikdə və bu zaman komandalara paylanmış şəkili (yarımlüt insan), sualın sətiraltı mənasını nəzərə aldqıda düzgün cavab kimi məhz “üzgüçülük üzrə olimpiya çempionu olub” cavabının sayılmasının konkretləşdirmə baxımından ən düzgün qərar olduğuna tam əminəm.

Biz paketin sayılma meyarına zidd olaraq “olimpiya çempionu olub” cavabını saysaydıq onda həmin məntiqlə “çempion olub”, “qalib gəlib”, “qazanıb”, “udub”, “birinci gəlib”, “sudan ilk çıxıb” tipli cavabları da saymalı olardıq çünki onlar da formal baxımdan Klarens Krabbeyə tədbiqən keçərli olan ifadələrdir.

Yəni məsələn əgər yazıçıdan söhbət gedirsə (bizim halda şəkildən (şılpaq və sanki indi suya hopbanacaq poza) müəyyən etmək olardı ki, sözhbət üzgüçülükdən gedir) və sualda deyilirsə ki, “mümkün qədər dəqiq cavab verin” onda “mükafat aldı”, “Nobel mükafatı aldı” cavabları yox məhz “Ədəbiyyat üzrə Nobel mükafatı aldı” cavabları sayılmalıdır. Bu halda “filan-filan əsərinə görə Nobel mükafatı aldı” cavabı (100 m üzgüçülük üzrə olimpiya çempionu oldu) da düzgün cavabdır.

Hesab edirəm ki, apellyasiya jürisi düzgün qərar qəbul edib.

Oktay, nəzərə al ki, mən sayılma meyarını yox, AJ-nin verdiyi qərarı müzakirə edirəm. Yəni bu sözlər sənə yox, ilk növbədə qeyri-professionalcasına qərar vermiş AJ üzvlərinə aiddir.

Keçək sualın mətninə. Sualın cavabı elan olunduqdan sonra onun sətiraltı mənaya malik olduğunu bildirmək elə bil qatar getdikdən sonra stansiyanın adının elan olunması kimi bir şeydir. Həmin şəklə baxıb onun üzgüçü olduğunu deməklə Arnold Şvartseneggerə baxıb onun balerina olduğunu iddia etmək arasında heç bir fərq görmürəm, çünki, hər kəsin öz nəzər nöqtəsi var və sual müəllifinin məntiqi ümumi çərçivə müəyyən edə bilməz.

Əgər qeyd olunan sətiraltı mənaya sualın mətnində heç bir işarə yoxdursa, paylanan şəklin isə yalnız Tarzan roluna işarə kimi qəbul edilə bilməsini və sualın sonluğunda kifayət qədər mücərrəd ifadə olan "mümkün qədər dəqiq cavab" ifadəsinin işlənməsini nəzərə alsaq sualın mükəmməl qurulmadığını və yaxud da yaxşı tərcümə edilmədiyini qeyd etmək olar. Ən azından o biri postumda da dediyim kimi "tam dəqiq cavab" istənsəydi başqa məsələ. O halda üstünlük sual müəllifinin tərəfində olardı və AJ qərar verərkən bunu əsas gətirə bilərdi. Əks halda isə onların heç bir arqumentasiyası ola bilməz.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 13:07

KiPLiot wrote:Oktay, nəzərə al ki, mən sayılma meyarını yox, AJ-nin verdiyi qərarı müzakirə edirəm.

Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Azərbaycan dilində II Azərbaycan Çempionatının Reqlamentinin 4.16-cı maddəsinə əsasən Apellyasiya Komissiyasının qərarı qətidir. Qərara yenidən baxıla bilməz.

Göründüyü kimi, “Nə? Harada? Nə zaman?” oyununda qərarlara yenidən baxılması nəzərdə tutulmadığına (bu çox məntiqlidir, belə ki, əks təqdirdə “apellyasiya müharibələri” qaçılmazdır) görə bu məsələnin müzakirəsi əbəsdir.

Sən öz mövqeni bildirdin, mən də öz mövqeyimi bildirdim.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 27 May 2010, 14:26

Bu movzunun lazimsizligini etiraf edirsense, onda yeqin baglanmasina da etiraz etmirsen. Nezere al ki, bura forumdur ve istenilen seviyyeli mehkemenin qerari da muzakireye aciqdir, qalmishdi ki, reqlament ola.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 27 May 2010, 16:45

KiPLiot wrote:Bu movzunun lazimsizligini etiraf edirsense, onda yeqin baglanmasina da etiraz etmirsen.

Etiraf edirəm? Mən yazmışdım ki, jürinin qərarını dəyişdirmək mümkün olmadığından jürinin qərarının davamedici şəkildə müzakirəsi əbəsdir, yəni faydası yoxdur və heç nəyi dəyişdirməyəcək. Sən öz fikrini bildirdin, mən də öz fikrimi, vəssalam, şüt tamam!

KiPLiot wrote:Nezere al ki, bura forumdur ve istenilen seviyyeli mehkemenin qerari da muzakireye aciqdir, qalmishdi ki, reqlament ola.

Elgün sən KiEv komandasının kapitanı kimi sifariş vərəqəsini doldurmaqla və ona imza atmaqla Əsasnamə və Reqlamentlə razı olduğunu bəyan etmisən və indi onu müzakirə etməyin mənası yoxdur.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 28 May 2010, 12:52

Oktay wrote:Elgün sən KiEv komandasının kapitanı kimi sifariş vərəqəsini doldurmaqla və ona imza atmaqla Əsasnamə və Reqlamentlə razı olduğunu bəyan etmisən və indi onu müzakirə etməyin mənası yoxdur.

Etiraf edirəm? Mən yazmışdım ki, jürinin qərarını dəyişdirmək mümkün olmadığından jürinin qərarının davamedici şəkildə müzakirəsi əbəsdir, yəni faydası yoxdur və heç nəyi dəyişdirməyəcək. Sən öz fikrini bildirdin, mən də öz fikrimi, vəssalam, şüt tamam!

Muzakire etmeyin menasi var ve yaxshi olardi ki, etiraz etmekdense AJ-nin arqumentasiyasinin neden ibaret oldugunu burda yazaydin, yaxud onlar ozleri oz fikirlerini bildireydiler. Qerar vermek ucun 3 saata yaxin vaxtlari var idi ve suali kifayet qeder detalli tehlil etmek olardi.

Bir daha xatirladim ki, bura forumdur ve muxtelif meselelerin muzakiresi ucun yaradilib, eger muzakirenin eleyhinesense, bele cixir ki, bu movzunun burada olmasinin da eleyhinesen. Eger yalniz ozun yazmaq isteyirsense onda bunun ucun bloq ve shexsi sayt yaratmaq olardi. Veb-forum anlayishi haqqinda buradan qisa melumat elde ede bilersen - http://ru.wikipedia.org/wiki/%D0%92%D0% ... 1%83%D0%BC
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Previous

Return to Bayquşların söhbətləri

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron