II Azərbaycan Çempionatı

Başqa klublar, başqa turnirlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova, Nottenera

Re: II Azərbaycan Çempionatı

Postby Turan_Mücahidi » 24 May 2010, 09:35

TURANLI wrote:Qalibləri təbrik edirəm, əziyyət çəkənlərə təşəkkür! Oktaya ayrıca təşəkkür boğazın yorduğuna görə. Sualla barəsindəheç bir tənqidi fikir bildirmiyəjəm. Reallıqdı ki aciziydik. Çətinlikdın əlavə komanda oyunu getmirdi. Yalnız faktlar və faktlar.

Məncə 4-5 sualın tənqidinə ehtiyac var.Ağdamski ilə bağlı sualda "buraxılmış söz" bizi çaşdırdı.Sualda konkretlik yox idi.Biz yazdıq Ağdamski cavab başqa cür oldu.Bürclərlə bağlı sualda zalın əksəriyyəti sualı başa düşmədi.Udla bağlı sual da qaranlıq qaldı.
Umumilikdə hərşey əlaydı.Təşkilatçılara təşəkkür edirəm.Xüsusilə Oktay Məhərrəmova.
User avatar
Turan_Mücahidi
Miçman
 
Posts: 101
Joined: 25 Jan 2010, 21:30

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 24 May 2010, 17:03

Turan_Mücahidi wrote: Məncə 4-5 sualın tənqidinə ehtiyac var.Ağdamski ilə bağlı sualda "buraxılmış söz" bizi çaşdırdı.Sualda konkretlik yox idi.Biz yazdıq Ağdamski cavab başqa cür oldu.

İlk öncə qeyd edim ki, şəxsən mənim fikrimə görə sual kifayət qədər normal və maraqlı idi.

Bu sualda konkretlikdə vardi, çaşmalı bir şey də yox idi.

İzah etməyə çalışım 

Komandalara konkret mətn paylanır. Həmin mətndə “söz” buraxılıb. Mətni oxuyuruq. Mətndə söhbət gedən şəxs aktyordur, Azərbaycan mədəniyyətinə aid şəxsdir və bütün kinayələrin, iradların üzərindən cəsarətlə qara xətt çəkir, təqribən XX əsrin əvvəllərində yaşayıb və yaradıb.

Bütün bunlar komandaya kifayət edir ki, söhbətin hansı aktyordan bu halda qadın rolları oynamaqla məşhurlaşan Əhməd Ağdamskidən getdiyini tutsun.

Bundan sonra mətndə buraxılmış sözü bərpa etmək lazımdır.

Mətndə oxuyuruq: “Onun ilk rolu Üzeyir Hacıbəyovun 1917-ci il yanvarın 20-də tamaşaya qoyulan "Arşın mal alan" musiqili komediyasında olub.”

Bir balaca Əhməd Ağdamskidən xəbəri olan şəxs o dəqiqə tutmalıdır ki, o artıq “Leyli bə Məcnunda” (1908) Leyli rolunu ifa edib və onun ilk rolu 1917-ci ilə təsadüf edə bilməz. Bu zaman “ilk” sözündən sonra “kişi” sözünün buraxılmasına çatmaq məncə çox asan və məntiqlidir.

Turan_Mücahidi wrote: Bürclərlə bağlı sualda zalın əksəriyyəti sualı başa düşmədi.

Bürclərlə bağlı sualda paylanmış rekvizitdə şəkillərdən birinci şəkil (buğa) sualın preambulasına aid idi və nömrələnməmişdi. Daha sonrakı şəkillər isə ardıcıllıqla 1, 2 və 3 rəqəmləri ilə nömrələnmişdi. Sual blits sualı idi və məncə aydın məsələdir ki, 1-ci sualın cavabı 1 nömrəli şəkilə aid olmalıdır və bu qayda ilə digər suallar.

Sualın əsaslandığı seriyada özünəməxsus şəkildə ulduz bürcləri əks etdirilmişdir. 1. Gemeli – əkizlər, 2. Vergine – qız, 3. Bilancia – tərəzi.

Turan_Mücahidi wrote: Udla bağlı sual da qaranlıq qaldı.

Bu sualla bağlı qeyd edim ki, personaj naməlum şəxsə deyir ki, ondan qorxur və deyir “Birdən ud (lyutnya), elə futlyarı kimi olar”. Ud futlyarın (qabın) içində olur və ilkin olaraq futlyar görsənir ud isə içəridə olduğundan görsənmir. Bu dialoq maskaradda baş verir. Personaj tanımadığı (maskadadır) şəxsə bənzətmələrlə üstüörtülü şəkildə deyir ki, onun əsl üzünün maskası kimi olmağından qorxur. Ud sifətdir, futlyar isə maska. Maskarad isə Cüzeppe Verdinin “Bal-Maskarad” əsərinə ad verib.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby Turan_Mücahidi » 24 May 2010, 17:40

Oktay wrote:

İzaha görə təşəkkür...Qaranlıq məqam qalmadı... :cool:
User avatar
Turan_Mücahidi
Miçman
 
Posts: 101
Joined: 25 Jan 2010, 21:30

Re: II Azərbaycan Çempionatı

Postby Эминов » 25 May 2010, 13:59

Ağdamski sualını məhz Oktay təsvir etidiy prinsipə uyğun götürdük :)

Bürclər sualını isə komandamızda oynayan dünənki məktəbli qız yerbəyer etmişdi, sadəcə Qız əvəzinə dolça yazıb zayladıq.

Yeganə bəyənmədiyim sual Şamama Həsənova sualı oldu, qalan suallar isə oyunun beynəlxalq standartlarına uyğun yazılmışdı. Cəmi 4-5 dənə prinsipcə çətin götürülən və ya götürülməsi mümkün olmayan sual var idi. Triumf ilk üçlüyə düşə bilərdi, sadəcə nəyə görəsə oyunları alınmadı.

Mən isə ilk dəfə idi rəsmi xeyir dua ilə kapitanlıq edirdim və kapitan kimi zay oynadım, hətta iki dəfə öz versiyalarımı yandırmışam (Lars fon Trier və bulka-Mariya Antuanetta) :)))

Ümumiyyətlə sevindirici haldır ki ana dilimizdə bu il artıq üçüncü iri turnir keçirilir, həm qış-yaz kuboklarının, həm də Azərbaycan Çempionatının sual paketləri kifayət qədər maraqlı alındı. Lakin təəssüf ki dövrə oyunlarının sualları hələ istənilən səviyyədə deyil.
User avatar
Эминов
Kontr-Admiral
 
Posts: 2017
Joined: 06 Apr 2007, 19:20
Location: Qerbi Turan departamenti

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 25 May 2010, 15:10

Эминов wrote:Ağdamski sualını məhz Oktay təsvir etidiy prinsipə uyğun götürdük :)

Bürclər sualını isə komandamızda oynayan dünənki məktəbli qız yerbəyer etmişdi, sadəcə Qız əvəzinə dolça yazıb zayladıq.

Yeganə bəyənmədiyim sual Şamama Həsənova sualı oldu, qalan suallar isə oyunun beynəlxalq standartlarına uyğun yazılmışdı. Cəmi 4-5 dənə prinsipcə çətin götürülən və ya götürülməsi mümkün olmayan sual var idi. Triumf ilk üçlüyə düşə bilərdi, sadəcə nəyə görəsə oyunları alınmadı.

Mən isə ilk dəfə idi rəsmi xeyir dua ilə kapitanlıq edirdim və kapitan kimi zay oynadım, hətta iki dəfə öz versiyalarımı yandırmışam (Lars fon Trier və bulka-Mariya Antuanetta) :)))

Ümumiyyətlə sevindirici haldır ki ana dilimizdə bu il artıq üçüncü iri turnir keçirilir, həm qış-yaz kuboklarının, həm də Azərbaycan Çempionatının sual paketləri kifayət qədər maraqlı alındı. Lakin təəssüf ki dövrə oyunlarının sualları hələ istənilən səviyyədə deyil.

Sonuncu defe ne vaxt dovre oyununda olmusan :sual:
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: II Azərbaycan Çempionatı

Postby Kati » 25 May 2010, 19:04

Chempionatdaki atmosfer,musiqi,teskilat cox xosuma geldi.Teskilatcilara tesekkurler.Insanda musbet emosiyalar yaratmaqla yanasi,yorgunluq hissini de aparirdi)))Bu defe de oyun alinmadi,ne deye bilerem ki...Sade suallarin cavabini tapib yandirdiqda adama daha cox tesir edir. Suallari duz tapdiqda ise ne sorusuldugunu unudurduq :roll: cive evezine termometr,insect evezine ferqlenen herfleri yazmisdiq:((Ama musbet ceheti,son 2 turnir sayesinde komandanin zeif tereflerini oyrendik ;) BIlmirem,belke de yeterince qeder tecrubemiz olmadigindandi,ama vaxt dovre oyunlari ve evvelki chempionatlardan daha qisa gelirdi,ele muzakireye baslayirdiq ki,aparici vaxt bitdiyini elan edirdi...4-5 suali cavab kartini verdikden sonra tapirdiq :confused: Mueyyen problemler de eser muellifleri ile bagli idi,Eserleri tapdiqda bele muelliflerini bilmediyimizden cavab vere bilmirdik.NIsbeten ruhdan dusurduk. :( En cox ise Banu Cicek,Beyrek suali xosuma gelmedi :'( Insallah gelen chempionata artiq yeterince qeder tecrube qazanmis olariq.Qalibleri tebrik edirem!!!!
Мне наплевать что вы думаете обо мне. Вот я о вас вообще не думаю!
Я АНГЕЛ в этом мире странном...
Я ДЬЯВОЛ-так меня назвали...
Я разгоню волну тумана, увижу голубые дали,
Я ДЬЯВОЛ с грустными глазами,
Я АНГЕЛ в крыльях цвета сажи...
User avatar
Kati
Dənizçi
 
Posts: 87
Joined: 03 Nov 2009, 22:53
Location: Baki ALLİANCE

Re: II Azərbaycan Çempionatı

Postby Nigar_Yasinova » 26 May 2010, 01:18

Shamama suali camaatin niye xousna gelmeyib bilmirem, mence kifayet qeder yaxsi sual idi. Zovqler muxtelifdi ))
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: II Azərbaycan Çempionatı

Postby elvandi_ali-) » 26 May 2010, 07:57

Azerbaycan cempionatinin paketinin Oktay ve Naumenko terefinden hazirlanmasi ugurlu secimdi mence.suallarin coxu xosuma geldi xosuma gelmeyen suallardan biri Spagetti oldu.diger suallara da diqqetle qulaq asmaqla cixmaq olurdu.

trimfun ucluyee dusmemesine sebeb tecrubeli komandaya yarasmayacaq sekilde 5 versiyani yandirmaq hem de Fedainin yoxlugu oldu.
elvandi_ali-)
Miçman
 
Posts: 126
Joined: 02 Aug 2009, 12:56

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 26 May 2010, 08:13

Эминов wrote:Yeganə bəyənmədiyim sual Şamama Həsənova sualı oldu,

İndi isə sualın məntiqini və “duz”unu izah edim 

Azərbaycanda bitən və ekzotik olmayan şamamanı ( ŞAMAMA is. [ər.] Çox ətirli və şirin, adətən yeyilməyən kiçik yemiş növü - Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı, “Şərq-Qərb”, 2006,) ömründə heç olmasa bir dəfə hər birimiz görmüşük.

Sualın əvvəlidə deyilirdi ki, sizə natürmort paylanıb.

Sizə rəngli şəkil paylanmışdı (ekranda da şəkil göstərilirdi) və orda şamama aydın şəkildə görünürdü.

Adətən natürmortları necə adlandırırlar? Alma ilə natürmort, ərik ilə natürmort, güldan ilə natürmort və s. Yəni natürmorta onun mərkəzi ekspozisiyasının elementinin adını istifadə etməklə ad verirlər. Yəni sualı tapmaq üçün birinci addım şəkildə şamamanın çəkildiyini tapmaq idi.

Daha sonra sualda deyilirdi ki, sual müəllifi Mikayıl Abdullayev haqqında məlumat axtararkən rəssamın Azərbaycan İncəsənət Muzeyində saxlanılan başqa janrda olan başqa bir əsəri onun diqqətini cəlb elədi.

Başqa janr nə ola bilər, məsələn portret, avtoportret, karikatura, şarj və s. Başaq bir janr və şamama. Bax burda bir az tarixi biliklər lazımdır. Yəni siz şamamanı başqa bir şamama ilə əlaqələndirməlisiniz. Yəni siz şamama ilə bağlı breyn-storminqlə düzgün cavabı tapa bilərdiz. Əlbətdə ki, Şamama Həsənovanı tanıyırsınızsa. O öz dövrünün məşhur pambıqçısı olmuş Bəsti Bəkirova ilə birlikdə pambıqçılıqda yeniliklər etmiş, əmək qəhrəmanı olmuş, onun barəsində xeyli əsərlər yazılmış və filmlər çəkilmişdi. Onun barəsində tarix kitablarında, dərsliklərində da yazılıb. Yəni o Azərbaycanın Staxanovu olmuşdur. Mənim fikrimə görə bir rəssamın “Çamama ilə natürmort” əsəri ilə bərabər “Şamama Həsənovanın portreti” adlı əsərinin olması kifayət qədər maraqlı və əyləncəli faktdır. Əlbətdə ki, siz şamamanın nə, Şamama Həsənovanın kim olduğunu bilirsinizsə. Zalda bunu iki komanda bilirdi. Məncə bu kifayət qədər normal, bilik və obrazlı təfəkkür tələb edən sual idi.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby Эминов » 26 May 2010, 10:12

Elgün, bir dəfə gəlmişdim, Gənclik komandası aparırdı.

Oktay, mən demədim ki sual düz qurulmayıb, yeganə problem odur ki, şəklin ölçüsü kiçik olduğundan orda məhz şamamanın təsvir olduğuna çıxmaq mümkün deyildi, qırmızımtıl meyvələr alma, şaftalı və s oxşayırdı. Bu birincisi.

İkincisi, nə mən, nə də komandamızın digər üzvləri ömürlərində heç vaxt şamama görməyiblər :) Hələ mənim Gürcüstanda yaşayan qohumlarımın bağ-bostanları var və mən dəfələrlə orada olmuşam, onlar heç vaxt şamama becərməyiblər. Yaşlı nəslin nümayəndələri şamamanın nə olduğunu bilsələr də, şəkildəki meyvələri şamama kimi tanımadılar. :)

Ona görə də, bu sualı tapan komandalara xüsusi respekt düşür :) Onların adı mütləq açıqlanmalıdır!

P.S. Şamama Həsənovanı isə tanıyıram.
User avatar
Эминов
Kontr-Admiral
 
Posts: 2017
Joined: 06 Apr 2007, 19:20
Location: Qerbi Turan departamenti

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 26 May 2010, 10:19

Şəkildə şamama təsvir olunduğunu müzakirə vaxtı dedim, amma həm dəstək gəlmədi, həm də bunu nə iləsə əlaqələndirə bilmədik. Ona görə də "Meyvələrin söhbəti" yazdıq.

Oktay, Hitleri yuxudan oyatmaqla bağlı sualı və ya onun son 2 cümləsini burda yerləşdirə bilərsən? Bir də Tarzanla bağlı sualın da sonluğunu görmək istərdim.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 26 May 2010, 13:10

Sizin önünüzdə Klarens Krabbenin fotosudur. Onu həyatının əlamətdar hadisələri Los-Anceleslə bağlıdır. Mümkün qədər dəqiq cavab verin, 1932-ci ildə Krabbe ilə nə baş verdi və bundan düz bir il sonra onunla nə baş verdi?
Cavab: üzgüçülük üzrə olimpiya çempionu oldu, Tarzan oldu
Şərh: Eynən Conni Vaysmüller kimi

Belə bir versiya var ki, “Overlord” əməliyyatı zamanı almanlar tərəfindən tank rezervlərinin döyüşə daxil edilməsi böyük gecikmə ilə həyata keçirilmişdi. Çünki heç kim Hitlerlə BUNU etməyi cürət etməmişdi. Ötən əsrin əvvəllərinə aid məşhur mənbədə ümumiyyətlə BUNUN əleyhinə olmuş şəxsin kim olduğunu tapın.
Cavab: M.Ə.Sabir
Şərh: Heçkim Hitleri səhər saat 6-da oyatmağa cürət etməmişdi. M.Ə.Sabir isə “Dünya necə tarac olur olsun nə işim var?” şeirində yazır: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,”.
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby Oktay » 26 May 2010, 13:15

Fufa birincisi saxsan manim ucun sual yazmaqda va tem bolee tanqid etmakda avtoritet deyilsan :)

Эминов wrote:şəklin ölçüsü kiçik olduğundan orda məhz şamamanın təsvir olduğuna çıxmaq mümkün deyildi, .

Ikincisi shakil yuksak keyfiyyatda cap olunmushdu va bundan alava ekranda iri hacmli formada eks etdirirlmishdi!

Эминов wrote:İkincisi, nə mən, nə də komandamızın digər üzvləri ömürlərində heç vaxt şamama görməyiblər .

Bax bu sual muallifinin va sualin problemi deyil!

Эминов wrote: sualı tapan komandalara xüsusi respekt düşür :) Onların adı mütləq açıqlanmalıdır!

Sakit va Sumreturn

Эминов wrote:P.S. Şamama Həsənovanı isə tanıyıram.

Buna da shukur :)

Fufa voobshe cox danisan sani kotaklayacam, doymayacam ha... mahz kotaklayacam !!!
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

Re: II Azərbaycan Çempionatı

Postby KiPLiot » 26 May 2010, 14:59

Oktay wrote:Sizin önünüzdə Klarens Krabbenin fotosudur. Onu həyatının əlamətdar hadisələri Los-Anceleslə bağlıdır. Mümkün qədər dəqiq cavab verin, 1932-ci ildə Krabbe ilə nə baş verdi və bundan düz bir il sonra onunla nə baş verdi?
Cavab: üzgüçülük üzrə olimpiya çempionu oldu, Tarzan oldu
Şərh: Eynən Conni Vaysmüller kimi

Belə bir versiya var ki, “Overlord” əməliyyatı zamanı almanlar tərəfindən tank rezervlərinin döyüşə daxil edilməsi böyük gecikmə ilə həyata keçirilmişdi. Çünki heç kim Hitlerlə BUNU etməyi cürət etməmişdi. Ötən əsrin əvvəllərinə aid məşhur mənbədə ümumiyyətlə BUNUN əleyhinə olmuş şəxsin kim olduğunu tapın.
Cavab: M.Ə.Sabir
Şərh: Heçkim Hitleri səhər saat 6-da oyatmağa cürət etməmişdi. M.Ə.Sabir isə “Dünya necə tarac olur olsun nə işim var?” şeirində yazır: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,”.

Əgər "Tam dəqiq cavab" deyilsəydi bəlkə də mənim etirazım üçün elə də böyük manevr imkanı qalmazdı, amma "Mümkün qədər dəqiq cavab" ifadəsi kifayət qədər "bezrazmer"dir. Konkret dəqiqləşdirmə meyarı yoxdursa, onda sadəcə "Olimpiya çempionu" cavabı ilə "100 metrəyə üzmək üzrə kişilər arasında Olimpiya çempionu" cavabı arasında mahiyyət etibarilə heç bir fərq yoxdur, o ki, qaldı müəllif cavabı. Sualın şərhindəki "Eynən Conni Vaysmüller kimi" sözləri aydın məsələdir ki, arqument ola bilməz, çünki bu sual müəllifinin şəxsi mülahizəsidir və oyunçu sualın şərhinə yox, onun mətninə uyğun düşünməli və cavab verməlidir. Həmin şəxsin üzgüçü olduğunu bilirdim, necə ki, Tarzan rolunu oynayanlar arasında 4 nəfər Olimpiya çempionu olduğunu da, amma verdiyimiz cavabın kifayət qədər dəqiq olduğunu nəzərə alaraq əlavə məlumata ehtiyac duymadım, çünki göründüyü kimi sualın özündə də bu tələb olunmur. Həm də cavab kartında daha geniş cavabın yazılmasının tələb oluna biləcəyini də düşünmək mümkün deyildi. Ən yaxşı halda qoyulmuş hər iki suala cavab vermək üçün kartda 7 söz yazmaq lazım gəlirdi ki, bu da həddindən artıq çoxdur. AJ-də kimlərin olduğunu tam xatırlamıram, bircə Hafiz Qayıbın adı yadımda qalıb, amma AJ üzvlərinin bu məsələdə ədalətsiz qərar çıxardıqlarına şübhəm yoxdur.

İkinci sualda "Hitlerlə bunu etmək" ifadəsi elə bil nəsə yerinə düşmür, amma belə də gedər. Düzü sual oxunanda bunu "Hitlerdən bunu etmək" şəklində eşitməyimiz sualı yandırmağımıza səbəb oldu.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: II Azərbaycan Çempionatı

Postby TURANLI » 26 May 2010, 15:24

Aha anladım. Əgər suallarını müzakirə eləmirlərsə demək hər şey əladı. Müzakirə qüsur əlamətidi. Ona görə çox sağ olun :)
Şamama Həsənovanın portretin görmüşəm. Amma düzü şamamanı seçə bilmədim. Bəkə də bir az nasazıydım ona görə.
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

PreviousNext

Return to Bayquşların söhbətləri

Who is online

Users browsing this forum: Majestic-12 [Bot] and 1 guest

cron