İDARƏ HEYƏTİNDƏ

Xəzər İntellektual Klubunun təşkilati məsələləri

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

cavab: İDARƏ HEYƏTİNDƏ

Postby TURANLI » 05 Jun 2008, 00:43

Polkovniki unudurlar
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

cavab: İDARƏ HEYƏTİNDƏ

Postby Lamekan » 05 Jun 2008, 23:22

TURANLI wrote:Polkovniki unudurlar


Polkovnike hech kim yazmir???
!
User avatar
Lamekan
İkinci dərəcəli kapitan
 
Posts: 1219
Joined: 20 Jan 2007, 23:23

Re: İDARƏ HEYƏTİNDƏ

Postby TURANLI » 10 Dec 2008, 12:43

«Xəzər İntellektual Gənclər Klubu»
İctimai Birliyinin Ümumi Yığıncağı

QƏRAR

Bakı şəhəri         № 2      «___»  dekabr 2008-ci il



«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyətinin yaradılması və tərkibinin təsdiq edilməsi haqqında


«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin Ümumi Yığıncağı üzvlər - Teymurov Seymur Teymur oğlu, Atalızadə Aqşin Sabir oğlu və Eyvazov Tural Eldar oğlunun iştirakı ilə «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyətinin yaradılması və tərkibinin təsdiq edilməsi məsələsini müzakirə edərək

MÜƏYYƏN ETDİ:

«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyi artıq iki il yaxın müddətdə qeydiyyatdanq keçməsinə baxmayaraq, hüquqi cəhətdən onun üzvləri yalnız təsisçilərdən ibarətdir. Klubun Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır. Nizamnamənin 5.9-cu maddəsinə əsasən isə İdarə Heyəti Birliyin kollegial icra orqanı olub Ümumi Yığıncaq tərəfindən 2 (iki) il müddətinə seçilmiş Birliyin Sədrindən və digər 6 üzvdən ibarətdir. Birliyin üzvləri kimi isə yalnız ictimai birliyin üzvləri çıxış etdiyindən, yeni üzvlərin qəbul edilməsi və İdarə heyətinin tam tərkibdə formalaşdırılması üçün il növbədə «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyətinin yaradılması və tərkibinin təsdiq edilməsi zəruridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin Ümumi Yığıncağı

QƏRARA ALDI:

1. «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyəti yaradılsın;
2. «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyəti aşağıdakı tərkibdə təsdiq olunsun:
1) Teymurov Seymur Teymur oğlu (sədr)
2) Atalızadə Aqşin Sabir oğlu
3) Eyvazov Tural Eldar oğlu;

Sədr: Seymur Teymurov

Katib: Aqşin Atalızadə
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: İDARƏ HEYƏTİNDƏ

Postby TURANLI » 10 Dec 2008, 12:44

«Xəzər İntellektual Gənclər Klubu»
İctimai Birliyinin İdarə Heyəti

QƏRAR

Bakı şəhəri         № 1      «___»  dekabr 2008-ci il



«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinə üzvlərin və köməkçilərin qəbul edilməsi haqqında məsələni müzakirə edərək


«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyəti üzvlər - Teymurov Seymur Teymur oğlu, Atalızadə Aqşin Sabir oğlu və Eyvazov Tural Eldar oğlunun iştirakı ilə «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinə üzvlərin və köməkçilərin qəbul edilməsi haqqında

MÜƏYYƏN ETDİ:

Artıq yeddi ildən artıq müddətdə fəaliyyət göstərən və iki il bundan əvvəl rəsmi qeydiyyatdan keçən «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyi öz ətrafında onlarla fiziki şəxsi birləşdirir. Lakin, buna baxmayaraq, hüquqi cəhətdən onun üzvləri yalnız təsisçilərdən ibarətdir. Klubun Nizamnaməsinin 4.4-cü bəndinə əsasən Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır. Həmin Nizamnamənin 4.5-ci bəndinə əsasən isə Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli Qanununun 8.1. İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir. Həmin qanunun 10.2.-ci maddəsinə əsasən İctimai birliyin ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər, eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər. Qanunu 11-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir.
Göründüyü kimi faktiki olaraq təsisçilər istisna olmaqla «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin iştirakçıları yalnız köməkçi statusuna malikdir. İdarəçilik məsələlərinin təkmilləşdirilməsi üçün üzlük və köməkçi statusu məsələlərinin həll edilməsi zəruridir
Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyəti

QƏRARA ALDI:

1. «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin keçirdiyi dövrə oyunlarında komandaların təqdim etdikləri iştirak ərizələrində adı çəkilən bütün şəxslər (üzlər istisna olmaqla)  «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin köməkçisi hesab olunsunlar;
2. «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinə üzvlük məsələləri aşağıdakı şəkildə həll edilsin:
2.1. Birliyə üzv olma istəyən şəxs onun Nizamnaməsində təsbit olunmuş müddəaları qəbul etdiyini bildirməklə ərizə ilə İdarə Heyətinə müraciət edir (forma əlavə olunur).
2.2. İdarə Heyəti 1 ay ərzində ərizəyə baxaraq iddiaçının fəaliyyətinin Klubun mahiyyətinə  uyğun gəldiyini, onun idarəçiliyində iştiraka hazır olduğunu müəyyən edərsə, səsə çoxluğu ilə həmin şəxsin Birliyə üzv qəbul edilməsi barədə, yaxud da üzvlüyə qəbuldan imtinaya dair qərar qəbul edir.
2.3. İddiaçının yuxarıda göstərilən meyarlara cavab verib-verməməsi məsələsini İdarə Heyətinin hər bir üzvü  öz mülahizəsinə əsasən müəyyən edir.
2.4. İddiaçı ilkin üzvlük haqqını ödədiyi andan Birliyin üzvü hesab edilir (5 AZN)


Sədr: Seymur Teymurov

Katib: Aqşin Atalızadə
Last edited by TURANLI on 10 Dec 2008, 12:48, edited 1 time in total.
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: İDARƏ HEYƏTİNDƏ

Postby TURANLI » 10 Dec 2008, 12:46

«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin İdarə Heyətinə
________________________________________________________________
(ad, soyad, atasının adı)
tərəfindən


ƏRİZƏ


«Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin Nizamnaməsi ilə tanış olmuşam və orada təsbit edilmiş müddəaları qəbul edirəm, Nizamnaməyə, İdarə Heyətinin qərarlarına və digər aktlarına riayət edəcəyim barədə öhdəlik götürürəm. Birliyin idarəçiliyində iştirak etmək istəyirəm.
Göstərilənləri nəzərə alaraq məni «Xəzər İntellektual Gənclər Klubu» İctimai Birliyinin üzvlüyünə qəbul etmənizi xahiş edirəm


İmza: _______________________________
(ad, soyad)

Tarix: _____________________
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: İDARƏ HEYƏTİNDƏ

Postby Nottenera » 10 Dec 2008, 20:02

1. Really?
2. Deməli, idarə heyəti elə təsisçilərin özü hesab olunacaq?
3. Ərizələri özümüz doldurub gətirək, yoxsa klubda təqdim olunacaq?
4. Nə vaxtdan qüvvəyə minəcək bu qərarlar?
5. Çox sağ olun, Allaha şükür, mən bunu çoxdan gözləyirdim :)
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: İDARƏ HEYƏTİNDƏ

Postby Nigar_Yasinova » 11 Dec 2008, 00:59

Aqsin, bir sulima cavab ver. Meger, IH-nin 3 uzvu olmalidir? men bilen 6 olmalidir axi? Sedrin ozu IH uzvu ola biler ki? Duzdu, suallarim bir qeder ritorikdir. Amma her halda bir daha cavablandirsan pis olmaz ;)

Eger sedr deyishse IH indi oldugu kimi qalcaq? Yani bele cixir ki, sedr deyishse de qanunverici orqan deyismeyecek ve klubda da hec bir deyisiklik olmayacaq?
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: İDARƏ HEYƏTİNDƏ

Postby TURANLI » 11 Dec 2008, 12:56

Nigar, çətindi izah eləmək amma biz artıq rəsmi hüquqi şəxsik. Hə şey qanunla olmalıdı. Mən də bilirəm ki, 7 nəfər olmalıdı. Amma hanı üzvlər??? Ən azı 10 nəfər üzv qəbul eləməliyik ki 7 nəfər idarə heyəti olsun. Qəbuldan sonra müvafiq qərr qəbul olunacaq hüquqi çəkildə. Sənədlərlə.Tam formalaşandan sonra mən şəxsən üzvlekdən istefa edəcəyəm. İndi isə klub sadəcə boynumdadı. Heç yana qaça da bilmırım.İstənilən an Ədliyyə zəng edib məndən hesabat istəyə bilər.
Qərar artıq qüvvəyə minib!
Blankları bazar günü gətirəjəm.
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: İDARƏ HEYƏTİNDƏ

Postby Nigar_Yasinova » 14 Dec 2008, 22:28

Blanklari niye gormedik?
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: İDARƏ HEYƏTİNDƏ

Postby SEYMUR » 15 Dec 2008, 11:54

Nigar_Kerimova wrote:Blanklari niye gormedik?

Nigar, heç kimə zorla blank paylayan deyilik, elan olunub, kim istəyirsə bu KLuba üzv olsun, müraciət etsin.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Previous

Return to Təşkilat

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron