Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Məktəblilərin intellektual oyunlarda iştirakının müzakirələri

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 20 Jan 2008, 21:50

\"Wertuose\" wrote:
\"SEYMUR\" wrote:36 teze yazilmish sual.......


Sebail rayonundan hansi mektebler olacaq? Ve neye gore hemin mektebler?

O işə Bakı şəhər Gənclər və İdman idarəsi baxır...
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby SEYMUR » 20 Jan 2008, 23:41

\"Wertuose\" wrote:
\"SEYMUR\" wrote:36 teze yazilmish sual.......


Sebail rayonundan hansi mektebler olacaq? Ve neye gore hemin mektebler?


Bakinin har rayonundan 2 komanda oynayacaq, bu komandalari muvafiq rayonlarin Ganclar va Idman idaralari muayyan edirlar. Agar hansisa komanda ishtirak etmak istayirsa problem yoxdur, Xazarin adindan salariq siyahiya
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby Lamekan » 20 Jan 2008, 23:57

Imtahan olmasaydi , gelib baxardim... eh :cry:
!
User avatar
Lamekan
İkinci dərəcəli kapitan
 
Posts: 1219
Joined: 20 Jan 2007, 23:23

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby SEYMUR » 25 Jan 2008, 15:40

http://life.trend.az/?newsid=1119932

Среди азербайджанских школьников пройдет турнир по игре «Что? Где? Когда?»
25.01.2008 13:30:35

Азербайджан, Баку, 25 января /корр. TrendLife Вугар Иманов/

29 января в Бакинском развлекательном центре пройдет турнир по интеллекутальной игре «Что? Где? Когда?» среди школьников. Турнир организован Главным управлением молодежи и спорта города Баку и общественным объединением « Молодежный интеллектуальный клуб Хазар». Как сообщил TrendLife президент Молодежного интеллектуального клуба «Хазар» Сеймур Теймуров, главная цель проведения турнира - привлечение молодежи к интеллектуальному движению, которое получило широкое распространение в Азербайджане, и расширение кругозора учеников. «В турнире примут участие учащиеся из 30-ти общеобразовательных школ из 11 районов столицы. В отличие от аналогичного турнира, который мы провели в 2006 году, это интеллектуальное соревнование будет проходить на более высоком уровне и охватит практически все районы Баку».

Организаторы турнира выражают надежду, что подобные «праздники интеллекта» станут традиционными и позволят значительно поднять интеллектуальный уровень молодежи
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 29 Jan 2008, 19:33

Və beləcə, bir məktəbli turniri də sona çatdı:)
Bütün əziyyəti keçmiş kəslərə, hamıya, hamıya, əsəblərini korladığım şəxlərə( :oops: ) xüsusilə təşəkkür bildirirəm!!!
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 29 Jan 2008, 19:50

Sualları bura yerləşdirirəm:

[size=18px]I TUR[/size]
1. “Vokruq Sveta” jurnalının aprel 2005-ci il nömrəsində çap edilmiş “Qanadlı armada üçün daldalanacaq” məqaləsi 1929-cu ildə yaradılmış, 1975-ci ildə isə beynəlxalq əhəmiyyəti tanınmış coğrafi obyektə həsr edilmişdir. Siz isə bu coğrafi obyektin hansı gölün sahilində yerləşdiyini cavab kartlarına yazın.
Cavab: Xəzər
Müəllif: Fuad Eminov
Mənbə: 1.http://www.vokrugsveta.ru/publishing/vs ... tem_id=681
2. http://ru.wikipedia.org/wiki/%D0%97%D0% ... 1%82%D0%BE

2. Liviya lətifələrinin qəhrəmanı Coha tez-tez arvadlarının narahat suallarına cavab verməli olur. Bir gün arvadlardan biri yenə sual verir: “Bax, sənin iki arvadın var, hansımızı daha çox istəyirsən?” Coha suala cavab verə bilmir. Onda həmin arvad soruşur: “Əgər hər ikimiz suda batsaydıq, birinci kimi xilas edərdin?” Coha suala cavab verərərək arvadlardan birinin adını çəkir. Bəs o, öz cavabını necə əsaslandırır?
Cavab: o üzməyi bacarmır.

3. Çinin Quyçjou əyalətində dağlıq yerdə yaşayan myao xalqı özünün aşağı həyat səviyyəsi və savadsızlığına görə fərqlənir. 1984-cü ildə Quyçjouda ibtidai məktəb tikilməsi ideyası yarandı, lakin vəsait az idi. Bəs, dağ xalqının savadlanma həvəsini görən təşkilatçılar məktəbi harada yaratdılar?
Cavab: mağarada (dağ varsa, mağara da var)

4. Bu sözlə həm tropik meyvəni, həm də Sakit Okeandakı adalardan birində yaşayan nadir quş növünü adlandırırlar. Həmin adaların sakinlərinin jarqonunda isə bu söz onların özlərinə verdiyi adı ifadə edir. Siz isə ada-dövlətin adında istifadə edilən sifəti cavab kartlarınıza yazın.
Cavab: Yeni (Zelandiya, söz isə “kivi”)

5. Rus saytlarının birində yaradılmış xidmətlərdən biri də abunəçilərin poçt ünvanlarına müxtəlif məlumatların göndərilməsidir. Bu tip populyar xidmətlərdən biri də müəyyən gündə doğulmuş və vəfat etmiş şəxslər haqqında məlumatlardır. Siz isə həmin məlumatlarda Vasili Çapayev haqqında yazılanlarda buraxılmış sözü tapın: "Vasili Çapayev(1887-1919). Vətəndaş müharibəsinin və (buraxılmış söz) qəhrəmanı". Buraxılmış sözü bərpa edin.
Cavab: Lətifələrin.
Müəllif: F.Eminov

6. 1968-ci ildə tikilən və qiymətli ada malik bu məşhur Bakı kafesinin müəllifi memar Şulgindir. O, bu kafedən başqa, həm də Uşaq Kukla teatrını və Respublika Sarayını tikmişdir. Bəs yuxarıda sözü gedən çəkilən kafe, Bakı şəhərinin hansı hissəsində yerləşir?
Cavab: Milli Parkda və ya bulvar(Mirvari kafesi).
Müəllif: F.Eminov

7. 1865-ci ildə ABŞ-in bir çox iri şəhərlərində, o cümlədən Boston, Kolumbus, Pittsburq, Nyü York və Sinsinattidə keçirilən kütləvi nümayişlərdə teatrların qadağan olunması tələbi səsləndirilirdi. Siz isə amerikanların teatra olan hiddətli münasibətinin səbəb olmuş hadisəni tapın.
Cavab: Linkolnun öldürülməsi (teatrda öldürülmüşdü)


8. Ulduz fabrikinin iştirakçısı olan gənc bir xanım müsabiqənin başlanğıcında bildirmişdi ki, onun ARZUSU V.Meladze ilə birgə mahnı oxumaqdır. Buraxılış konsertində o, həqiqətən də Meladze ilə birgə oxudu. Bəs hansı mahnını?
Cavab: Arzu (Мечта)
Müəllif: F.Eminov

9. Diqqət: sualda əvəzetmə var!
İngilis yazıçısı Herbert Uellsin qəhrəmanı professor Qnilstok hərfləri yığmaq üçün dünyanın yarısını gəzmişdi. Hərflərin yeni nümunələrini əldə etmək üçün professor ofisiantları çay pulundan məhrum edirdi. Bir dəfə isə özü üçün tutduğu xidmətçinin haqqını ödəmədən tezliklə işdən qovdu. Bir lətifədə isə deyilir ki, rus filoloqu Dal hərfləri yiğmaq üçün rus kəndlərinə gələr və kənd kişilərinin gözü qarşısında içi araqla dolu olan şüşələri yerə salıb sındırardı. Diqqət sual! Biz hansı sözü “hərflər” sözü ilə əvəz etmişik?
Cavab: söyüşlər
Müəllif: Fuad Eminov

10. İki sözdən ibarət olan bu ifadəni ilk dəfə Volter öz romanında ailə həyatını təsvir edərkən istifadə etmişdir. Birinci söz hamıda şirinlik təəsüratı yaradır, ikinci söz isə həm 12-dən birini, həm də dənizlərdə baş verən dövri proseslərin səbəbkarını bildirir. Əgər sizin rəqslərdən yaxşı başınız çıxırsa, bu ifadə sizdə belə təəssürat yarada bilər ki, ən azı yaxın 30 gün ərzində klassik rəqslər üzrə müsabiqə keçiriləcəkdir. Əgər sualdan bir şey başa düşdünüzsə, iki sözdən ibarət olan ifadəni tapın.
Cavab: bal ayı
Müəllif: Fuad Eminov

11. Diqqət! Qara Qutu!
“Qanlı Meri” kokteyli barədə yəqin ki eşitmisiniz. Onun tərkibinə araq, spesifik sous və ədviyyatlar da daxildir. Qara qutuda kokteylin adına səbəb olmuş inqridient vardır. Bunu mən sizdən cavab kartınızda istəyirəm.
Cavab: tomat şirəsi
Müəllif: Fuad Eminov

12. Bermud adalarının özünəməxsus landşaftının qoruyub saxlamaq niyyəti ilə yerli hökumət turistlərin sayına nəzarət etmək və məhdudlaşdırmaq üçün müəyyən tədbirlər görür. 1972-ci ildən sonra adada bir dənə də olsun belə obyektin tikilməməsi belə tədbirlərdən biridir. Söhbət hansı obyektlərdən gedir?
Cavab: mehmanxana

II TUR
13. Rusiyada Aleksandr Mojayski, Fransada Klement Ader, İngiltərədə Xayram Maksimin cəhdləri uğursuz alındı. Almaniyalı Otto Liliental və ingilis Persi Pilçer isə öz uğursuz cəhdləri zamanı həlak oldular. Siz isə ilk uğurlu cəhd sahibi olan cütlüyün soyadını cavab kartlarınıza yazın:
Cavab: Rayt (ilk təyyarə sınağı, 1903)
Müəllif: Fuad Eminov
Mənbə: http://www.vokrugsveta.ru/telegraph/technics/506/

14. Futbolçular bunu tez-tez edirlər və buna görə hakimlər tərəfindən cəzalandırıla bilərlər. Lakin amerikalı Brendi Çensteynin futbol üzrə qadınlar arasında keçirilən dünya çempionatı zamanı bunu etməsi azarkeşlərin həmin çempionata olan marağını artırmışdı. Söhbət hansı hərəkətdən gedir?
Cavab: Maykanı cırmaq
Məqbul: maykanı soyunmaq

15. İngilislər uzun müddət Zənzibarda ağalıq etsələr də, yerli əhalini vaxtı biz öyrəşdiyimiz qaydada ölçməyi öyrədə bilmədilər. Ada əhalisi başa düşmürdü ki, niyə saat 4 səhərdir, axı qaranlıqdır, və ya niyə ingilislər saat 19.00 hələ də günorta sayırlar, axı günəş batıb...Siz isə Zənzibar vaxtı ilə günün başlanğıcının (yəni saat 00.00) hansı təbii hadisə ilə üst-üstə düşdüyünü tapın.
Cavab: günün çıxması
Müəllif: Fuad Eminov
Mənbə: http://www.vokrugsveta.ru/quiz/?item_id=51

16. Üçgünlük insan embrionu 97%, üçaylıq embrion 91%, 8 aylıq embrion 81 % bundan ibarətdir. Azərbaycan atalar sözünə inansaq, qaba girəndən sonra bununla nə baş verdiyini deyin.
Cavab: içməli olur (su ki girdi qaba oldu içməli)
Müəllif: Fuad Eminov
Mənbə:1. http://www.manwb.ru/articles/science/na ... ter_ElBeg/
2. http://az.wikiquote.org/wiki/Azeri_atas%C3%B6zl%C9%99ri

17. Bunu VII əsrdə farslar ixtira etmişlər. VIII - IX əsrlərdə bu Rusiya və Avropada peyda oldu. Rusiyada II Dünya Müharibəsindən qabaq bunların sayı 250 min idi. Siz isə bunlarla vuruşmuş məşhur ədəbi qəhrəmanın adını cavab kartlarınıza yazın.
Cavab: Don Kixot (yel dəyirmanları)

18. Roma imperatorlardan biri iddia edirdi ki, onlar iy vermirlər. Lakin bu yaxınlarda amerikan gömrükçüləri onları iyinə görə tanıya bilən xüsusi sensor kəşf ediblər. Siz isə bəzən onların çirkli ola bilməsini nəzərə alıb söhbətin nədən getdiyini deyin.
Cavab: pul
Müəllif: Fuad Eminov
Mənbə: http://www.day.az/news/unusual/53166.html

19. I Pyotr savadsız qızların ərə getməsini qadağan etmişdi. Ərə gedən qızın savadlı olduğunu sübut etmək üçün isə həmin qızın cəmi bir sözü yazması kifayət idi. Hansı sözü?
Cavab: öz adını

20. Küveyt paytaxtının mərkəzi küçələrindən biri 1990-cı ilədək Bağdad küçəsi adlanırdı. Müharibədən sonra, təbii ki, küçənin adını dəyişdilər. Bəs həmin küçə indi necə adlanır?
Cavab: Buş küçəsi

21. Diqqət blits! (Rekvizitlə)
Vaqif Mustafazadənin üzqabığı ingilis dilində buraxılmış albomlarından musiqi parçalarının adları.
1) “I entered the garden for grapes” – biz bu xalq mahnısını hansı ad altında tanıyırıq?
2) “Black eyebrow liner” – biz bu xalq mahnısını hansı ad altında tanıyırıq?
3) “Your beauty won’t last forever” – mahnının bəstəkarının adını tapmağa çalışın.
Cavab: Gəlin cavabları dinləyək.
1)Bağa girdim üzümə; 2)Qara qaşın vəsməsi; 3)Tofiq Quliyev(Sənə də qalmaz).
Mənbələr: Vagif Mustafazadeh – Persistence, With Love albomları.
Müəllif: Əli İsmayılov

22. Bir dəfə jurnalist Tomas Edisondan soruşur ki, həqiqətənmi o danışan maşın ixtira etmişdir. Tomas Edison isə bu suala cavab olaraq bildirmişdir ki, xeyr, danışan maşın məndən çox-çox bundan əvvəl ixtira olunmuşdur. Siz isə yumor hissinizi işə salıb, Edisonun məntiqincə həmin danışan maşını cavab kartınıza yazın.
Cavab: qadınlar

23. Azarkeşlərinin müvafiq olaraq “Radja”, ”Vişi” və ”Pono” adlandırdıqları idmançıları qeyd edin.
Cavab: Rəcəbov, Anand və Ponomaryev
Mənbə: http://www.day.az/news/sport/69079.html

24. 103 yaşlı Qreqorio Fuentes öz ölkəsində böyük hörmət sahibidir, canlı simvoldur və əsl muzey eksponatıdır. Elə o, özü də məşhur yazıçıya həsr edilmiş muzeydə işləyir. Mən sizdən söhbətin hansı yazıçıdan getdiyini soruşmuram, siz Fuentesin hansı məşhur povestin baş qəhrəmanının prototipi olduğunu deyin.
Cavab: Qoca və dəniz.


III TUR
25. Bir dəfə şəhərdə iki nəfər qoca H.Z.Tağıyevə rast gəlirlər. Tağıyev onlardan hal-əhval tutandan sonra problemləri ilə maraqlanır. Qocalar şikayətlənirlər ki, bazar od tutub yanır. Bir aydır ki, balıq o qədər bahadır ki, ala bilmirlər. Tağıyev onlarla sağollaşaraq birbaşa Xəzər dənizi yaxınlığındakı, öz balıq vətəqəsinə yollanır. Orada problemi orijinal üsulla həll edir. Səhəri gün dənizə yüzlərlə balıqçı qayığı çıxır. Balıq o qədər çox olur ki, xarab olmasın deyə hətta pulsuz da verirdilər. Kömək üçün deyim ki, o, balıqlardan birinin quyruğuna (üç nöqtə) və suya buraxmışdı. Üç nöqtəni bərpa edin.
Cavab: Öz brilliant üzüyünü bağlayıb.
Məqbul: Uyğun cavablar qəbul olunsun.
Müəllif: Arzu Tairquliyeva

26. 1955-ci ildə çəkilmiş “Sevimli mahnı” bədii filminin baş qəhrəmanı olan gözəl rus xanımı film boyu ən azı üç dəfə bunu edir. Bəs hansı peşə sahibi 5400 saniyə ərzində bunu dəfələrlə edir?
Cavab: futbol hakimi (fit çalmaq)
Müəllif: F.Eminov

27. Yapon şahzadəsi Akixitonun 1956-cı ildə keçirilən toy mərasimi onun təbəələrində elə böyük maraq yaratmışdı ki, mərasimi görmək arzusunda olan bir çox yaponlar nəhayət ki bunu etdilər. Nəyi?
Cavab: televizor aldılar

28. Bu fransız filosofu, riyaziyyatçısı və aliminin adı latın dilində Renatiy Kartuziy kimi səslənir. Siz isə onun adını fransızca yazın.
Cavab: Rene Dekart

29. Orta əsrlərdə Avropada baş qaldıran Reformasiya xristianlığın cah-cəlallı həyat tərzini də tənqid edirdi. Məsələn, Jan Kalvin öz əmri ilə Cenevrə əhalisinə qiymətli daş-qaş, cəvahirət taxmağı qadağan etdi. Bəs, aksessuar gəzdirməyi sevən cenevrəlilər vəziyyətdən çıxış yolu taparaq nəyi dəbə saldılar?
Cavab: saatlar (cib və ya qol saatları), brilyantlı saatlar meydana çıxdı.
Müəllif: Fuad Eminov
Mənbə: http://www.vokrugsveta.ru/vs/?article_id=863

30. Diqqət! Qara Qutu!
“Ronson” firması II Dünya Müharibəsi illərində dəhşətli silah - oqnemyet istehsal edirdi. Siz isə bu müharibədən sonra şirkətin hansı məhsulun istehsalına keçdiyini tapın.
Cavab: alışqan

31. Bakıda anadan olmmuş görkəmli fizik Landaunun 100 illiyinə həsr edilir. Bir dəfə hansısa görüşdə Landaudan soruşurlar: “cənab Landau, maşınlar bunu edə bilirlərmi?” Bir qədər düşündükdən sonra Landau cavab verir: “Düzünə qalsa, mən bilmirəm məndən başqa kim bunu edə bilir”. Siz isə bunu edərək “bunu etmək” sözləri ilə hansı sözlərin əvəz edildiyini tapın
Cavab: düşünə bilmək
Müəllif: Fuad Eminov

32. Yapon həkimlərinin fikrincə, onlar avropalı analoqlarından fərqli olaraq daha faydalıdırlar. Belə ki, əsas istifadə təyinatından başqa, onlar həm də əlin üzərində yerləşən 70-ə yaxın həyati əhəmiyyətli nöqtələri massaj edirlər. Yaponiyada yeni evlənənlərə onları razılıq və ayrılmazlıq simvolu kimi hədiyyə etmək adi haldır. Söhbət nədən gedir?
Cavab: yemək üçün çöplər
Müəllif: Fuad Eminov
Mənbə: http://www.vokrugsveta.ru/quiz/?item_id=208

33. Bir jurnalda çap edilən məqalədə müəllif çoxdandır öz köhnə dost və rəfiqələrini görməyən qadınlara köhnə dostların verdiyi nəzakətsiz suallara necə cavab vermək barədə məsləhət verir. Məsələn, “Sən nə zamandan belə kökəlmisən?” sualına “Çoxlu pul qazanandan bəri” cavabını vermək lazımdır. Bəs hansı suala belə cavab vermək olar: “Niyə sevimli çarpayımın yarısından imtina etməliyəm?”
Cavab: Hələ də ərə getməmisən?

34. Monmartr qəbristanlığındakı qəbirlərdən birinin üzərində belə bir yazı var: “Burada partlamayan kibritin ixtiraçısı Jeram Dyüber dəfn edilmişdir”. Bəs ixtiraçının ölümü nəyin nəticəsində baş vermişdir.
Cavab: partlayış.

35. Ağlar və qırmızılar təkcə Rusiyada hakimiyyət uğrunda mübarizə aparmayıblar. Argentinada da vaxtilə hakimiyyətə iddialı olan iki partiya məhz bu rənglərin daşıyıcısı idi. Bəs Buones-Ayresdə yerləşən Prezident sarayı hansı rəngə boyanmışdır?
Cavab: çəhrayı
Müəllif: Fuad Eminov

36. Ernst İohan Biron cariça Anna İoannovnanın favoriti idi və dövlət işlərinə də tez-tez müdaxilə edirdi. Bir dəfə Biron saray təlxəyi Kulkovskidən soruşur:
- Ruslar mənim haqqımda nə fikirləşirlər?
Təlxək cavab verir:
-Əlahəzrət, bəziləri sizi tanrı, bəziləri şeytan hesab edir, lakin heç kim…
Siz isə təlxəyin fikrini davam etdirin.
Cavab: adam saymır
Müəllif: F.Eminov
Mənbə: “Этот день в истории -28 декабря”
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 29 Jan 2008, 20:31

Və, əlbəttə ki, nəticələr:

1. 281 saylı məktəbin komandası(Suraxanı rayonu)-----------10
2. Spartak (Bakı Özəl Türk Liseyi)---------7
3. 23 saylı məktəbin komandası(Nəsimi rayonu)---------18(+1)
4. Vəhşi Qərb(Western Junior)---------3
5. Parlament(Respublika Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey)--------10
6. Dədə Qorqud(Əzizbəyov rayonu)-----------10
7. 18 saylı məktəbin komandası(Yasamal rayonu)--------13
8. Nur(Əzizbəyov rayonu)---------12
9. BozQurd(Respublika Fizika, Riyaziyyat və İnformatika təmayüllü lisey)------11
10. Günəş(Binəqədi rayonu-99 saylı məktəb)----------7
11. Dəyanət(Dəyanət liseyi)--------18(+0)
12. 147 saylı məktəbin komandası(Xətai rayonu)--------3
13. BMLK-nın komandası(Nərimanov rayonu)---------5
14. Yaquar(167 saylı məktəb)---------4
15. Sabunçu-1(Sabunçu rayonu-148 saylı məktəb)----------8
16. Qriffindor---------16
17. Sabunçu-2(Sabunçu rayonu-148 saylı məktəb)----------2
18. 62 saylı məktəbin komandası(Nizami rayonu)---------9
19. 104 saylı məktəbin komandası(Suraxanı rayonu)----------5
20. Qaradağ-1(Qaradağ rayonu-288 saylı məktəb)-----------6
21. 45 saylı məktəbin komandası(Nərimanov rayonu)----------4
[size=18px]22. 160 saylı klassik gimnaziyanın komandası(Səbail rayonu)--------20[/size]
23. Qaradağ-2(Qaradağ rayonu-106 saylı məktəb)------------10
24. Vaqner(176 saylı məktəb)-------6
25. Texniki-Humanitar liseyin komandası(Nəsimi rayonu)-------7
26. 20 saylı məktəbin komandası(Yasamal rayonu)--------9
27. 214 saylı məktəbin komandası(Nizami rayonu)---------12
28. 7 saylı orta Pilot məktəbinin komandası(Səbail rayonu)---------12
29. 287 saylı məktəbin komandası(Xətai rayonu)-------9
30. Qalib(157 saylı məktəb-Binəqədi rayonu)-------7
Last edited by sakit Ali on 29 Jan 2008, 23:27, edited 1 time in total.
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby SEYMUR » 29 Jan 2008, 20:37

Bu gunki turnirda amayi kecan har kasa-har kasa tashakkurlar!

Boyuk ish gordunuz ushaqlar. Halaldir!

Tashakkur ediram Sizlara!!!
HEROSTRATI UNUTMALI !
User avatar
SEYMUR
Birinci dərəcəli kapitan
 
Posts: 1584
Joined: 20 May 2006, 18:57
Location: bakı_azərbaycan

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby Nigar_Yasinova » 29 Jan 2008, 23:00

Ali, moterizdeki +1, +2 ne demekdir?
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby Arzu » 29 Jan 2008, 23:05

\"Nigar_Kerimova\" wrote:Ali, moterizdeki +1, +2 ne demekdir?

Perestrelkadaki xallardi
Arzu
Üçüncü dərəcəli kapitan
 
Posts: 849
Joined: 26 Apr 2007, 23:43
Location: Baki

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby Nigar_Yasinova » 29 Jan 2008, 23:10

\"Arzu\" wrote:
\"Nigar_Kerimova\" wrote:Ali, moterizdeki +1, +2 ne demekdir?

Perestrelkadaki xallardi


Axi, perestrelkada cemi 1 sual tapildi? Onunla da mesele hell olundu
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 29 Jan 2008, 23:26

\"Nigar_Kerimova\" wrote:
\"Arzu\" wrote:
\"Nigar_Kerimova\" wrote:Ali, moterizdeki +1, +2 ne demekdir?

Perestrelkadaki xallardi


Axi, perestrelkada cemi 1 sual tapildi? Onunla da mesele hell olundu

Hə, düzdü...İndi düzəldərəm
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby Nigar_Yasinova » 29 Jan 2008, 23:31

\"sakit Ali\" wrote:
\"Nigar_Kerimova\" wrote:
\"Arzu\" wrote:
\"Nigar_Kerimova\" wrote:Ali, moterizdeki +1, +2 ne demekdir?

Perestrelkadaki xallardi


Axi, perestrelkada cemi 1 sual tapildi? Onunla da mesele hell olundu

Hə, düzdü...İndi düzəldərəm


Duzdu, hec bir ferq elemir, amma 160 sayli mektebin azi 21 xali var idi.
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 29 Jan 2008, 23:34

\"Nigar_Kerimova\" wrote:
\"sakit Ali\" wrote:
\"Nigar_Kerimova\" wrote:
\"Arzu\" wrote:
\"Nigar_Kerimova\" wrote:Ali, moterizdeki +1, +2 ne demekdir?

Perestrelkadaki xallardi


Axi, perestrelkada cemi 1 sual tapildi? Onunla da mesele hell olundu

Hə, düzdü...İndi düzəldərəm


Duzdu, hec bir ferq elemir, amma 160 sayli mektebin azi 21 xali var idi.

İndicə, bütün düzgün cavabları bir də gözdən keçirmişəm...
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

Bakı məktəbləri arasında Nə? Harada? Nə zaman?-2008

Postby sakit Ali » 30 Jan 2008, 00:25

Məncə, Buş küçəsi sualı ən uğursuz sual idi, çünki məntiqlə Vaşinqton daha uyğundur...
Mən Aliyəm! 12-dən birinci!
sakit Ali
Birinci dərəcəli kapitan
 
Posts: 1816
Joined: 01 Dec 2006, 16:44
Location: Bakı

PreviousNext

Return to Məktəb illəri...

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron