KLUBUMUZUN YENİ REQLAMENTİ

Xəzər İntellektual Klubunun təşkilati məsələləri

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby SEYMUR » 14 Oct 2006, 21:35

HÖRMƏTLİ XƏZƏRLİ !!!

BU GÜN İDARƏ HEYƏTİNİN QƏRARI İLƏ KLUBUMUZUN YENİ REQLAMENTİ QƏBUL OLUNDU.......BU YENİ SƏNƏDİ SİZİN DİQQƏTİNİZƏ ÇATDIRIRAM VƏ ÜMİD EDİRƏM Kİ, YENİ QAYDALARA ƏMƏL EDƏCƏKSİNİZ.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

YENİ REQLAMENT

Postby SEYMUR » 14 Oct 2006, 21:39

MÜNDƏRİCAT

Mündəricat ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 1
Preambula •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
İstifadə olunmuş ixtisarlar ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
NHN oyununun xarakteristikası •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
Hissə 1. Oyun ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
Fəsil 1.1. Oyunun iştirakçıları •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
1.1.1. Komandalar ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
1.1.2. Aparıcı ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
1.1.3. Aparıcı komanda •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
1.1.4. Oyun Jürisi •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 3
1.1.5. Apellyasiya Jürisi ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 4
1.1.6. Birləşmə ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 4
Fəsil 1.2. Oyun materialları və ləvazimatları •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 4
1.2.1. Suallar ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 4
1.2.1.1. Anlayış •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 4
1.2.1.2. Suallara buraxılış •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
1.2.2. Oyun materialları və ləvazimatları •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
Fəsil 1.3. Oyunun formatı ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
1.3.1. Turlara bölünmə •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
1.3.2. Oyun turu •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
1.3.2.1. Turun başlanğıcı •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 5
1.3.2.2. Sual raundu ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.3.2.3. Turun sonu •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.3.3. Turlar arası fasilə ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.3.4. Nəticələrin hesablanması ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.3.5. Buraxılışın məhdudlaşdırılması •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
Fəsil 1.4. Oyun hərəkətləri •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.4.1. Sual raundu •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.4.1.1. Sual raundunda hadisələrin ardıcıllığı •••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 6
1.4.1.2. Sual raundunun başlanğıcı ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 7
1.4.1.3. Sualın oxunması •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 7
1.4.1.4. Müzakirə dəqiqəsi •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 7
1.4.1.5. Cavabların yığılması ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 7
1.4.1.6. Cavabın elan olunması ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 7
1.4.1.7. Cavabın sayılması •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 8
1.4.1.8. Blits sual ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 8
1.4.2. Cavabların sayılması ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 9
1.4.2.1. Düzgün cavab •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 9
1.4.2.2. Cavabların düzgün sayılmasına dair tövsiyyələr ••••••••••••••••••••••••••••••••••••••••• 9
1.4.2.3. Səhv cavab •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 9
1.4.2.4. Sayılma meyarı ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 9
1.4.2.5. Cavabda mötərizələrin və digər ayırıcı işarələrin istifadəsi ••••••••••••••••••••••••••••• 9
Hissə 2. Apellyasiyalar və hakimlər •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
Fəsil 2.1. OJ, onun vəzifələri və hüquqları •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.1.1. OJ təşkili, OJ üzvləri ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.1.2. OJ tərkibi •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.1.3. OJ hüquq və vəzifələri •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
Fəsil 2.2. Apellyasiya, onun verilməsi qaydaları •••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.2.1. Apellyasiyaların tipləri ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.2.2. Apellyasiyaların verilməsi ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 10
2.2.3. Girov ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.2.4. Müddətlər •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
Fəsil 2.3. AJ, onun vəzifələri və hüquqları •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.1. AJ-nın yaradılması, AJ üzvləri •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.2. AJ tərkibi •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.3. AJ hüquqları ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.4. Apellyasiyaların baxılma qaydası ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.5. Duala verilmiş apellyasiyaların baxılması •••••••••••••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.6. Sualın çıxarılması barədə apellyasiyaya baxılması •••••••••••••••••••••••••••••••••••••••• 11
2.3.7. AJ-də qərarların qəbul edilməsi ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
2.3.8. AJ işinin nəticələri •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
Hissə III Çempionatın keçirilmə formulu •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
1. Dövrə ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
2. Liqalar •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
3. Növbətçilik •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
4. Aparıcı (növbətçi) komandaya qoyulan tələblər •••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
5. Dövrə nəticələrinin hesablanması ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 12
6. Cərimə sanksiyaları ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 13
Əlavə A. NHN üzrə yarışlarının təşkili •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 13
Fəsil A.1. Yüksək səviyyəli yarışların keçirilməsi üzrə tövsiyyələr ••••••••••••••••••••••••••••• 13
Fəsil A.2. Sorğu üçün ədəbiyyat •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 13
Tövsiyyə edilən sorğu ədəbiyyatı ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 13
Əlavə A. NHN üzrə yarışlarının təşkili •••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 13
Əlavə B. Oyun etikası ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 14
Əlavə C. İştirak Ərizəsi ••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 15
Əlavə D. Oyun Cədvəli••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••• 15






























Preambula
Bu Reqlament “Xəzər” İntellektual Klubunda “Nə? Harada? Nə zaman?” (bundan sonra NHN) oyununun idman variantının əsas qaydalarını ehtiva edir. Bu Reqlament oyunun gedişi zamanı yaranan bütün vəziyyətləri nəzərdə tutmur və həmçinin oyunun təşkilinin bütün detallarını reqlamentləşdirmir. Reqlamentinin müvafiq paraqrafı ilə tənzimlənməyən hallar olduqda qərarlar, Reqlamentdə nəzərdən keçirilən anoloji vəziyyət əsasında qəbul edilməlidir. Reqlament ondan çıxış edir ki, müxtəlif hakimlik funksiyalarını yerinə yetirən şəxslər lazımi və kifayət qədər sağlam dərrakəyə malikdirlər və tam obyektivdirlər.

İstifadə olunmuş ixtisarlar
YTK – Yarışın Təşkilat Komitəsi.
OJ – Oyun Jürisi.
AJ – Apellyasiya Jürisi.
RK – Redaksiya Kollegiyası.
TK – Texniki Komissiya.

NHN oyununun xarakteristikası
NHN – komandaların onlara verilmiş suala məhdud vaxt ərzində cavab tapmaq qabiliyyətində yarışdıqları komanda oyunudur. Rəqibləri ilə müqayisədə daha çox suala düzgün cavab tapmış komanda qalib gəlir.

Hissə 1. Oyun
Fəsil 1.1. Oyunun iştirakçıları
1.1.1. Komandalar
Oyunçular komandalarda birləşiblər. Hər bir an oyun masasının arxasında altıdan çox olmamaq şərtilə oyunçu ola bilər. Heç kim turun və dövrənin gedişi zamanı nə eyni zamanda, nə də ki, ayrı zamanda iki komandada oynaya bilməz .
Komandanın heyətində İştirak Ərizəsində (Əlavə A) komandanın oyunçusu kimi təqdim edilmiş oyunçular çıxış edə bilər (bax. Əlavə A). Oyunçu dəyişiklikləri yalnız turdan sonrakı fasilədə həyata keçirilə bilər.
Hər bir komandada kapitan xüsusi funksiyaları yerinə yetirir. Komandanın İştirak Ərizəsində kapitanının kim olması aydın şəkildə qeyd edilməlidir. YTK və ya onun nümayəndəsi ilə razılaşdıqmaqla kapitanın funksiyaları müvəqqəti olaraq həmin komandanın başqa oyunçusuna verilə bilər. Bu oyunçu kapitan sayılmır, ancaq kapitana ayrılmış funksiyaları yerinə yetirir.

1.1.2. Aparıcı
Aparıcı sualları və cavabları oxuyur, nəticələri səsləndirir. Aparıcının funksiyaları 1.3. və 1.4. fəsillərində ətraflı təsvir edilib.
Aparıcı borcludur:
• yaxşı diksiyaya malik olmalı və oyunun aparıldığı dili mükəmməl bilməlidir;
• əvvəlcədən oyun materialı ilə tanış olmalıdır;
• sualları dəqiq və aydın oxumalıdır;
• avtomatik səs siqnallarının yoxluğu zamanı vaxt axımının hesabını aparmalıdır;

1.1.3. Aparıcı (növbətçi) komanda
Aparıcı (növbətçi) komanda dövrə oyunlarının keçirilməsinə məsul komandadır.

1.1.4. Oyun Jürisi
OJ-nin öhdəsinə komandaların cavablarının sayılması və oyun qaydalarına riayət edilməsinə nəzarət etmək düşür. OJ həm də tur zamanı bu Reqlamentdə nəzərdə tutulmamış bütün hallar üzrə qərar qəbul edir. OJ-in funksiyaları 1.3. və 1.4. fəsillərində ətraflı təsvir edilib. Bundan əlavə, OJ-ə kömək məqsədi ilə Texniki Komissiya (TK) yaradıla bilər. Əgər o yaradılıbsa, TK vəzifələrinə nəticələr cədvəlinin aparılması və komandaların cavab kartlarının saxlanılması aiddir. Tur ərzində oyunçuların TK ilə ünsiyyəti qadağandır. TK yaradılmayıbsa onun funksiyalarını OJ yerinə yetirir.

1.1.5. Apellyasiya Jürisi
AJ-in vəzifəsi komandaların apellyasiyaları üzrə qərar qəbul etməkdir. AJ həm əyani, həm də müxtəlif əlaqə vasitələrinin köməyi ilə fəaliyyət göstərə bilər. AJ-in funksiyaları 2.2. fəslində ətraflı təsvir edilib.

1.1.6. Birləşmə
Turda iştirak edən oyunçular RK, OJ və TK tərkibinə daxil olmamalıdırlar. RK, OJ və ya TK-nin işlərinin AJ-nin işi ilə birləşdirilməsi qadağan olunur. Tövsiyyə olunur ki, RK-nin tərkibindən ən azı bir nəfər OJ-nin tərkibinə daxil edilsin.

Fəsil 1.2. Oyun materialları və ləvazimatları
Tur keçirilərkən aşağıdakı material və ləvazimatlardan istifadə olunur:
• suallar;
• oyun zalı;
• oturacaqlar;
• cavab kartları;
• məlumat materialları.
İstifadə edilməsi tövsiyyə olunan bəzi digər material və ləvazimatlar Əlavə A-da sadalanıb.

1.2.1. Suallar
1.2.1.1. Anlayış
NHN sualı – Azərbaycan dilində qeyri–tekstual elementlərin (təsvirlər, səs və video yazıların və s.) cəlb edilməsi mümkünlüyü ilə formula edilmiş tapşırıqdır.
NHN sualını digər növ tapşırıqlardan fərqləndirən səciyyəvi əlamətlərdir:
• tapşırığın qısalığı. Bir qayda olaraq NHN sualı bir dəqiqə ərzində verilə bilər. Qeyri-tekstual
elementləri istifadə edən suallar üçün verilmə vaxtı bir neçə dəqiqəyə çata bilər.
• cavabın qısalığı. Bir qayda olaraq NHN sualının cavabının yazılması üçün bir neçə söz və ya simvol
kifayət edir.
• düşünmə elementi. NHN sualının cavabı sual üzərində düşünmək yolu ilə gərəkli biliklərin və
ümumbəşəri təsəvvürlərin (məsələn; gözəllik və ya gülməli şey haqqında) cəlb edilməsi
mümkünlüyü ilə tapılır.
• ümumqəbulluq. NHN sualının qavranılması və ya ona cavab verilməsi üçün, bir qayda olaraq, dar
ixtisas bilikləri tələb olunmur.
Сavab – sualda tələb olunan informasiyanın yazılı formada ifadə olunmasıdır.

Sual materiallarının hazırlanması
Tur üçün sualları elektron formada hazırlamaq və onların verilməsi zamanı çap olunmuş nümunədən istifadə etmək tövsiyyə olunur. Suallardan əvvəl preambula olmalıdır ki, onda yarış, tur, paketin redaktoru(ları) qeyd edilməlidir və həmçinin digər informasiya (məsələn, təşəkkürlər) yerləşdirilə bilər.

Hər sual aşağıdakı hissələrdən ibarətdir:
• sualın nömrəsi;
• sualın müəllifi və ya müəllifləri;
• sualın mətni;
• cavab;
• informasiyanın mənbəyi;

•• aparıcıya göstərişlər;
•• hesaba alma meyarları;
•• şərh;
•• əlavə materiallar.
İki ulduzla işarə olunan hissələr olmaya da bilər. Qalan hissələr məcburidir. Hissələr göstərilən ardıcıllıqla olmalıdır. Onun hansı hissə olduğunu başa düşmək üçün hissənin əvvəlində prefiks gəlməlidir, məsələn, “Cavab” və ya “Mənbə”.
Blits sualda sualın mətni özündə preambulu, mini sualların mətnini, cavab-bütün mini suallara cavabları, şərh-bütün mini suallara şərhi və s. ehtiva edir.

1.2.1.2. Suallara buraxılış
Aparıcının tur başlanan ana qədər suallarla tanış olmaq üçün kifayət qədər vaxtı olmalıdır və o bunu etməlidir. Aparıcı sualları vərəqdən və ya kompyuter ekranından oxuya bilər. Turun sualları oynanılmayana qədər oyunçuların suallarla tanış olmağı qadağandır. Komanda kapitanlarının turdan sonrakı fasilədə sualların tam mətni ilə tanış olmaq hüququ var. Yarış qurtardıqdan sonra YTK müəyyən müddətə oynanılmış suallara buraxılışa məhdudiyyət qoya bilər. Buraxılış məhdudiyyətləri yarışın iştirakçılarına aid edilə bilməz.

1.2.2. Oyun materialları və ləvazimatları
Turnirdə iştirak edən bütün komandalara normal oyun şərtləri, xüsusilə havanın normal temperaturu, kifayət qədər işıqlandırma dərəcəsi və müzakirə vaxtı yad səs-küyün olmaması təmin edilməlidir. Hər komanda onun oyunçularına sualı müzakirə etməyə imkan verən formada düzülmüş 6 oturacaqla (kreslo və s.) təmin edilməlidir. Hər bir komanda turdakı sualların sayı qədər cavab kartlarına malik olmalıdır. Cavab kartında komandanın nömrəsi və sualın nömrəsi aydın qeyd olunmalıdır. Həmçinin cavab kartında cavabı yazmaq üçün eni 5 sm və uzunluğu 3 sm olan sahə olmalıdır. Bütün komandalara sualları yaxşı eşitmək üçün şərait yaradılmalıdır. Əgər oyun zalında aparıcıdan 10 metrdən çox olan uzaqlıqda komandalar varsa, sualın oxunması zamanı akustik sistemə qoşulmuş mikrofondan istifadə etmək tövsiyyə olunur. Tövsiyyə olunur ki, turun gedişi zamanı OJ-nin sərəncamında ən azı Əlavə A-da sadalanan məlumat materialları olsun. Turdan sonrakı fasilədə bütün bu materiallara komanda kapitanlarının buraxılışı olmalıdır.

Fəsil 1.3. Oyunun formatı
1.3.1. Turlara bölünmə
Tur iki hissədən ibarətdir – oyun turu və turdan sonrakı fasilə
Oyun turu aşağıdakı hissələrdən ibarətdir:
• turun başlanğıcı
• sual raundu (turdakı sualların sayı qədər təkrar olunur);
• turun sonu.
Turdan sonrakı fasilədə turun ilkin nəticələrinin hesablanması və səsləndirilməsi, texniki səhvlərin aradan qaldırılması və bəzi başqa hadisələr baş verir.

1.3.2. Oyun turu
1.3.2.1. Turun başlanğıcı
Turun başlanğıcından əvvəl aparıcı aşağıdakı hərəkətləri icra edir:
• mikrofon və akustik sistemi yoxlayır;
• özünü, OJ-nin bütün üzvlərini və YTK-nin üzvlərini təqdim edir (Əgər tur birincidirsə və ya
dəyişiklik olubsa);
• oyunçuları vaxt axımı sistemi ilə tanış edir, vaxt axımının bütün siqnallarını icra edir (Əgər tur
birincidirsə və ya dəyişiklik olubsa);
• yarışın adını, turun adını və ya nömrəsini, turdakı sualların sayını xatırladır;
• komandaların nömrələrini və adlarını elan edir (Əgər birinci turdursa) və bu tur üçün cavab
kartlarındakı müvafiq sahənin doldurulması üçün komandalara vaxt verir;
• əgər komandalar öz nömrələrini cavab kartlarında əllə doldururlarsa, sualların nömrələnmə
xüsusiyyətlərini izah edir (ardıcıl nömrələnmə, birinci sualdan nömrələnmə və s.) və bu tur üçün
cavab kartlarındakı müvafiq sahənin doldurulması üçün komandalara vaxt verir;
• əvvəl səsləndirilmiş nəticələrlə müqayisədə ötən turun ilkin nəticələrində baş vermiş dəyişikliklər
haqqında məlumat verir (Əgər birinci turdursa);
• ötən turda baş vermiş qayda pozuntularına dair OJ-nin qərarlarını elan edir (Əgər tur birinci deyilsə);
• komandaların oyuna hazırlığını yoxlayır. Bu Reqlamentdə nəzərdə tutulmuş materiallar
və ləvazimatlarkomanda üçün təmin edilməmişdirsə və ya aparıcını normal eşitmək imkanı
yoxdursa komanda oyuna hazır olmaması barədə elan edə bilər. Bu halda iştirak edən YTK üzvləri
turun birinci sualı verilənə qədər zəruri materialları və ləvazimatı təmin etməli, normal eşidilmə
üçün şərait yaratmalıdırlar.

1.3.2.2. Sual raundu
Sual raundu turun bütün sualları üçün ardıcıl olaraq keçirilir. O 1.4.1. paraqrafında təsvir edilib.

1.3.2.3. Turun sonu
Son sual raundundan sonra aparıcı fasilənin davamiyyətini və növbəti turun başlanma vaxtını qeyd edir və fasilə elan edir (Əgər tur sonuncu deyilsə).

1.3.3. Turlar arası fasilə
Turdan sonrakı fasilədə OJ oyun turu ərzində və ya turdan sonrakı fasilə ərzində baş vermiş OJ tərəfindən fiksə edilmiş qayda pozuntularını araşdırır. OJ qaydanı pozmuş komandaya (və ya oyunçusu qaydanı pozmuş komandaya) xəbərdarlıq elan edə, bu komandanın istənilən cavabının sayılmaması barədə qərar qəbul edə və həmçinin komandanın bu yarışdan diskvalifikasiya edilməsi barədə qərar qəbul edə bilər.
Cavabın gecikdirilməsi qayda pozuntusu hesab edilmir və yalnız gecikdirilmiş cavabın sayılmaması ilə nəticələnə bilər. Əgər komanda cavab kartını təhvil vermirsə bu qayda pozuntusudur. Cavab kartının təhvil verilməsi barədə ətraflı bax. 1.4.1. paraqrafına.

1.3.4. Nəticələrin hesablanması
Turun ilkin nəticələri OJ tərəfindən hesablanır və aparıcı tərəfindən səsləndirilir. Turun ilkin nəticələri səslənənə qədər oyunçuların OJ müraciəti qadağandır.
Turun ilkin nəticələri səsləndirildikdən sonra komanda kapitanları onun komandasına hansı cavabın sayılmadığını öyrənmək üçün OJ-a müraciət etmək hüququna malikdir. OJ kapitana bu məlumatları təqdim etməyə borcludur. Belə olan halda OJ 1.3.5. paraqrafında formula edilmiş keçid məhdudiyyəti haqqında müddəaları poza bilməz. Əgər kapitanın fikrincə texniki səhv varsa, o, OJ-ə müraciət edə bilər. Bundan sonra OJ ya səhvi düzəltməli, ya da ki, texniki səhvin olmadığını bildirməlidir. Bu qərarı OJ tam tərkibdə qəbul edir. Kapitan həmçinin sualların mətni ilə tanış olmaq hüququna malikdir. Başqa oyunçuların OJ-ə müraciəti qadağandır.
Texniki səhv 5 dəqiqə ərzində aradan qaldırılır və bundan 5 dəqiqə sonra yenidən hesablanmış nəticələr səslənir. Turun nəticələrinin saxlanılması üzrə məsul şəxs aparıcıdır.

1.3.5. Buraxılışın məhdudlaşdırılması
OJ-nin xüsusi icazəsi olmadan istənilən zaman, istənilən oyunçuya qadağandır:
• digər komandaların cavabları yazılmış cavab kartları ilə tanış olmaq;
• öz komandasının cavab kartını təhvil verdikdən sonra ona toxunmaq, xüsusi ilə komanda
kapitanının OJ ilə ünsiyyətdə olarkən komandasının cavabı olan cavab kartına toxunmaq hüququ
yoxdur;
• əgər cədvəl əllə doldurulursa, nəticələr cədvəlinin əslinə toxunmaq;
• nəticələrin hesablanması üçün istifadə olunan kompyuterlə işləmək;
• OJ və TK üzvlərinə, oyunçulara digər komandaların cavablarını bildirmək qadağandır.

Fəsil 1.4. Oyun hərəkətləri
1.4.1. Sual raundu
Bu paraqraf “Nə? Harada? Nə zaman?” üzrə oyunun turunda bir sual raundunu təsvir edir. Sual raundunun gedişində bir sual və ya bir blits sual oynanılır.

1.4.1.1. Sual raundunda hadisələrin ardıcıllığı
Sual raundu aşağıdakı hissələrdən ibarətdir:
• sual raundunun başlanğıcı;
• sualın oxunması;
• müzakirə dəqiqəsi;
• cavabların yığılması;
• cavabın elan olunması;
• cavabların sayılması.
Blits sual üçün sual raundu bir qədər fərqli keçirilir (bax. 1.4.1.8. bəndinə)

1.4.1.2. Saul raundunun başlanğıcı
Sual raundunun başlanğıcı haqqında siqnal aparıcının növbəti sualın nömrəsini elan etməsi və ya “Diqqət sual” ifadəsidir.

1.4.1.3. Sualın oxunması
Sualın oxunması aparıcı tərəfindən vərəqdən və ya kompyuter ekranından həyata keçirilir. Əgər sualın qeyri-tekstual elementləri varsa, sual mətnindəki göstərişlərə riayət etməklə aparıcı bu elementləri ifadə edir və ya onların ifadə olunmasına rəhbərlik edir. Qeyri-tekstual elementlərin ifadəsi zamanı bütün oyunçuların öz yerlərini tərk etmədən onlarla tanış olmaq imkanı olmalıdır. Əgər əksi sual paketinin tərtibatçısı tərəfindən aşkar şəkildə qeyd edilməyibsə, sualı oxuyarkən aparıcı dırnaqları, digər durğu işarələrini və həmçinin ayrı-ayrı hərflərin kapitalizasiyasını xüsusi olaraq fərqləndirməməlidir.
Sual oxunarkən və qeyri-tekstual elementlərin ifadəsi zamanı komandalar özlərini maksimum sakit aparmalıdırlar.
Müzakirə vaxtının başlanması siqnalına qədər əgər lazım bilərsə aparıcı sualın mətnini təkrar edə və ya qeyri-tekstual elementin yenidən ifadə edilməsinə təşəbbüs göstərə bilər. Müzakirə vaxtı başladıqdan sonra belə təkrarlanmalar- həm tam, həm də hissəvi qadağandır.

1.4.1.4. Müzakirə dəqiqəsi
Müzakirə dəqiqəsinin başlanmasına siqnal aparıcının “Vaxt” komandasıdır. Müzakirə dəqiqəsi ərzində oyunçulara digər komandalara mane olmaq, öz yerlərini tərk etmək, öz yerlərinə qayıtmaq, məlumat kitabları və başqa növ istənilən nəşrlərdən, həmçinin məlumat kitablarına və nəşrlərə çıxışı təmin edə biləcək texnikadan, istənilən növ rabitə vasitələrindən istifadə etmək, həmin turda iştirak edən komanda yoldaşlarından başqa, istənilən digər şəxslərlə, istənilən vasitələrlə ünsiyyətdə olmaq qadağandır. Xüsusilə aparıcı ilə ünsiyyət qurmaq qadağandır. Müzakirə dəqiqəsi başladıqdan 50 saniyə sonra “10 saniyə qalıb” siqnal verilir. Müzakirə dəqiqəsi başladıqdan 60 saniyə sonra “müzakirə bitdi” siqnalı verilir. Bununla da müzakirə dəqiqəsi qurtarır.

1.4.1.5. Cavabların yığılması
Cavabların yığılması aşağıdakı prosedur üzrə aparılır. Müzakirə dəqiqəsinin bitdiyini bildirən siqnaldan 5 saniyədən gec olmayaraq cavabların yığılması üçün “xahiş edirəm cavabları təhvil verin” siqnalı verilir.
“Xahiş edirəm cavabları təhvil verin” siqnalına qədər komandanın kapitanı və ya oyunçusu cavab kartını əli ilə yuxarı qaldırmalıdır.
Əgər komandanın kapitanı və ya oyunçusu “xahiş edirəm cavabları təhvil verin” siqnalına qədər cavab kartı ilə birlikdə əlini qaldırmasa, “xahiş edirəm cavabları təhvil verin” siqnalından sonra əlini aşağı salarsa, cavab kartı dəyişdirilərsə və ya cavaba hansısa dəyişikliklər olunarsa cavab gecikdirilmiş sayılır. OJ bu cavabı gecikdirilmiş cavab kimi işarələmək və onu hesaba almamamq hüququna malikdir.
Turdan sonrakı fasilədə OJ komandanın kapitanın xahişi ilə OJ-un qərarını müzakirə edib onu ya doğru ya da ki, yalnış hesab edə bilər. OJ-nin qərarı qətidir.

1.4.1.6. Cavabın elan olunması
Cavablar yığılıb qurtardıqdan sonra aparıcı cavabı səsləndirir. Əgər cavab qeyri-tekstual elementlərlə müşayət olunursa aparıcı, cavabın mətnindəki göstərişlərə riayət etməklə elementləri ifadə edir və ya onların ifadə edilməsinə rəhbərlik edir. Aparıcının elan etdiyi düzgün cavab cavabların hesaba alınması zamanı OJ-nın üzərinə heç bir öhdəlik qoymur. OJ aparıcının elan etdiyi cavabdan fərqlənən cavabları düzgün cavab kimi hesaba almaq və aparıcının elan etdiyi cavabı düzgün olmayan cavab kimi hesaba almamaq hüququna malikdir (məsələn, aparıcının səhvi olduqda).

1.4.1.7. Cavabın sayılması
Suala cavabı əks etdirən cavab kartlarını əldə edən OJ onları iki qrupa ayırır: sayılan cavablar və sayılmayan cavablar. Qalan cavabların sayılmasını OJ 1.4.2. paraqrafına əsasən həyata keçirir. Cavabların sayılması zamanı OJ məlumat materiallarından istifadə edə bilər. OJ nəticəni fiksə edir və hər iki növ cavab kartlarını fiksə etmək üçün TK-a ötürür. Cavabın sayılması digər sual zamanı və həmçinin turlararası fasilə zamanı həyata keçirilə bilər.

1.4.1.8. Blits sual
Blits sual preambula və hər birinə müəyyən miqdarda vaxt ayrılan iki və ya daha artıq mini sualdan ibarətdir. Mini suallara ayrılan vaxt cəmi bir dəqiqəyə bərabərdir. Preambulada bu sualın blits sual olması, mini sualların sayı və onların hər biri üçün ayrılan vaxt haqqında məlumat verilməlidir. Blits sual üçün sual raundunun keçirilməsinin iki variantı mövcuddur. Birinci varianta əsasən N mini sualdan ibarət blits sual üçün sual raundu aşağıdakı hissələrdən ibarətdir;
• sual raundunun başlanması;
• preambulanın oxunması;
• I mini sualın oxunması;
• I mini sualın müzakirəsi;
• II mini sualın oxunması;
• II mini sualın müzakirəsi;
...............................................
• N mini sualın oxunması;
• N mini sualın müzakirəsi;
• cavabların yığılması;
• cavabların sayılması;
Blits sualın bütün mini suallarına cavablar bir cavab kartına və mini sualların verilmə ardıcıllığına uyğun yazılır.
II varianta görə N mini sualdan ibarət olan blits sualın sual raundu aşağıdakı hissələrdən ibarətdir:
• sual raundunun başlanması;
• preambulanın oxunması;
• I mini sualın oxunması;
• I mini sualın müzakirəsi;
• I mini sualın cavabının yığılması;
• II mini sualın oxunması;
• II mini sualın müzakirəsi;
• II mini sualın cavabının yığılması;
..........................................
• N mini sualın oxunması;
• N mini sualın müzakirəsi;
• N mini sualın cavabının yığılması;
• Cavabların sayılması.
Blits sualın hər mini sualının cavabı ayrı cavab kartında yazılır.
Sual raundunun başlanması, sualların yığılması və sayılması adi sual üçün müəyyən edilmiş qaydaya əsasən aparılır. Mini sualların oxunuşu adi sualın oxunuşu kimi aparılır, amma əvvəlcə mini sualın nömrəsi ilə başlanır.
Mini sualların müzakirəsi adi sualların müzakirəsi kimi aparılır, lakin cari blits sualda cari mini sual üçün müəyyən edilmiş vaxt ərzində davam edir.
Adi sualda oluğu kimi, mini sualda müzakirəsinin başlanması siqnalı aparıcının “vaxt” komandası və yaxud xüsusi səs siqnalıdır. Blits suallarda “on saniyə qalıb” siqnalı tətbiq edilmir. Mini sualın müzakirəsi üçün ayrılan vaxt başa çatdıqda “Müzakirə bitdi” siqnalı verilir.




1.4.2. Cavabların sayılması
1.4.2.1. Düzgün cavab
Komandanın cavabı aşağıdakı tələblərin ən azı birinə cavab verirsə, o düzgün hesab edilir:
• müəllif cavabı ilə üst-üstə düşür;
• paket tərtibatçısının təyin etdiyi sayılma meyarını ödəyirsə;
• müəllif cavabından yalnız qrammatik cəhətdən fərqlənirsə (durğu işarəsi, hallar, zaman forması);
• müəllif cavabını və ya ona ekvivalent cavabı ehtiva edir, həmçinin, sualın mətninə zidd olmayan və
kobud səhv buraxılmamış digər cavab kimi qiymətləndirilə bilməyən əlavə məlumatı özündə
birləşdirsin (müəllifin cavabı daha dəqiqdirsə);
• müəllif cavabı qədər dəqiq deyil, o halda ki, müəllif cavabındakı əlavə məlumatın yoxluğu cavabın
mənasını dəyişdirmirsə;
• əvvəlki halların heç birinə uyğun gəlməsə də, müəllif cavabından az olmayan dərəcədə sualdakı
bütün faktlara uyğun gəlirsə (dual). Uyğunluq dərəcəsi öz sağlam dərrakəsinə və əgər varsa paket
tərtibatçısının göstərişlərinə əsaslanaraq OJ təyin edir.
Blits suala cavab yalnız və yalnız o zaman düzgün sayılır ki, ona daxil olan bütün mini suallara cavablar düzgün sayılsın.

1.4.2.2. Cavabların düzgün sayılmasına dair tövsiyyələr
OJ 1.4.2.1. bəndində təsvir edilmiş prinsiplərə əsaslanaraq cavabların düzgünlüyü müəyyən edir. 1.4.2.1. bəndində təsvir edilmiş hallardan əlavə aşağıdakı hallardan ən azı birini ödəyən cavabın düzgün sayılması tövsiyyə edilir:
• müəllif cavabı qədər dəqiq deyil, lakin tələb olunan dəqiqlik paket tərtibatçısı tərəfindən müəyyən
edilməyib və müəllif cavabındakı əlavə məlumatın cavabda yoxluğu cavabın mahiyyətini əhəmiyyətli dərəcədə dəyişmir;
• sual və ya sayılma meyarı aydın formada qrammatik cəhətdən düzgün cavabı tələb etmirsə cavabın
müxtəlif cür şərh edilməsinə imkan verməyən qrammatik səhvi özündə ehtiva edən, cavab eyni zamanda əgər bu səhvin düzəldilməsindən sonra cavab 1.4.2.1. bəndinə cavab verirsə.

1.4.2.3. Səhv cavab
Komandanın cavabı aşağıdakı şərtlərdən ən azı birini ödəyirsə səhv sayılır;
• mövcudluğu halında cavabın sualın bütün faktlarına uyğun ola biləcəyi, sual mətninin
interpretasiyası mövcud deyilsə;
• komandanın cavabı bir cavabdan çox cavabdan ibarətdirsə və onlardan ən azı biri səhvdirsə;
• komandanın cavabında elə əlavə informasiya var ki, o digər cavab kimi qiymətləndirilə bilər bu
cavab səhvdir;
• komandanın cavabında sualda göstərilmiş faktlara zidd gələn və ya kobud səhv buraxılmış, cavabın
mahiyyətini dəyişən əlavə informasiya var;
• komandanın cavabı müəllif cavabından qrammatik cəhətdən fərqlənirsə və qrammatik qaydalara
riayət sualda aydın şəkildə tələb olunursa və ya belə fərqlilik cavabın mənasını dəyişirsə;
• komandanın cavabı müəllif cavabı ilə müqayisədə daha az dəqiqdir və tələb olunan dəqiqlik sualda
aydın şəkildə göstərilib;
• komandanın cavabı sual formasına uyğun gəlmirsə (qrammatik formadan söhbət getmir, bax bənd
1.4.2.1.)

1.4.2.4. Sayılma meyarı
Paket tərtibatçılarına sayılma meyarı aydın şəkildə müəyyən etmək və mümkün qədər cavabın tələb olunan dəqiqliyini sual mətnində qeyd etmək tövsiyyə olunur.

1.4.2.5. Cavabda mötərizələrin və digər ayırıcı işarələrin istifadəsi
Mötərizədə (dairəvi, kvadrat, fiqurlu, çəp və ya künc) yazılmış və ya ” %” işarəsi ayırılmış mətn suala bilavasitə aidiyyatı olmayan şərh sayılır və cavabların sayılması və ya sayılmaması üçün əsas rolunda çıxış edə bilməz. Mötərizə və ya “%” işarəsi müəllif cavabının əhəmiyyətli tərkib hissəsi kimi çıxış etdiyi hallar bu qaydada istisna təşkil edir.

Hissə 2. Apellyasiyalar və hakimlər
Fəsil 2.1. OJ, onun vəzifələri və hüquqları
2.1.1. OJ təşkili, OJ üzvləri
OJ oyun qaydalarına riayət olunamasına nəzarət və komandaların cavablarının sayılması üçün təşkil olunur.

2.1.2. OJ tərkibi
OJ-nin tərkibinə ən azı 2 nəfər daxil olmalıdır. OJ tərkibi yarış başlanana qədər müəyyən edilməli və yarışın əvvəlində komandalara elan edilməlidir.

2.1.3. OJ hüquq və vəzifələri
Cavabların düzgünlüyünü müəyyən edərkən OJ bu Reqlamentin 1.4.2. paraqrafında formula edilmiş prinsipləri rəhbər tutmalıdır. Qeyd edilən paraqrafın təsiri altına düşməyən hallarda OJ cavabın düzgünlüyünü öz mülahizəsi əsasında qiymətləndirmək hüququna malikdir. Oyun qaydalarına riayət olunmasına nəzarət edərkən OJ bu Reqlamentin müddəalarını, bəndlərini rəhbər tutmalıdır.

Fəsil 2.2. Apellyasiya, onun verilməsi qaydaları
2.2.1. Apellyasiyaların tipləri
Komandalara aşağıdakı iki növ apellyasiyalardan birini və ya hər ikisini verməyə icazə verilə bilər:
• müəllif cavabı ilə üst-üstə düşməyən (tam üst-üstə düşməyən) lakin düzgün olan (apellyasiya verən
komandanın fikrinə görə) cavabın sayılması üzrə komandanın tələbi – cavabın sayılması üzrə
apellyasiya;
• sualın və müəllif cavabının mətnindəki faktiki səhvlə əlaqədar qeyri-korrekt hesab etdiyi sualın
çıxarılması üzrə komandanın tələbi – sualın qeyri-korrektliyi üzrə apellyasiya: Müəllif cavabından
əlavə OJ tərəfindən sayılan redaktorun təyin etdiyi sayılma meyarları və cavabları şərhə bərabər
tutulurlar və sualın çıxarılması üzrə apellyasiya üçün əsas ola bilməz. Əgər oyun birdən çox oyun
zalında keçirilirsə (sinxron) qeyri-korrektlik apellyasiyasının xüsusi növü – aparıcının
səhvinə apellyasiya tətbiq edilir. Bu növ apellyasiyanın AJ tərəfindən baxılmasının əsası kimi yalnız
aparıcının özünün və ya oyun zalında iştirak etmiş və YTK tərəfindən səlahiyyətləndirilmiş digər
şəxsin (məsələn, OJ üzvünün) səhv faktını təsdiq etməsi çıxış edə bilər.
Komandaların aparıcının səhvinə işarə edən ərizə və apellyasiyaları belə təsdiq olmadıqda nəzərdən keçirilmir. Aparıcının səhvinə görə sual yalnız və yalnız o halda çıxarıla bilər ki, AJ təsdiq etsin ki, aparıcı sualın istənilən sözünün və ya qeyri-tekstual elementinin mənasını əhəmiyyətli dərəcədə təhrif etmiş olsun və səhv ilə birlikdə oxunmuş sual yarışda iştirak edən komandaların ümumi sayının 2% az olmayan sayda komandaya ünvanlanmış olsun. Əgər oyun zallarından birində AJ tərəfindən səhvlə oxunması tanınmış sualların sayı yarışın ümumi suallarının sayının 10%-dən çoxunu təşkil edərsə, bu oyun zalında yarışan komandaların nəticələri yarışın hesabından çıxarılır və səhv ilə birlikdə oxunmuş suallar ünvanlanmış komandalar komandaların faizi hesablanarkən nəzərə alınmırlar.
Əgər oyun bir oyun zalında aparılırsa aparıcının səhvi halında həm cavabın sayılmasına apellyasiya, həm də qeyri-korrektliyə apellyasiya verilə bilər. Aparıcının səhvi yalnız o halda fiksə edilir ki, səhv faktı aparıcının özü, oyun zalında iştirak etmiş və YTK tərəfindən səlahiyyətləndirilmiş şəxs (məsələn, OJ üzvü) tərəfindən və ya audio yazı ilə təsdiq edilsin. Komandaların aparıcının səhvinə işarə edən ərizə və apellyasiyaları belə təsdiq olmadıqda nəzərdən keçirilmir. Səhvin fiksə edilməsindən sonra AJ apellyasiyanı araşdırarkən sualın ilkin variantının məzmununu deyil, həqiqətdə verilmiş variantı təhlil etməlidir.
Digər növ apellyasiyalar qadağandır.

2.2.2. Apellyasiyaların verilməsi
Oynanılan paketin ayrı-ayrı sualları üzrə apellyasiyaları yalnız cari yarışda ümumi əsaslarla iştirak edən komandalar verə bilər. Apellyasiya edilən hər bir sual üzrə ayrıca apellyasiya verilir. Eyni bir suala bir neçə komandanın müştərək apellyasiyasına baxılmır. Hər bir suala komanda növünü aydın göstərməklə yalnız 1 apellyasiya verə bilər. Bütün apellyasiyalar ancaq yazılı və AJ üçün anonim şəkildə verilir.


2.2.3. Girov
Apellyasiya mütləq apellyasiya girovu ilə təmin edilməlidir. Apellyasiya təmin edildikdə girov tam məbləğdə qaytarılır. Hər bir komandanın bir dövrə ərzində istifadə edilə bilən 5 şərti apellyasiya vahidi olur. Əgər apellyasiya verərkən komandanın bu apellyasiyaya görə verilməli olan girovu təmin etməyə kifayət edən miqdarda şərti apellyasiya vahidi yoxdursa komandalar 1 AZM məbləğində apellyasiya girovu ödəməlidir.
İstənilən növ apellyasiyanın təmin edilməsi, girovun tam həcmdə komandaya qaytarılmasına səbəb olur.
Digər növ girov (məsələn, xal girovu) qadağandır.

2.2.4. Müddətlər
Apellyasiya verilməsinə və baxılmasına ayrılan müddət 15 dəqiqədir.

Fəsil 2.3. AJ, onun vəzifələri və hüquqları
2.3.1. AJ-nın yaradılması, AJ üzvləri
AJ ən azı bir illik oyun təcrübəsi olan Apellyasiya Kollegiyası üzvləri arasından təyin olunur. Apellyasiya Kollegiyası üzvləri on bir (11) nəfərdən ibarət olur və “Xəzər” İntellektual Klubu Prezidenti tərəfindən təyin edilir. AJ formalaşdırılarkən YTK üzvləri, OJ və TK daxil edilmiş şəxslər, aparıcı, oyunda istifadə olunan suallar paketinin müəllifləri və redaktorları AJ daxil edilməsi tövsiyyə edilmir. AJ aparıcı (növbətçi) komanda tərəfindən təyin edilir.

2.3.2. AJ tərkibi
AJ tərkibi 3 nəfərdən ibarətdir.

2.3.3. AJ hüquqları
AJ məsləhət üçün istənilən şəxsə, o cümlədən yarışda iştirak edən oyunçulara müraciət edə bilər. AJ qərarı qətidir.

2.3.4. Apellyasiyaların baxılma qaydası
Yarışda iştirak edən oyunçuların AJ xüsusi icazəsi olmadan apellyasiyaya baxılmasına iştirak etməsi qadağandır. Eyni bir suala həm qeyri-korrektliyə, həm də duala apellyasiya verilirsə, ilk əvvəl qeyri-korrektliyə verilmiş bütün apellyasiyalara baxılır; əgər onlar təmin olunursa duala apellyasiya araşdırılmır. Bu halda bu sualla bağlı komandaların verdiyi bütün növ apellyasiyaları üzrə girovları tam miqdarda qaytarılır. Apellyasiyaya baxarkən AJ apellyasiyada göstərilmiş arqumentlərlə məhdudlaşmağa borclu deyil. AJ öz təşəbbüsü ilə cavabları saymaq və sualları çıxarmaq hüququna malik deyil.

2.3.5. Duala verilmiş apellyasiyaların baxılması
Duala verilmiş apellyasiyalara baxarkən AJ əlavə olaraq 1.4.2. paraqrafında ifadə edilmiş cavabların sayılma qaydalarını rəhbər tutmaqla yanaşı cari cavabın sualın mahiyyətinə və mətninə uyğunluq dərəcəsini qiymətləndirməlidir. Əgər cari cavab sual mətninə tam uyğun gəlirsə və ya uyğunluq dərəcəsi müəllif cavabından və ya sayılma meyarlarını ödəyən və və ya OJ tərəfindən sayılmış istənilən cavabdan aşağı deyilsə, bu cavab dual cavab kimi sayılır. Duala verilmiş apellyasiyanın təmin edilməsi şərtsiz olaraq bu cavabın apellyasiya vermiş komandaya və apellyasiya verib-verilməməsindən asılı olmayaraq bu cavabı vermiş bütün komandalara sayılması ilə nəticələnir. Bu halda AJ bu suala bütün komandaların cavablarını nəzərdən keçirməli və sayılma barədə apellyasiya verilmiş cavab ekvivalent hesab etdiyi bütün cavabları saymalıdır.

2.3.6. Sualın çıxarılması barədə apellyasiyaya baxılması
Sualın çıxarılması barədə apellyasiyaya baxılarkən Apellyasiya Jürisi aşağıdakı prinsipi rəhbər tutmalıdır:
• sualın (və, və ya müəllif cavabının) mətnində hər hansı faktiki səhv olduqda sual qeyri-korrekt
sayılır;
• qeyri-korrektliyə verilmiş apellyasiyanın təmin edilməsi çıxarılmış sualın digəri ilə
dəyişdirilmədən qeyri-şərtsiz çıxarılmasına səbəb olur.
Blits sualın mini suallarının birində qeyri-korrektlik aşkar edilən halda mini sual çıxarılır.


2.3.7. AJ-də qərarların qəbul edilməsi
Apellyasiyalar üzrə qərarlar AJ üzvlərinin səs verməsi yolu ilə qəbul edilir.

AJ işləmə qaydası nümunəsi
AJ öz qərarını səs vermə ilə qəbul edir. Səsvermə zamanı AJ-nin hər üzvü apellyasiyanın təmin edilməsinin ya lehinə, ya əleyhinə səs verə və ya bitərəf qala bilər. Bu və ya digər səbəbdən səsvermədə iştirak etməmiş AJ üzvünün səsi avtomatik “bitərəf” kimi qəbul olunur. Cavabın qəbul olunmasına verilən apellyasiya onun lehinə verilən səslərin sayı, əleyhinə verilən səslərin sayından çox olduqda təmin edilir. Əks halda apellyasiya rədd edilir. Sualın çıxarılmasına verilən apellyasiya onun əleyhinə olan səslər sıfıra bərabər, onun lehinə olan səslər isə sıfırdan çox olduqda təmin olunur. Əks halda apellyasiya təmin olunmur.
Komandanın cavabı ilə cavabın ekvivalentliyi müəyyən edilərkən anoloji qaydalar tətbiq edilir. AJ-in hər bir üzvü cavabın ekvivalent sayılmasının lehinə, cavabın ekvivalent sayılmasının əleyhinə səs verə və birtərəf qala bilər. Bu və ya digər səbəbdən səsvermədə iştirak etməmiş AJ üzvünün səsi avtomatik “bitərəf” kimi qəbul olunur. Cavab o halda ekvivalent sayılır ki, onun ekvivalent sayılmasının lehinə verilmiş səslərin sayı onun ekvivalent sayılmasının əleyhinə verilmiş səslərin sayından çox olsun. Əks halda cavab ekvivalent sayıla bilməz. Səsvermə hər bir cavab üçün ayrılıqda keçirilir.

2.3.8. AJ işinin nəticələri
AJ qərar qəbul etdikdən sonra qərarı və onun motivlərini bütün oynayan komandaların nəzərinə çatdırılmalıdır. Verdikti formulə edərkən AJ bütün iştirakçı komandalar, sual müəllifləri və redaktorlarına münasibətdə korrektliyə riayət etməlidir.

Hissə III. Çempionatın keçirilmə formulu
1. Dövrə
Dövrə 6 NHN oyun həftəsini əhatə edir.

2. Liqalar
“Xəzər” İntellektual Klubunda Yüksək Liqa (6 komada), II Liqa (10 komanda), III Liqa (komandaların sayına məhdudiyyət qoyulmur) və Məktəb Liqası fəaliyyət göstərir. Yüksək Liqa və II Liqada NHN oyununu Yüksək Liqa komandaları keçirirlər. Dövrə oyunu hərəsində 10 sual olan 2 turdan ibarətdir.

3. Növbətçilik
Yüksək Liqa komandaların NHN oyununu keçirmək üçün növbətçilik ardıcıllığı “Xəzər” İntellektual Klubunun Katibi müəyyən edir. Oyunun nəticələri oyun cədvəllərində ehtiva olunur. OJ qərarından sonra “Xəzər” İntellektual Klubunun Katibi tərəfindən imzalanır.

4. Aparıcı (növbətçi) komandaya qoyulan tələblər
Aparıcı (növbətçi) komanda dövrə oyununun keçirilməsini təmin etmək üçün oyuna 1 aparıcı və 2 nəfər OJ-ü gətirməlidir. Suallar paketində sualların tam mətni, cavabları və informasiyanın mənbələri göstərilməlidir.
5. Dövrə nəticələrinin hesablanması
Liqalarda dövrə oyununun nəticələri “Formula 1” qaydası ilə (I yer-10 xal, II yer-8 xal, III yer-6 xal, IV yer-4 xal, V yer-2 xal) hesablanır. Bir yerə bir neçə komanda iddia etdikdə müvafiq xallar onlar arasında bvərabər bölünür. Hər oyun dövrəsinin sonunda Yüksək Liqada sonuncu (6-cı) yeri tutmuş komanda II Liqaya enir, II Liqada son 4 (7,8,9,10-cu yerləri) yeri tutmuş komandalar III Liqaya enir, II Liqada ilk 4 yeri (1,2,3,4-cü yrləri) tutmuş komandalar II Liqaya vəsiqə qazanır.
Dövrə Çempionu Yüksək Liqada ən çox xal toplayan komanda olur. Yüksək Liqada I yeri 2 komanda eyni xalla bölüşdürdüyü hallarda YTK bu komandalar arasında “Qızıl Oyun” təşkil edir. “Qızıl Oyun”un formatını YTK müəyyən edir.
Komandalar eyni nəticə ilə müvafiq yerləri bölüşdürürlərsə onlar arasında sıralama aşağıdakı əlavə göstəricilər müvafiq ardıcıllıqla əsas götürülür:
• Dövrə ərzində düzgün cavab verdiyi sualların sayı
• Dövrə ərzində düzgün cavab verdiyi sualların reytinqi
Sualların reytinqi onun çətinlik səviyyəsinin qiymətləndirilməsidir. O, bu formulla hesablanır: R=N+1, burada N-verilən suala cavab verə bilməyən içtirakçı komandaların sayıdır. Komandanın reytinqi turnirin hesablanan distansiyasında tapdığı sualların reytinqinin cəmidir. ƏSG bərabərliyi zamanı reytinqi çox olan komanda yuxarı yeri tutur.
• Bu göstəricilər bərabər olduqda əlifba qaydası ilə

6. Cərimə sanksiyaları
6.1. OJ qərarı ilə oyun gedişi ərzində qeyri-korrekt davranışa yol vermiş komandalara qarşı cərimə sanksiyaları tətbiq edilir.

6.2. Cərimə sanksiyaları dedikdə başa düşülür:
• Komandanın oyunda göstərdiyi nəticənin ləğv edilməsi
• Komandanın oyun zalından çıxarılması
• Xalın silinməsi
• Qeyri-korrekt davranışa yol vermiş komanda üzvünün zaldan çıxarılması

6.3. Komandanın qeyri-korrekt davranışı dedikdə onun İştirak Ərizəsində adı göstərilmiş oyunçusunun aşağıdakı hərəkətləri başa düşülür:
• birlikdə və ya ayrılıqda aparıcını, OJ, AJ və TK üzvlərini təhqir edən hərəkətlər və ya ifadələr
• birlikdə və ya ayrılıqda oyunun keçirilməsi üzrə fəaliyyət göstərən aparıcının, OJ, AJ, TK
fəaliyyətinə mane olan hərəkətlər
• Aparıcının, OJ, AJ, TK oyunun keçirilməsi ilə əlaqədar olan tələblərinin yerinə yetirilməməsi

6.4. Cərimə sanksiyasının tətbiqi (tətbiq edilməməsi) haqqında qərar dövrə oyun turu bitdikdən sonra 10 dəqiqədən gec olmayaraq qəbul edilir. Bu qərarı qəbul edən OJ təqsirkar tərəfin izahatını almalıdır.

6.5. Cərimə sanksiyalarının tətbiqi haqqında qərar qəbul edildikdə aparıcı bu barədə elan edir.

6.6. III.4 bəndində göstərilmiş Aparıcı (növbətçi) komandaya qoyulan tələblər pozulduqda YTK təqsirkar komandaya qarşı cərimə sanksiyaları tətbiq edir.

Əlavə A. NHN üzrə yarışlarının təşkili
Fəsil A.1. Yüksək səviyyəli oyunların keçirilməsi üzrə tövsiyyələr
Yüksək səviyyəli oyunlar keçirilərkən tövsiyyə olunur;
• akustik sistemdən istifadə edilməsi;
• hər bir komanda oynamaq üçün yerlə təchiz olunsun;
• komandaların kapitanları fərqləndirici əlamətlərlə (nişanlarla, sarğılarla, futbolkayla və s.) təchiz
edilsinlər;
• nəticələrin hesablanması üçün kompyuterdən istifadə edilsin;
• aparıcı avtomatik vaxt sayımı qurğusu (misal üçün, müvafiq proqram təchizatlı kompyuterlə) ilə
təchiz edilsin;
• Fəsil A.2.-də nəzərdə tutulan sorğu üçün materiallara əlavə olaraq internetə çıxış təmin olunsun. Bu
zaman komandaların kapitanlarına müvafiq olaraq apellyasiya vermə müddətlərini uzatmaqla oyun
gününün sonunda və ya turlararası uzunmüddətli fasilə zamanı internetdə axtarış imkanı təmin
edilməsi tövsiyyə olunur;
• komandalara artıq üzərində komandanın və sualın nömrəsi həkk olunmuş cavab kartları təqdim
edilsin;
• hər biri ən çoxu 5 komandaya xidmət edəcək sekundant sayı təmin edilsin;
• oyun turu bitdikdən sonra hər bir komanda həmin tur suallarının nüsxəsi ilə təmin edilsin.
Bu tövsiyyələr məcburi deyil.

Fəsil A.2. Sorğu üçün ədəbiyyat
Tövsiyyə edilən sorğu ədəbiyyatı
• ən çoxu 5 il əvvəl çap olunmuş Böyük Ensiklopedik Lüğət və ya CD-də Mefodi Ensiklopediyası
və ondan istifadə edilməsi üçün kompyuter
• ən çoxu 10 il əvvəl çap edilmiş Ojeqov və Şvedovanın izahlı lüğəti və yaxud həmin lüğət CD-də
Kiril və Mifodi Ensiklopediyasının tərkibi kimi və lüğətlə işləməyə imkan verən kompyuter;
• ən azı 30000 sözdən ibarət olan və ən geci 10 il əvvəl çap olunmuş ingilis-Azərbaycan,
Azərbaycan-ingilis, fransız-Azərbaycan, alman-Azərbaycan, Azərbaycan-alman lüğətləri. Lüğətlər
kitab şəklində olmalıdır, elektron lüğətlərdən yalnız əlavə bilgi mənbəyi kimi istifadə edə bilər.
• Bu Reqlament və “Nə? Harada? Nə zaman?” intellektual oyununun idman variantının Məcəlləsi.
• Azərbaycan dilinin izahlı lüğəti, Azərbaycan Sovet Ensiklopediyası
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

OYUN ETİKASİ

Postby SEYMUR » 14 Oct 2006, 21:45

Əlavə B. Oyun etikası
Oyunun bütün iştirakçıları -oyunçular, aparıcı, sekundantlar, müxtəlif jürilərin üzvləri, sualların müəllifləri, paketi tərtib edənlər-özündə təkcə qaydalara riayət etməyi ehtiva etməyən ümumi qəbul olunmuş etik normalara riayət etməlidir. Bu anlayışa oyunun bütün iştirakçılarına və tamaşaçılarına dostcasına münasibət və qarşılıqlı hörmət və dostcasına oyun atmosferinin yaradılmasına can atmaq daxildir. Aşağıda oyunun bütün iştirakçıları üçün riayət olunması məcburi olan bəzi etik normaları göstərilmişdir. Onların pozulması halları öz işində “Xəzər” İntellektual Klubu tərəfindən təsdiq olunmuş Əsasnaməni və bu Reqlamenti rəhbər tutan “Xəzər” İntellektual Klubunun Ənənələrin və Oyunların Hüquqlarını Müdafiə Komitəsi tərəfindən araşdırılacaq.
• yarışların keçirilməsi zamanı, xüsusilə tamaşaçıların iştirakı ilə, komandanın üzvləri öz əxlaqı və
xarici görünüşü ilə NHN-nin oyunçularının intellektual elita olması haqqında formalaşan
təəssüratları hər cür dəstəkləməlidir. Səliqəsiz paltarda və ayaqqabıda, xüsusi ilə spirtli içki və
narkotiklərin təsiri altında oyuna gəlmək yol verilməzdir. Komandalar yarışda komanda formasında
iştirak etməyə hər cür çalışmalıdırlar;
• yarışların keçirilməsi zamanı, xüsusilə oyunların açılış və başlanış mərasimləri zamanı oyunlar
keçirilən ölkə, respublika, yaşayış məntəqəsinin rəsmi simvollarına (himn, bayraq, gerb) istisna
olmadan bütün oyunçular hörmət göstərməlidirlər.
• bu yarışma üçün seçilmiş sualların müəllifi (və ya yarışmanın müəyyən hissəsi üçün) yarışda iştirak
etməməli (və ya onun uyğun hissəsində) eyni zamanda bu sualların mahiyyətini yarışda iştirak
etmək istəyən komandaların oyunçuları arasında yaymamalıdır. Bütün bunlar suallar paketini tərtib
edənə, beta-testerlərə, həm də bu və digər yolla suallarla tanışlığı olan bütün digər insanlara aiddir.
Əgər aşkarlanma (işıqlandırma) müəllifin və ya suallar paketini tərtib edən insandan asılı olmayan
səbəbdən olmuşsa, onlar “işıqlandırılmış” sualların turnirdə səslənməməsi üçün əllərindən gələni
etməlidirlər.
• komanda nəticələr cədvəlində öz xeyrinə səhv aşkar etdikdə bu haqda OJ-nə maksimal olaraq tez
xəbər verməyə borcludur.
• AJ-nin üzvləri apellyasiyalara baxarkən, apellyasiyanın təmin və ya imtina edilməsi hansı
komandalara sərfəli, hansılara isə ziyan olması haqqında mülahizələri rəhbər tutmamalıdır.
• oyun qurtardıqdan sonra komanda öz oyun yerini maksimal dərəcədə təmiz qoymalıdır.

Oyunun bütün iştirakçıları borcludur:
• Şifahi və yazılı formada, həmçinin müxtəlif forum və internet informasiya səhifələrində öz
həmkarları üçün təhqir edici kütləvi ifadələrdən qaçmalıdır;
• başqa oyunçuları qeyri düzgün oyuna görə sübutsuz ittihamlar etməkdən çəkinməlidirlər;
• yarışın başqa oyunçuları və ya iştirakçılarına münasibətdə onları qaydaları və ya etik
normaları pozmağa sövq edən hərəkətlərə yol verməməlidir;
• mehmanxana, yataqxana, lager və s. yerlərdə qalma zamanı bu yerlərdə qoyulmuş yaşayış
qaydalarına riayət etməli və qonşuluqda yaşayanların tam istirahət etməyə şərait yaratmağa
çalışmalıdırlar;
Yarışda baş vermiş oyun etikasının pozulması haqqında Ənənələrin və Oyunların Hüquqlarını Müdafiə Komitəsinə müraciət həm YTK, həm də yarışın istənilən oyunşusu və ya tamaşaçısı tərəfindən oluna bilər. Digər qanun pozuntuları haqqında Ənənələrin və Oyunların Hüquqlarını Müdafiə Komitəsinə müraciəti qayda pozuntusunun istənilən şahidi edə bilər.
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 15 Oct 2006, 22:17

Təbriklər Təbriklər

türklərdə bir misal var ee "Kedi olalı bir fare tutdun!
[/b]
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Oktay » 17 Oct 2006, 18:25

Görəsən İdarə Heyətinin neçə üzvü bu Reqlamenti sona qədər oxuyub (əgər ümumiyyətlə oxuyubsa)? :lol:
Oktay
Kapitan-leytenant
 
Posts: 502
Joined: 21 May 2006, 23:20
Location: Bakı /Azərbaycan

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 17 Oct 2006, 21:00

\"oktay\" wrote:Görəsən İdarə Heyətinin neçə üzvü bu Reqlamenti sona qədər oxuyub (əgər ümumiyyətlə oxuyubsa)? :lol:



dasroçnıy otvet :arrow: HEÇ KİM. həəə yadıma düşdü o vaxt tərcümə vaxtı Aqşin öz hissəsini oxumuşdu amma hazır Reqlamenti məncə heç kim
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby SEYMUR » 17 Oct 2006, 22:35

\"Leyla_K\" wrote:
\"oktay\" wrote:Görəsən İdarə Heyətinin neçə üzvü bu Reqlamenti sona qədər oxuyub (əgər ümumiyyətlə oxuyubsa)? :lol:



dasroçnıy otvet :arrow: HEÇ KİM. həəə yadıma düşdü o vaxt tərcümə vaxtı Aqşin öz hissəsini oxumuşdu amma hazır Reqlamenti məncə heç kim


Mən oxumuşam......MƏN.......
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Troyan » 18 Oct 2006, 10:33

SEYMUR wrote:
\"Leyla_K\" wrote:Mən oxumuşam......MƏN.......

Özün demişkən SƏN ƏJDAHASAN!
Troyan
Leytenant
 
Posts: 353
Joined: 01 Oct 2006, 13:11

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 18 Oct 2006, 15:31

\"SEYMUR\" wrote:
\"Leyla_K\" wrote:
\"oktay\" wrote:Görəsən İdarə Heyətinin neçə üzvü bu Reqlamenti sona qədər oxuyub (əgər ümumiyyətlə oxuyubsa)? :lol:



dasroçnıy otvet :arrow: HEÇ KİM. həəə yadıma düşdü o vaxt tərcümə vaxtı Aqşin öz hissəsini oxumuşdu amma hazır Reqlamenti məncə heç kim


Mən oxumuşam......MƏN.......



sənnən söhbət getmir. sən sus :!:
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 18 Oct 2006, 15:35

Troyan wrote:
\"SEYMUR\" wrote:
\"Leyla_K\" wrote:Mən oxumuşam......MƏN.......

Özün demişkən SƏN ƏJDAHASAN!



1. onu Leyla Kərimova yox Seymur Teymurov yazıb amma yersiz olaraq da təbii ki nəyi yerli yerində edir ki o :?: :!:

2. Seymur hara Əjdaha hara :?: :!: xətrimə deyirsən haa Aqşin müəllim [-X inciyərəm özü də qəlbən [-(
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Troyan » 20 Oct 2006, 13:26

\"Leyla_K\" wrote:2. Seymur hara Əjdaha hara :?: :!: xətrimə deyirsən haa Aqşin müəllim [-X inciyərəm özü də qəlbən [-( [/b]

Leyla bu sözü mən Seymurdan hər gün eşidirəm. Əgər sənnən oğurlayibsa bir söz deyə bilmərəm. ƏJDAHA da ki əjdahadı da. Məncə Seymura oxşadılması onun imicini sən deyən elə də pozmaz. :wink:
Troyan
Leytenant
 
Posts: 353
Joined: 01 Oct 2006, 13:11

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 20 Oct 2006, 19:11

\"Troyan\" wrote:
\"Leyla_K\" wrote:2. Seymur hara Əjdaha hara :?: :!: xətrimə deyirsən haa Aqşin müəllim [-X inciyərəm özü də qəlbən [-( [/b]

Leyla bu sözü mən Seymurdan hər gün eşidirəm. Əgər sənnən oğurlayibsa bir söz deyə bilmərəm. ƏJDAHA da ki əjdahadı da. Məncə Seymura oxşadılması onun imicini sən deyən elə də pozmaz. :wink:


Seymur Əjdahadırsa gör onda mən neçə qat Əjdahayam da :twisted:

Mənim Əjdahalığımın yanında Seymurun Əjdahalığından heç söz də gedə bilməz.

birdəki gərək insanda imic ola ki onu nə isə poza da... 8)
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby SEYMUR » 21 Oct 2006, 19:11

MODERATORLAR HARA BAXIR? EH MODERLƏR......
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Nigar_Yasinova » 21 Oct 2006, 20:29

\"SEYMUR\" wrote:MODERATORLAR HARA BAXIR? EH MODERLƏR......


Sen ne bilirsen ay Seymur?
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

KLUBUMUZUN YENİ REQLAMENTİ

Postby Leyla_K » 23 Oct 2006, 20:18

\"Nigar_Kerimova\" wrote:
\"SEYMUR\" wrote:MODERATORLAR HARA BAXIR? EH MODERLƏR......


Sen ne bilirsen ay Seymur?



dasroşnıy otvet :arrow: HEÇ NƏ :idea:
Tе, кто проигрывают сегодня, могут выиграть завтра.
User avatar
Leyla_K
İkinci dərəcəli kapitan
 
Posts: 1276
Joined: 20 May 2006, 23:36
Location: Mehriban Diyar

Next

Return to Təşkilat

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron