Qaydalar

Moderators: sakit Ali, KiPLiot

Qaydalar

Postby Admin » 08 Apr 2006, 00:21

Forumun Qaydaları

1. forum.xazar.org “Xəzər” İntellektual Klubunun rəsmi forumudur. Bura İntellektual hərəkatda iştirak edən intellektualların fikirlərini bir-birləri ilə bölüşmək üçün virtual məkandır.

2. Xazar.org-da yalnız qeydiyyatlı istifadəçilər yazışa bilər. Qeydiyyatsız istifadəçilərin yazışması qadağandır. Bu forumda yalnız “Xəzər” İntellektual Klubunun üzvləri üçün olan bağlı bölmələr olduğuna görə qeydiyyat zamanı kimliyinizi tam daxil edin. Buraya siz yalnız kimliyiniz təsdiq edildikdən sonra daxil ola biləcəksiniz.

3. Forumun idarəçisi aşağıdakı hallarda istifadəçiyə xəbərdarlıq etmək, fəaliyyətini məhdudlaşdırmaq, onu forumdan çıxarmaq, yazısına düzəliş vermək və s. ixtiyarındadır:

3.1. Əxlaq normalarına zidd olan avatar, mövzu, yazı, smayl, şəkil və s. yerləşdirdikdə.
3.2. Insan haqlarını tapdalayan;
3.3. Zorakılığa çağıran və zorakılıqla assosasiya olunan;
3.4. Siyasi mövzulu;
3.5. Təhqiramiz, vulqar, alçaldıcı postlar yazdıqda.
3.6. Hər hansı bir qurumu reklam etdikdə;
3.7. Dil xətaları çox olduqda;
3.8. Silinmiş və ya açıldığı kateqoriyaya uyğun olmayan mövzuları israrla təkrar yaratdıqda.

4. Əgər forumun istifadəçisi öz şəxsi forum, veb səhifəsini və yaxud da qurumunu reklam etmək istəyirsə yalnız uyğun kateqoriyada edə bilər. Ticari (şirkət, holdinq və s) reklamlar qadağandır. Məzmun etibarı ilə forumun 3-cü bölməsinin 3.1-3.4-cü bəndlərini özündə ehtiva edən veb saytların reklamı qadağandır. Əgər belə hallar olarsa, idarəçi və ya nəzarətçi, xəbərdarlıq vermədən reklamı götürə bilər

5. İkili dialoqlar (yəni şəxsi söhbətlər) yalnız şəxsi yazışmalar şəklində ola bilər.

6. Əgər adminin düzəliş etdiyi yazı yenidən yazılarsa, onda həmin istifadəçinin foruma girişi bağlanacaqdır.

7. Forumdakı qayda və qanunları yalnız idarəçilər dəyişə bilər.

9. Bu foruma daxil olan hər bir istifadəçi bu qaydalara riayət etməlidir. Əks halda onun foruma girişi müvəqqəti və ya tam bağlanacaqdır. İstifadəçilərin fəaliyyətinin məhdudlaşdırılması müddəti idarəçilər tərəfindən seçilə və dəyişdirilə bilər.
Admin
Dənizçi
 
Posts: 56
Joined: 01 Jan 1970, 04:00
Location: Azerbijan

Return to Qaydalar

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron