PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Xəzər İntellektual Klubunun təşkilati məsələləri

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 06 Apr 2007, 21:41

Mən kiməm?

Mən, Seymur Teymurov 9 avqust 1981-ci ildə Bakı şəhərində doğulmuşam. 1988-1998-ci illər ərzində Ş. Əfəndizadə adına 13 saylı orta məktəbdə oxumuşam. 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakultəsinə daxil olmuşam. 2002-ci ildə tarixçi bakalavr diplomuna yiyələnmişəm. 2002-2004-cü illər ərzində Tarix fakultəsinin Qədim dünya tarixi ixtisası üzrə magistr təhsili almışam. 2004-2005 iyun aralığında hərbi xidmətdə olmuşam.
Əmək fəaliyyətimə (2002 oktyabr-2003 may) – İnternational House London təşkilatının Bakı filialında proqram koordinatoru vəzifəsində başlamışam. Hərbi xidmətdən qayıtdıqdan sonra (2005 iyul-noyabr) deputatlığa namizəd Balakişi Qasımovun səlahiyyətli nümayəndəsi olmuş və onun Seçki Qərargahında çalışmışam. Hal-hazırda Qərb Universiteti nəzdində fəaliyyət göstərən müasir elm-təhsil müəssisəsində tarix müəllimi və Space tele-kanalında yayımlanan “Nə? Harada? Nə zaman?” verilişində baş inzibatçı vəzifəsində çalışıram.
2000-ci ildən intellektual hərəkata qoşulmuşam. 2001-ci ilin aprelində Azərbaycanda ilk dəfə oyunlarını ana dilində keçirən klubun – “Xəzər” İntellektual Klubunun təsisçilərindən biri olmuşam, Klubun ilk vitse–prezidenti seçilmişəm.
2002 aprel – 2003 noyabr aralığında “Xəzər” İntellektual Klubunun iki müddətə prezidenti seçilmişəm. 2003 noyabr - 2004 iyun aralığında “Xəzər” İntellektual Klubu İdarə Heyətinin üzvü olmuşam. 2006-cı ildə Klub prezidenti seçilmişəm.
2001–ci ildən “Xəzər” İntellektual Klubunun ən uğurlu komandalarından birinin– Veni Vidi Vici – kapitanı qismində “Breyn–Rinq” və “Nə? Harada? Nə zaman? Oyunları üzrə dəfələrlə dövrə çempionu, Çoxnövçülük üzrə Universitetlərarası II Festivalda, BDU-nin II Açıq Çempionatında II yerə yiyələnmişəm. Sual müəllifi qismində 2003-cü ildə “Что? Где? Когда” Moskva Elitar Klubunda Qış oyunlarının finalında V. Qolubyevanın komandasına qarşı oynamışam.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

MAN SECILSAM NA EDACAYAM?

Postby SEYMUR » 06 Apr 2007, 21:43

Əgər məni prezident seçsəz, Klubda intizamın və oyun keyfiyyətinin yüksəldilməsi yönümlü addımlar atılacaq. İlk növbədə təcrübəli oyunçuların rəhbərliyi ilə müxtəlif treyninqlər (məs, sualı necə yazmalı? Komanda nədir? və s.) keçiriləcək

Əgər məni prezident seçsəz, ilk növbədə Klubumuzun Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması məsələsini həll edəcəyəm.Nəhayət ki,təşkilatımızın fəaliyyətinin hüquqi əsası yaranacaqdır.

Əgər məni prezident seçsəz, intellektual çoxnövçülüyə daxil olan müxtəlif ranqlı turnir və çempionatlar təşkil olunacaq, əsası ötən bir ildə qoyulmuş “Çağırış Kuboku”, ”Novruz Kuboku” kimi yarışlar mütəmadi xarakter alacaqdır.

Əgər məni prezident seçsəz, dövrə oyunlarının statusunun artırılması, komandaların dövrə çempionu adına hörmətlə yanaşmalarını təmin etmək üçün keçici kubok təsis olunacaq. Hər dəfə bu kuboka yeni dövrə çempionu sahib olarkən bunu sübüt edən müvafiq diplomlarla mükafatlandırılacaqlar. Bununla yanaşı müxtəlif nominasiyalarda qalib gəlmiş komanda və oyunçular müxtəlif prizlərə sahib olacaqlar.

Əgər məni prezident seçsəz, xazar.org saytı yeni qrafikaya malik olacaq və Klubun həyatında baş verən hadisələrlə tez-tez yenilənəcəkdir.

Əgər məni prezident seçsəz, dövrü nəşrin kütləvi çapının təmin olunması istiqamətində addımlar atacağam. Çalışacağam ki, Klubumuzun həyatında önəmli rolu olan jurnalımızı hər bir üzvümüz oxusun.

Əgər məni prezident seçsəz, Məktəb Liqasında ciddi islahatlar aparılacaq. Məktəb Liqasına yeni-yeni məktəblilər cəlb ediləcək, məktəblərarası çempionatlar keçiriləcəkdir.

Əgər məni prezident seçsəz, klubumuza daimi sponsorluq edəcək qurum tapılacaq.

Əgər məni prezident seçsəz, “Nə? Harada? Nə zaman?” Elitar Klubunun anadilli versiyasının efirə çıxmasına çalışacaq, Elitar Klubda Xəzərlilərin çıxışına nail olacağam.

Əgər məni prezident seçsəz, bölgələrin intellektual hərəkata cəlb edilməsi istiqamətində yeni addımlar atılacaqdır. Klubumuzun köməyi ilə Şəki, Mingəçevir, Gəncədə artıq klublar yaradılmışdır. Növbəti addım Respublikamızın digər ərazilərini hərəkata cəlb etməkdir. Klubumuz tezliklə yaradılacaq Azərbaycan Klublar Assosiasiyasının üzvü olacaq, tez-tez bölgə komandalarının iştirakı ilə müxtəlif çempionatlar keçiriləcəkdir.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 06 Apr 2007, 21:48

Seymur Teymurovun 2006-2007 prezidentlik dövründə
yerinə yetirdiyi işlər...

• 2006 may, “Nə? Harada? Nə zaman?” üzrə Yubiley Çempionatı
• Xazar.org - rəsm sayt
• KİV-lərlə əlaqələrin qurulması (AzəriFoto Agentliyi, AzərTac, Azadlıq Radiosu, İTV, Lider, ANS, Day.az və başqaları)
• Gənclər və İdman Nazirliyi və aparıcı QHT-lərlə əlaqələrin yaradılması
• Klubumuzun Sual Bankının yaradılması
• “Xəzər” Dövri Nəşrinin yeni dizaynla nəşri
• 2006 aprel, Breyn-Rinq üzrə Məktəblərarası Çempionat
• Klubumuzun yeni Reqlamentinin qəbulu
• 2006 noyabr, “Nə? Harada? Nə zaman?” üzrə Məktəblərarası Çempionat
• 2006 may və noyabr Fərdi Oyun üzrə Çempionatlar
• 2006 dekabr, “Nə? Harada? Nə zaman?” üzrə “Çağırış Kuboku”
• 2007 fevral, BDU-nin fakültələrarası “16lar Kuboku”
• 2007 fevral, “Nə? Harada? Nə zaman?” üzrə “MİDEO Kuboku”
• 2007 fevral, “Nə? Harada? Nə zaman?” üzrə Məktəblərarası Şəki Çempionatı
• 2007 mart-aprel, BDU-nin fakültələrinin Çempionatları
• 2007 aprel, İntellektual Çoxnövçülük üzrə “Novruz Kuboku”
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 06 Apr 2007, 21:50

Nəyə görə məhz Seymur Teymurov?
Səbəblər çox sadədir...

• Ötən bir il ərzində Klub üzvlərinin etimadını doğruldaraq təşkilatımızın inkişafı yolunda əməli addımlar atıb. Ötən il verdiyi vədlərin hər birini yerinə yetirib.

• Klubun yaradıcılarından və uzun müddət onu idarə edənlərdən biridir. Yaxşı təşkilatçıdır, müxtəlif yerlərdə iş təcrübəsi var. Klub üzvlərindən ibarət çox effektiv və çevik işçi–komanda formalaşdırıb, aktivdir, işinin peşəkarıdır.

• Çox geniş bir platforma ilə çıxış edir və konkret tədbirlər planı təqdim edir. Yeni ideyaları və onları necə həyata keçirmək planları var.

• 6 illik tariximiz ərzində Klubumuza tədbirlərini keçirmək üçün maliyyə ayrılmasına və sponsorun tapılmasına nail olub.

• Klubumuzun fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetinin rəhbərliyi ilə, xüsusilə tələbə təşkilatları ilə çox yaxşı münasibətləri var ki, bu da təşkilati işlərin həyata keçirilməsində önəmli rol oynayır.

• Klubun həm köhnə, həm də yeni komandalarına eyni diqqətlə yanaşır.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 06 Apr 2007, 21:53

Hörmətli Xəzərli !

Son bir ildə “Xəzər” İntellektual Klubu öz inkişafının pik dövrünü yaşayır. Ötən il bir çox yerli və respublika miqyaslı turnirlər keçirilmiş, rəsmi saytımız yaradılmış, dövri nəşrimiz davamlı olaraq işıq üzü görmüş, bölgələr intellekt hərəkatına cəlb edilmiş, KİV-lər və QHT-lərlə əlaqələr yaradılmış, Klubumuzun səsi-sədası bir çox mötəbər tribunalardan eşidilmişdir. “Xəzər” İntellektual Klubunun Azərbaycan cəmiyyətində çəkisi artmışdır. Belə ki, hal-hazırda Klubumuz respublikamızın ən öndə gedən QHT-lərindən biridir.
Bütün bunlara son bir ildə aparılan islahatlar sayəsində nail olunmuşdur. Ötən seçki müddətində verdiyim bütün vədləri siz – Xəzərlilərin dəstəyi və yaxından köməyi ilə yerinə yetirdim. Sizlər qarşısında yeni vədlərim də var.
Əgər məni bir daha Klubun rəhbəri seçsəz tutduğumuz daimi və dinamik inkişaf yolu islahatlar vasitəsilə davam etdiriləcəkdir.
Mən sizlərin səsi sayəsində artıq Klubun etimadını bir dəfə doğrultdum. Yenidən seçilmək, sizlər üçün çalışmaq üçün səsinizi gözləyirəm...

Hörmətlə,
Seymur Teymurov
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby Troyan » 07 Apr 2007, 19:02

Eşq olsun əbədi prezidentimizə. Ura!Ura!Ura :P
Troyan
Leytenant
 
Posts: 353
Joined: 01 Oct 2006, 13:11

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby Leyla_K » 10 Apr 2007, 18:35

mənim bir neçə sualım var

1. Bu elədiklərini özün eləmisən? Hamısını?
Cavab məncə sadədir. YOX. Yaxşı fikirləş. Bunların çoxusunu sənə uşaqlar kömək ediblər. ona görə etmişik de.

2. Başqa caanların önə çəkilməsindən danışırdın. İndi cavanların niyə basmağa çalışırsan? Başqa vaxt demirdin ki hər şeyi etmisən sən. Etmisənsə niyə yənə də sən?

3. Klubda hasısa komandaya necə yanaşmağı düz demirsən məncə...

nə isə...
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 10 Apr 2007, 21:50

\"Leyla_K\" wrote:mənim bir neçə sualım var

1. Bu elədiklərini özün eləmisən? Hamısını?

2. Başqa caanların önə çəkilməsindən danışırdın. İndi cavanların niyə basmağa çalışırsan? Başqa vaxt demirdin ki hər şeyi etmisən sən. Etmisənsə niyə yənə də sən?

3. Klubda hasısa komandaya necə yanaşmağı düz demirsən məncə...

nə isə...


Umumiyyatla, bu yaziya munasibat....Deyasan axi san manimla danishmirdin?!
Suallarina cavab:
1. Hamiya ballidir va aydindir ki, bu ishlarin hamisini etmak bir insanin fiziki imkanlari xaricindadir. Man bu ishlara rahbarlik etmisham va natica da goz qabagindadir. Bir da manim yazdiqlarimi yaxshi oxusan gorarsan ki, man hec da bu fikir da deyilam.

Sitat---Bütün bunlara son bir ildə aparılan islahatlar sayəsində nail olunmuşdur. Ötən seçki müddətində verdiyim bütün vədləri siz – Xəzərlilərin dəstəyi və yaxından köməyi ilə yerinə yetirdim. Sizlər qarşısında yeni vədlərim də var.

Bu bir neca post onca yazdiqlarimdandir. Diqqatli ol!

2. Klubda butun onamli vazifalarda cavanlardir. Jurnalin redaktoru Emin Yasinov, saytin moderlari Rashad, Ali, Nigar, Elbay hamisi cavan. Idara Heyati hamisi cavanlar. Hatta Klubun bazi agsaqqalari mani cavanlara lap cox-cox ustunluk vermakda gunahlandirirlar.

3. Bu albatta ki, sancadir....
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby Nigar_Yasinova » 10 Apr 2007, 23:39

Seymur men deqiqliyi sevirem onuncun senin postunu bir qeder deqiqlesdirmek isteyirem

\"SEYMUR\" wrote:2006 may və noyabr Fərdi Oyun üzrə Çempionatlar


Deqiq tarixlerei yadimdadi. 24 fevralda basladi. Final aprelde kecirildi.
9 dekabrda basladi. Final 16 dekabrda kecirildi
\"SEYMUR\" wrote:• 2007 fevral, “Nə? Harada? Nə zaman?” üzrə “MİDEO Kuboku”


Bunun da deqiq tarixini xatirlayiram. 18 mart 2007

\"SEYMUR\" wrote:• 2007 aprel, İntellektual Çoxnövçülük üzrə “Novruz Kuboku”


Balaca duzelis. 31 mart- 1 aprel. Breyn - Rinq ise namelum tarixe texire salinib!
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby Ciyer hovuzu » 12 Apr 2007, 08:23

Klub xəzinəsinin məxaricini görmək olarmı? :twisted:
User avatar
Ciyer hovuzu
Üçüncü dərəcəli kapitan
 
Posts: 989
Joined: 30 Mar 2007, 10:28

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby SEYMUR » 12 Apr 2007, 16:38

\"Ciyer hovuzu\" wrote:Klub xəzinəsinin məxaricini görmək olarmı? :twisted:


Rufat hal-hazirda Xazar Intellektual Klubunun budcasinda 80 AZN var.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Re: MAN SECILSAM NA EDACAYAM?

Postby China » 13 Apr 2007, 10:21

\"SEYMUR\" wrote:Əgər məni prezident seçsəz, Klubda intizamın və oyun keyfiyyətinin yüksəldilməsi yönümlü addımlar atılacaq. İlk növbədə təcrübəli oyunçuların rəhbərliyi ilə müxtəlif treyninqlər (məs, sualı necə yazmalı? Komanda nədir? və s.) keçiriləcək

Əgər məni prezident seçsəz, ilk növbədə Klubumuzun Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması məsələsini həll edəcəyəm.Nəhayət ki,təşkilatımızın fəaliyyətinin hüquqi əsası yaranacaqdır.

Əgər məni prezident seçsəz, intellektual çoxnövçülüyə daxil olan müxtəlif ranqlı turnir və çempionatlar təşkil olunacaq, əsası ötən bir ildə qoyulmuş “Çağırış Kuboku”, ”Novruz Kuboku” kimi yarışlar mütəmadi xarakter alacaqdır.

Əgər məni prezident seçsəz, dövrə oyunlarının statusunun artırılması, komandaların dövrə çempionu adına hörmətlə yanaşmalarını təmin etmək üçün keçici kubok təsis olunacaq. Hər dəfə bu kuboka yeni dövrə çempionu sahib olarkən bunu sübüt edən müvafiq diplomlarla mükafatlandırılacaqlar. Bununla yanaşı müxtəlif nominasiyalarda qalib gəlmiş komanda və oyunçular müxtəlif prizlərə sahib olacaqlar.

Əgər məni prezident seçsəz, xazar.org saytı yeni qrafikaya malik olacaq və Klubun həyatında baş verən hadisələrlə tez-tez yenilənəcəkdir.

Əgər məni prezident seçsəz, dövrü nəşrin kütləvi çapının təmin olunması istiqamətində addımlar atacağam. Çalışacağam ki, Klubumuzun həyatında önəmli rolu olan jurnalımızı hər bir üzvümüz oxusun.

Əgər məni prezident seçsəz, Məktəb Liqasında ciddi islahatlar aparılacaq. Məktəb Liqasına yeni-yeni məktəblilər cəlb ediləcək, məktəblərarası çempionatlar keçiriləcəkdir.

Əgər məni prezident seçsəz, klubumuza daimi sponsorluq edəcək qurum tapılacaq.

Əgər məni prezident seçsəz, “Nə? Harada? Nə zaman?” Elitar Klubunun anadilli versiyasının efirə çıxmasına çalışacaq, Elitar Klubda Xəzərlilərin çıxışına nail olacağam.

Əgər məni prezident seçsəz, bölgələrin intellektual hərəkata cəlb edilməsi istiqamətində yeni addımlar atılacaqdır. Klubumuzun köməyi ilə Şəki, Mingəçevir, Gəncədə artıq klublar yaradılmışdır. Növbəti addım Respublikamızın digər ərazilərini hərəkata cəlb etməkdir. Klubumuz tezliklə yaradılacaq Azərbaycan Klublar Assosiasiyasının üzvü olacaq, tez-tez bölgə komandalarının iştirakı ilə müxtəlif çempionatlar keçiriləcəkdir.

Seymur hamisini demirem ekseri PLAGIATDIR!
de niye deyim niye!
quot;Если украл - ПОКАЙСЯ, если смел - БЕЙСЯ, если стар - ДУМАЙ, а если молод - ДЕЙСТВУЙ, будет повод - СМЕЙСЯ, как бы не пришлось ПЛАКАТЬ....".
User avatar
China
Leytenant
 
Posts: 291
Joined: 22 May 2006, 14:24

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby Revolvers » 13 Apr 2007, 21:33

Zaurun bir namized kimi platformasi hardadi? :idea: :?: :!:
12\2)-5=1
12-11=1
(12*12)\144=1
User avatar
Revolvers
Üçüncü dərəcəli kapitan
 
Posts: 846
Joined: 21 May 2006, 01:08
Location: CAN BAKU CAN RODNOY

Re: MAN SECILSAM NA EDACAYAM?

Postby SEYMUR » 13 Apr 2007, 22:38

\"China\" wrote:Seymur hamisini demirem ekseri PLAGIATDIR!
de niye deyim niye!


Niye demiram deyan deyar da!
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

PREZIDENT SECKILARI: NAMIZAD SEYMUR TEYMUROV

Postby China » 14 Apr 2007, 16:21

\"Revolvers\" wrote:Zaurun bir namized kimi platformasi hardadi? :idea: :?: :!:

Elbey meslehet bunu menden yox Zaurdan sorush!
Ve mide burada Seymurun platformasinin muzakiresi gedir bunun Zaura ne dexli!
Bele maraqlandirir Zaurla shexsen sohbe ele (ama H.Aslanov stansiysina getme :lol: )
quot;Если украл - ПОКАЙСЯ, если смел - БЕЙСЯ, если стар - ДУМАЙ, а если молод - ДЕЙСТВУЙ, будет повод - СМЕЙСЯ, как бы не пришлось ПЛАКАТЬ....".
User avatar
China
Leytenant
 
Posts: 291
Joined: 22 May 2006, 14:24

Next

Return to Təşkilat

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron