Yeni Nizamnama

Xəzər İntellektual Klubunun təşkilati məsələləri

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Yeni Nizamnama

Postby SEYMUR » 25 Apr 2007, 22:44

Bir daha nazariniza catdiriram ki, klubumuz 28 fevral 2007-ci ilda dovlar qeydiyyatina alinmishdir va bundan sonra rasmi olaraq ''XAZAR INTELLEKTUAL GANCLAR KLUBU'' ICTIMAI BIRLIYI adlanacaq. Tasdiq olunmush Nizamnamani diqqatiniza catdiriram!
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Yeni Nizamnama

Postby SEYMUR » 25 Apr 2007, 22:45

I . ÜMUMİ MÜDDƏALAR

1.1 “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi (bundan sonra Birlik adlanacaq) ümumi maraqlar əsasında birləşmiş könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, daimi əsaslarla fəaliyyət göstərən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölüşdürməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
1.2 Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.
1.3 Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.4 Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, B. Nuriyev küç., ev 75, m. 174

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1 Birliyin əsas məqsədi Azərbaycan Respublikasında intellektual oyunlar hərəkatın inkişafına yardım göstərməkdir.
2.2 Birlik öz məqsədinə çatmaq üçün öz qarşısına aşağıdakı vəzifələri qoyur:
2.2.1 İntensiv intellektual istiqamətli asudə vaxtın səmərəli keçirilməsinə intellektual istiqamətli müxtəlif növ fəaliyyətlərin kütləviliyinin təmin edilməsinə dəstək verilməsi;
2.2.2 Gənclərin intellektual-yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılmasına dəstək verilməsi;
2.2.3 Qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, tərbiyəsi, habelə onların praktiki həllinə yaradıcı yanaşma vərdişlərinin yaradılmasına dəstək verilməsi;
2.2.4 İntellektual yaradıcılıq sahəsində beynəlxalq layihələrin inkişafına dəstək verilməsi;
2.3 Birlik mövcud qanunvericilik və bu Nizamnamə ilə qadağan olunmamış digər fəaliyyət növləri ilə məşğul ola bilər.
2.4 Birlik Nizamnaməsindən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün müəssisələr yarada bilər.
2.5 Birlik öz məqsəd və vəzifələrini həyata keçirmək üçün aşağıdakı fəaliyyət formalarına üstünlük verir:
2.5.1 İntellektual yaradıcılıq fəaliyyətlərində öz üzvlərinə, təşkilatı, maddi və mənəvi dəstək verilməsi;
2.5.2 Tədris-konsultativ və seminar işlərinin təşkil edilməsi;
2.5.3 Yaradıcılıq görüşləri, əyləncəli-intellektual proqramlar və digər tədbirlərin təşkil edilməsi;
2.5.4 Müxtəlif turnirlərin təşkil edilməsi;
2.5.5 Beynəlxalq qeyri-hökumət təşkilatlarına daxil olma, müvafiq danışıqlar aparılması, habelə müqavilələrin bağlanması
2.5.6 Filial və nümayəndəliklər şəbəkəsinin yaradılması
2.6. Birlik Azərbaycan Respublikasının Prezidentinin, Azərbaycan Respublikasının Milli Məclisinin və bələdiyyələrin seçkilərində iştirak edə bilməz.

III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:
 öz adından əqdlər bağlamaq, əmlakı və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;
 fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;
 Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;
 müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;
 banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;
 müstəqil balansa, möhürə, ştampa və digər rekvizitlərə malik olmaq;
 qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

IV. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ,
ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1 Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 16 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
4.2 Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
4.3 Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
4.4 Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
4.5 Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
4.6 Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
 bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
 Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanını seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
 Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
 Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
 onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
4.7 Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
4.8 Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
 Birliyin Nizamnaməsinə əməl etmək;
 Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
 Birliyin tədbirlərində iştirak etmək;
 Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
3.9 Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
 könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
 Birliyin üzvlüyündən çıxarıldıqda.
 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda
4.10 Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
 Birliyin adına məqsədləri ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
 mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
 Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
4.11 Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
4.12 Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

V. BİRLİYİN TƏŞKİLATI STRUKTURU VƏ
İDARƏETMƏ ORQANLARI

5.1 Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.
5.2 Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərindən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
5.3 Birliyin təsisçilərinə və üzvlərinə Ümumi Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.
5.4 Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:
 Birliyin Nizamnaməsinin qəbulu və ona əlavə və dəyişikliklər edilməsi;
 Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
 Birliyin icra orqanının, Nəzarət-təftiş komissiyasının yaradılması, Birliyin Sədrinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
 İllik hesabatın təsdiq edilməsi;
 Başqa təşkilatlarda iştirak;
 Birliyin yenidən təşkili və ləğv edilməsi;
 Birliyin icra orqanlarının rəhbərlərinin hesabatının dinlənilməsi.
5.5 Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.
5.6 Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşkilatın yenidən təşkili və ləğvi barədə qərarın qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.
5.7 Ümumi Yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol Ümumi yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə bütün üzvlərə paylanmalıdır.
5.8 Birliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.
5.9 İdarə Heyəti Birliyin kollegial icra orqanı olub Ümumi Yığıncaq tərəfindən 2 (iki) il müddətinə seçilmiş Birliyin Sədrindən və digər 6 üzvdən ibarətdir.
5.10 İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:
 Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
 təklif və layihələr irəli sürür;
 Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
 Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
5.11 İdarə Heyəti üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarları sadə səs çoxluğu ilə qəbul edir. Səslər sayı bərabər olduqda Birliyin sədrinin səsi həlledici sayılır.
5.12 Birliyin Sədr:
 Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
 Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
5.13 Birliyin Nəzarət-təftiş komissiyası (NTK) Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK Ümumi Yığıncaq tərəfindən seçilmiş 3 nəfərdən ibarətdir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.
5.14 NTK Birliyin orqanların və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.



VI. BİRLİYİN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ

6.1. Birlik Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.
6.2. Birliyin filialı Birliyin olduğu yerdən kənarda təşkil edilə bilər və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.
6.3. Birliyin nümayəndəliyi Birliyin olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.
6.4. Birliyin filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış Birliyin əmlakından pay alır və onun adından təsdiq edilən Əsasnaməyə əsasən, fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan Birlik məsuliyyət daşıyır.
6.6. Filial və nümayəndəliyin rəhbərləri Birliyin İdarə Heyəti tərəfindən təyin edilir və onun tərəfindən verilən səlahiyyət dairəsində fəaliyyət göstərir.

VII. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

7.1 Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
7.2 Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
7.3 Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
 təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
 idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri;
 səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;
 öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
 qrantlar
 sərgilərdən, konsertlərdən və digər tədbirlərdən əldə olunan gəlirlər;
 təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;
 qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.
7.4 Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
7.5 Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakının təyinatına müvafiq olaraq öz əmlakı sahiblik, istifadə və sərəncam hüququna malikdir.
7.6 Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.
7.7 Birlik siyasi partiyalara maliyyə və başqa maddi yardım göstərə bilməz.
7.8 Birlik qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə, statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlarına təqdim edir.
7.9 Birliyin maliyyə ili qeydiyyata alınmış vaxtdan başlayır və 31 dekabrda başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

VIII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

8.1 Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.2 Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.

IX. DİGƏR ŞƏRTLƏR

9.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
9.2 Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Yeni Nizamnama

Postby Ciyer hovuzu » 26 Apr 2007, 08:26

Seymur, sən indi də 2 illik seçilirsən? :roll:
User avatar
Ciyer hovuzu
Üçüncü dərəcəli kapitan
 
Posts: 989
Joined: 30 Mar 2007, 10:28

Yeni Nizamnama

Postby SEYMUR » 26 Apr 2007, 21:08

\"Ciyer hovuzu\" wrote:Seymur, sən indi də 2 illik seçilirsən? :roll:


Rufat bela bir havasim yoxdur .......
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Yeni Nizamnama

Postby Nigar_Yasinova » 26 Apr 2007, 23:05

\"SEYMUR\" wrote:
\"Ciyer hovuzu\" wrote:Seymur, sən indi də 2 illik seçilirsən? :roll:


Rufat bela bir havasim yoxdur .......



KImidr senin hevesine baxan??? Nizamname nizamnamedir. BAsqa vaxt olsa hamidan Nizamnameye uygun her bir isi gormeye cagirirsan amma ozun kenara cixirsan???
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki


Return to Təşkilat

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron