Hədislər və səhihlik məsələsi

İslam, xristianlıq, iudaizm, tenqriçilik

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Re: Hədislər və səhihlik məsələsi

Postby TURANLI » 02 Mar 2009, 13:51

KiPLiot wrote:Eslinde ise bu hedisden basqa mena cixir, yeni Peygember bu cur mentiqli fikrin qadindan gelmesine deyil, onun mehz oz neslinden olan birisinden gelmesine ishare edir. Bele cixir ki, peygember neslinden olan her kesin sozleri menali ve mentiqlidir, onlarin hamisina qulaq asmaq ve emel etmek lazimdir. Peygember neslinden olanlarsa ekser hallarda hokmdarlar idi. Burda qadinla bagli hansisa konkret ishare yoxdur.

Olmayan yerdən qaşıyıb qanatma. İslamda monarxiya yoxdu.
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Hədislər və səhihlik məsələsi

Postby Nigar_Yasinova » 04 Mar 2009, 02:36

KiPLiot wrote:. Peygember neslinden olanlarsa ekser hallarda hokmdarlar idi. Burda qadinla bagli hansisa konkret ishare yoxdur.


Bunu kim dedi?
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: Hədislər və səhihlik məsələsi

Postby KiPLiot » 04 Mar 2009, 10:58

Nigar_Kerimova wrote:Bunu kim dedi?


Hətta bu gün monarxiya qurulushuna malik olan ərəb ölkələrinin demək olar ki, hamısında hakimiyyətdə olanlar peyğəmbər nəslindən olduqlarını iddia edirlər. Onlar üçün yaxın və ya uzaq qohumluq əlaqəsi o qədər də vacib deyil, əsas bu əlaqənin olmasıdır. İordaniya dövlətinin rəsmi adı İordaniya Haşimilər Krallığıdır. Mərakeş kralı da haşimilər nəslindəndir. Əməvilərin qureyshiler qebilesinden, Abbasilərin isə haşimilər nəslindən olmasi və peyğəmbərlə qohumluq əlaqələri yəqin ki, sübuta ehtiyacı olmayan faktdır.
Last edited by Anonymous on 04 Mar 2009, 11:03, edited 1 time in total.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: Hədislər və səhihlik məsələsi

Postby Nigar_Yasinova » 05 Mar 2009, 00:15

KiPLiot wrote:Hətta bu gün monarxiya qurulushuna malik olan ərəb ölkələrinin demək olar ki, hamısında hakimiyyətdə olanlar peyğəmbər nəslindən olduqlarını iddia edirlər. Onlar üçün yaxın və ya uzaq qohumluq əlaqəsi o qədər də vacib deyil, əsas bu əlaqənin olmasıdır. İordaniya dövlətinin rəsmi adı İordaniya Haşimilər Krallığıdır. Mərakeş kralı da haşimilər nəslindəndir. Əməvilərin qureyshiler qebilesinden, Abbasilərin isə haşimilər nəslindən olmasi və peyğəmbərlə qohumluq əlaqələri yəqin ki, sübuta ehtiyacı olmayan faktdır.


Kim peygember neslindenem deyende ne basa dusduyunu bilmirem. Amma Peygember nesli deyende men basqa sey basa dusurem ki, resmi olaraq onlarin hakimiyyetde olmasi haqda melumatim yoxdur!
ALLAHI itirən nəyi tapmışdır?! ALLAHı tapan nəyi itirmişdir?!

Görürsə gözlərin gəlirsə ünün,
Bir daha açılan səhərə Şükür.
Cilovu əlində daha bir günün,
Belinə atdığın yəhərə Şükür!
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: Hədislər və səhihlik məsələsi

Postby TURANLI » 05 Mar 2009, 13:47

Farslar da guya bu amildən istifadə edib sasaniləri yaşadırlar.
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Hədislər və səhihlik məsələsi

Postby Эминов » 11 Mar 2009, 11:54

KiPLiot wrote:Eslinde ise bu hedisden basqa mena cixir, yeni Peygember bu cur mentiqli fikrin qadindan gelmesine deyil, onun mehz oz neslinden olan birisinden gelmesine ishare edir. Bele cixir ki, peygember neslinden olan her kesin sozleri menali ve mentiqlidir, onlarin hamisina qulaq asmaq ve emel etmek lazimdir. Peygember neslinden olanlarsa ekser hallarda hokmdarlar idi. Burda qadinla bagli hansisa konkret ishare yoxdur.


Peyğəmbər çox güman ki sadəcə demək istəmişdir ki məsləhəti sənə arvadın (mənim qızım) vermişdir. Onun sözü sadəcə bədii ifadə formasıdır. Bir var birbaşa deyəsən, bir də var bədii eyhamla. Eyham kobud olmur və qəlbi sındırmır.
User avatar
Эминов
Kontr-Admiral
 
Posts: 2017
Joined: 06 Apr 2007, 19:20
Location: Qerbi Turan departamenti

Re: Hədislər və səhihlik məsələsi

Postby Эминов » 11 Mar 2009, 11:56

Nigar_Kerimova wrote:Bunu kim dedi?




Elgün, o ekstrasens deyildi ki konkret məişət xarakterli eyhamda ərəb dövlətlərinin gələcəkdə monarxlar tərəfindən idarə edilməsinə işarə vursun))
User avatar
Эминов
Kontr-Admiral
 
Posts: 2017
Joined: 06 Apr 2007, 19:20
Location: Qerbi Turan departamenti

Re: Hədislər və səhihlik məsələsi

Postby KiPLiot » 11 Mar 2009, 12:07

Эминов wrote:Elgün, o ekstrasens deyildi ki konkret məişət xarakterli eyhamda ərəb dövlətlərinin gələcəkdə monarxlar tərəfindən idarə edilməsinə işarə vursun))


Sohbet ekstrasenslikdən getmir. Sence yeni ideologiyanin, yeni dinin yaradilmasinda meqsed ne idi? İnsanlari qilincin qabagina verdirmekde, doyushmeye mecbur etmekde meqsed ne idi? Elbette hakimiyyet isteyi ve bu hakimiyyetin geleceyini temin ede bilecek qanunlar toplusu yaradılmışdı. Hedisler de onlarin bir hissesi kimi qebul olunmalidir.
Last edited by Anonymous on 11 Mar 2009, 12:11, edited 1 time in total.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: Hədislər və səhihlik məsələsi

Postby TURANLI » 11 Mar 2009, 12:50

Bu hədis məndə telefonda var. Düzü elmi cəhətdən maraq göstərmədim
Lənət olsun mənim içimdəki millət sevgisinə!
(Muro başkana nəzirə)
http://10egin.livejournal.com/
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Hədislər və səhihlik məsələsi

Postby isaq » 06 Oct 2009, 14:36

sakit Ali wrote:“Xeybәr qәzvәsi” babında Aişәdәn belә nәql edir: “Peyğәmbәrin qızı Fatimә (ә.s.) Әbu Bәkrin yanına adam göndәrәrәk atası peyğәmbәrdәn ona yetişәn mirası istәdi. Lakin Әbu Bәkr o mirasdan heç bir şey Fatimәyә vermәdi, bundan sonra Fatimә Әbu Bәkrә qәzәblәndi vә vәfat edәnә kimi onunla danışmadı.”“Sәhih әl-Buxari”, c.3, sәh. 39.


Bəziləri deyirlər ki, fədək Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə miras qalmışdı. Digərləri isə deyirlər ki, o Xeybər günü Peyğəmbərdən Fatiməyə hədiyyə edilmişdi.
Fədəkin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) miras qalması haqqında deyilən birinci rəvayət Buxari, Müslim və digər alimlərin kitablarında rəvayət olunmuşdur. Rəvayətdə deyilir ki, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra Fatimə Əbu Bəkr əs-Siddiqin yanına gəlib Peyğəmbərdən ona qalan Fədək mirasını, Xeybər və digər yerlərdə qalan miras payını istəyir. Əbu Bəkr əs-Siddiq isə deyir: Mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". Buna bənzər üç rəvayət nəql olunur[1].
Əbu Bəkrin, Fatiməyə dedikləri bu olub. İmam Əhmədin rəvayətində isə deyilir: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq"[2].
İki səhih kitabında deyilir: Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir. Bundan sonra Fatimə (Allah ondan razı olsun) Əbu Bəkr əs-Siddiqə qarşı (Allah ondan razı olsun) qəzəblənir.
Fatimə, Əbu Bəkrin, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözünü səhv başa düşdüyünü, yaxud da səhv eşitdiyini deyə bilər. O, özü Quranın bu ayəsinin ümumi mənasını dəlil gətirirdi. Ayədə deyilir: "Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"[3]
Əhli sünnə bu məsələdə Əbu Bəkr üçün üzr axtarmırlar. Onlar, Fatimə üçün üzr axtarırlar. Çünki onların fikrincə Əbu Bəkr Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mütəvatir (həddindən artıq çox) yolla nəql olunan hədisə əsaslanmışdı. Həmin hədisi, Əbu Bəkr, Ömər, Osman, Əli, Abbas, Əbdürrəhman ibn Ovf, Səd ibn Əbu Vaqqas və Zubeyr ibn əl-Əvvam rəvayət ediblər. Adı çəkilən rəvayətçilər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir" - dediyini nəql edirlər. Fatimə (Allah ondan razı olsun) Əbu Bəkrin bu sözünü qəbul etmədiyindən dolayı, Əhli sünnə Əbu Bəkr üçün deyil, Fatiməyə üzr axtarırlar. Onların fikrinə görə, Əbu Bəkr bu məqamda Fatiməyə qarşı heç bir yanlışlıq etməmişdi.
Onlar (bidətçilər) deyilər ki, Fatimə, Əbu Bəkrə qarşı qəzəblənmişdi. Biz isə deyirik ki, Allah Əbu Bəkrdən razı qaldıqdan sonra, Fatimənin ona qarşı qəzəbi heç bir zərər verən deyil. Belə ki, Allah təala buyurur: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı"[4].
O gün, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) beyət edən möminlərin önündə dayanan Əbu Bəkr idi. Allahın və elçisinin razı qaldığı kimsəyə, başqasının qəzəbi zərər verməz.
İndi isə deyilən dəlilə təfsilatı ilə cavab verək.
Onlar bunun miras payı olduğunu deyirlər. Biz isə deyirik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir". Hədisin mənasına görə, bizim qoyub getdiyimiz nə varsa sədəqədir. Ona görə Müslimin rəvayət ediyi hədisin bəzi sənədlərində deyilir: "Biz nəyi tərk etmişiksə, o sədəqədir". Bidətçilər isə hədisi təhrif edib deyirlər ki, hədisdə belə deyilir: Biz sədəqə qoyub getməmişik. Yəni onlar deyirlər ki, burada "Mə" artikulu inkar mənasında işlədilmişdir. Yəni, biz sədəqə qoymamışıq. Əhli sünnəyə görə isə buradakı "Mə" artikulu bağlayıcıdır. Bu iki səhih kitabında rəvayət olunan daha doğru rəvayətdir. Bu rəvayəti təsdiq edən digər rəvayət belədir: "Biz nəyi tərk etmişiksə, o sədəqədir". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özündən sonra miras qoymur. Doğru rəyə əsasən bütün peyğəmbərlər özlərindən sonra miras qoymurlar.
Onlar bu məqamda Allahın bu ayəsini dəlil gətirirlər. Ayədə deyilir: "Mən özümdən sonra gələn qohum-əqrabamdan (yerimə keçəcək əmioğlularımın və digər vərəsələrimin məsləkimi ləyaqətlə davam etdirməyəcəyindən) qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul (vəli) bəxş et ki, o həm mənə, həm də Yəqub nəslinə (onlara lütf edilmiş peyğəmbərliyə) varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o (öz əqidəsi, itaəti və gözəl axlaqı ilə) riza (Sənin rizanı) qazanmış olsun!”[5]
Onlar deyirlər ki, bu ayədə peyğəmbərlərin miras qoyduqları isbat olunur. Həmçinin başqa bir ayədə Süleyman Peyğəmbər haqqında deyilir: "Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”[6]
Bu iki ayənin təfsiri belədir. Belə ki, "Mən özümdən sonra gələn qohum-əqrabamdan qorxuram...", birinci ayə haqqında deyirik.
İlk olaraq, yalnız malının varisi olmaq üçün əməlisaleh bir insanın Allahdan övlad istəməsi nalayiq bir hərəkətdir. Belə olan təqdirdə biz bunu pak peyğəmbər, Zəkəriyyə haqqında necə deyə bilərik ki, o, malının varisi olması üçün, Allahdan övlad istəyirdi.
İkinci: Məşhur rəvayətə görə Zəkəriyyə, dülgərliklə məşğul olan kasıb bir insan idi. Zəkəriyyənin nə mal-dövləti vardı ki, özü üçün Allahdan varis də istəsin. Əslində Allahın peyğəmbərləri, özlərindən sonra mal-dövlət miras qoyub getmirlər. Onlar öz mallarını xeyirli işlər üçün sədəqə edirlər.
Üçüncü: Bu ayənin, "...həm mənə, həm də Yəqub nəslinə varis olsun..." - dəlalət etdiyi mənaya əsasən demək olar ki, Yəqub peyğəmbərin ailəsi neçə nəfərdən ibarət idi? Yəhyanın, Yəqubun ailəsi ilə nə əlaqəsi var? Yəqubun ailəsi, Musa, Davud, Süleyman, Yəhya, Zəkəriyyə və onların qövmü sayılır. Ümumiyyətlə İsrail Oğullarının bütün peyğəmbərləri Yəqub ailəsindəndir. Çünki İsrail elə Yəqubdur. Demək, nəinki peyğəmbərlər, hətta İsrail oğullarının hamısı, Yəqubun ailəsindən sayılırlar. Belə olan təqdirdə Yəhyanın miras payı nə qədər olacaq? Sonra həmçinin Yəhya başqa bir varislə miras payından məhrum sayılır. Heş şübhəsiz, Allah təalanın bu ayəsi: "...həm mənə, həm də Yəqub nəslinə varis olsun...", ayədə mal-dövlət varisliyinin nəzərdə tutulduğunu deyənlərə qarşıdır. Zəkəriyyə və Yəqub hər ikisi peyğəmbər idilər. Ona görə Zəkəriyyə, Yəqubun adını çəkir ki, Allah təala onlara özlərindən sonra, peyğəmbərlik, elm və hikmət mirasına varislik edən bir övlad versin.
Dördüncü: Bu cavabda deyə bilərik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Biz Peyğəmbərlər, özümüzdən sonra miras qoymuruq.", "Biz miras qoymuruq, bizim qoyduqlarımızın hamısı sədəqədir".
Başqa bir rəvayətdə isə deyilir: Peyğəmbərlər nə dinar, nə dirhəm miras qoymamışlar. Onların mirası elm olmuşdur[7].
İndi isə ikinci ayəyə nəzər salaq. Allah təala buyurur: "Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”[8]. Bu ayədə də mal-dövlət varisliyi nəzərdə tutulmur. Süleyman, Davuddan, peyğəmbərlik, elm və hikmət mirası götürmüşdür. Bu sözlərin iki əsası var:
Birinci: Məşhur rəvayətlərə görə Davud peyğəmbərin yüz arvadı, üç yüz kənizi və çox övladı var idi. Necə ola bilər ki, onun varisi yalnız Süleyman olsun? Süleymanın bütün qardaşlarının da mirasda payları var. Onunla bərabər mal-dövlət varislərinin olduğu halda təkcə onun adının qeyd edilməsi məqsədəuyğun deyildir.
Əgər bu adi mal-dövlət varisliyi olsaydı, o zaman onun, Allahın kitabında qeyd edilməsi faydasız olardı. Övladın öz atasının malına varis olması təbiidir. Demək, Allahın dedikləri, adi bir hal haqqında deyilən sözlərdir! Amma əslində bu belə deyildir. Heç şübhəsiz ki, Allah təala burada xüsusi bir mirası, peyğəmbərlik mirasını qəsd edir.
Həmin yerlərin, Xeybər günü Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə bir hədiyyə olması haqqında deyilənlərə münasibətimiz belədir. Demək, onlar öz kitablarında rəvayət edirlər ki, Xeybərin fəthindən sonra bu ayə "Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!"[9] nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməni çağırıb Fədək torpaqlarını ona verdi[10]. davama bax

7ci subhenin davami
Heç şübhəsiz ki, Allah təala burada xüsusi bir mirası, peyğəmbərlik mirasını qəsd edir.
Həmin yerlərin, Xeybər günü Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə bir hədiyyə olması haqqında deyilənlərə münasibətimiz belədir. Demək, onlar öz kitablarında rəvayət edirlər ki, Xeybərin fəthindən sonra bu ayə "Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!"[9] nazil olanda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməni çağırıb Fədək torpaqlarını ona verdi[10].
Gəlin bir an bu məqamda dayanaq:
Birinci: Bu hekayə uydurmadır.Bu ayə, deyilən vaxtda nazil olmamışdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fədəki, Fatiməyə (Allah ondan razı olsun) verməmişdir. Səhih rəvayətlərə görə Fatimə, Fədək torpaqlarını hədiyyə deyil, bir miras olaraq tələb edirdi. Xeybərin fəthi yeddinci ilin əvvəlində baş vermişdi. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qızı Zeynəb hicrətin səkkizinci[11], Ummu Kulsum isə doqquzuncu ilində vəfat etmişdir[12]. Necə ola bilər ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatiməyə hədiyyə edib, Ummu Kulsumu və Zeynəbi kənarda qoysun? Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz övladları arasında fərq qoymasını demək ona qarşı bir ittihamdır.
Bəşir ibn Səəd, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib: "Ey Allahın elçisi, mən bir övladıma bostan bağışlamışam və sənin də bu işdə şahid olmanı istəyirəm." – bu sözləri deyəndə, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Sən bütün övladlarına vermisən?" O, dedi: Xeyr.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Ged, mən zülmə şahidlik edə bilmərəm"[13].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) övladlar arasında qeyri bərabər münasibəti zülm adlandırmışdır. Belə zülmkarlığa əl qoymayan lütfkar Peyğəmbər, özü bu zülmü edə bilərmi? Təbii ki, heç vaxt. Biz Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə vəsflərdən uzaq tuturuq. Əgər bu hədiyyəydisə, Fatimə bunu ya götürməli, yaxud da götüməməliydi. Əgər Fatimə bu hədiyyəni götürmüşdüsə, nə üçün gəlib onu istəyirdi. Əgər hədiyyəni götürməmişdisə, onda götürülməyən hədiyyə verilməmiş sayılır.
Ona görə bunun miras, yaxud hədiyyə olması hər iki baxımdan batil iddiadır. O nə miras, nə də hədiyyə deyildi. Bu işdə çox qəribə bir məqam da budur ki, Əbu Bəkr əs-Siddiqin vəfatından sonra Ömər ibn əl-Xəttab xəlifə təyin olundu. Sonra Osman, daha sonra isə Əli xəlifə təyin olundu. Fədəkin, irsən yaxud hədiyyə kimi, Fatiməyə (Allah ondan razı olsun) məxsus olduğunu fərz etsək, o zaman bu, Fatimənin mülkü sayılardı. O, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) altı ay sonra vəfat etmişdir. Belə olan təqdirdə Fədək kimə qalmalıdı? Təbii ki, onun varislərinə. Əlavə varislərin olduğuna görə, Əliyə onun dörddə bir hissəsi düşürdü. Kişilərə qadınların payının iki misli düşməklə, Həsənə, Hüseynə, Zeynəbə və Ummu Kulsuma qalan hissəsi düşürdü. Amma Əli (Allah ondan razı olsun) xəlifə olanda Fədəki övladlarına vermədi. Əgər Əbu Bəkr, Ömər və Osman, varisləri Fədəkdən məhrum etməklə zalımlıq edirdilərsə, eləcə də Əli, varisləri Fədəkdən məhrum etməklə zalımlıq etmiş sayılır. Çünki beləliklə o, haqsız yerə övladlarını mirasdan məhrum etmişdi.
Lakin biz, bütün səhabələri, Əbu Bəkri, Öməri, Osmanı və Əlini (Allah onlardan razı olsun) bu kimi vəsflərdən pak tuturuq. Həmçinin deyirik ki, Fədək, nə miras nə də ki, hədiyyə idi.
Həmçinin deyirlər ki, Fatimə Fədəkdən məhrum edildikdə qəzəblənərək atasının qəbri üzərinə gedib ona şikayətləndi. Bu deyilənlər hamısı yalandır. Hətta deyərdim ki, bu, Fatiməyə (Allah ondan razı olsun) yaraşmayan bir hərəkət sayıla bilər. Belə ki, Allah təala, əməlisaleh bəndəsi, möhtərəm peyğəmbəri Yəqub əleyhissəlam haqqında buyurur: "(Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!"[14]
Heç Fatiməyə yaraşarmı ki, dərd-sərini ölmüş Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərz etsin. Amma biz Fatiməyə qədr-qiymət verərək deyirik ki, o dərd-sərini Allahdan başqa heç kəsə ərz etmir.
Fatimənin, Əbu Bəkrə (Allah ondan razı olsun) qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi haqqında yayılan bu məlumat məşhurdur. Bəli, o qəzəblənib. Əvvəldə də demişdik ki, biz, Əbu Bəkr əs-Siddiq üçün deyil, Fatimə üçün üzrxahlıq etməyə yer axtarırıq. Fatimə (Allah ondan razı olsun) məsum (xətasız) deyil. Məşhur rəvayətə görə Əbu Bəkr (Allah ondan razı olsun) Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalmışdır. Bu rəvayəti bir çox elm adamları İmam Şəbidən səhih mürsəl rəvayətlə nəql etmişlər[15]. Şəbi böyük tabiinlərdəndir. Daha doğrusunu Allah bilir.
Məşhur rəvayətə əsasən Fatimənin cəsədini Əsma binti Umeys və Əbu Bəkr əs-Siddiqin yoldaşı Əsma yumuşlar. Necə ola bilər ki, Əbu Bəkr əs-Siddiqin yoldaşı Fatimənin cəsədini yusun, amma Əbu Bəkrin onun ölmündən xəbəri olmasın? Səhih rəvayətə əsasən Fatimə gecə ikən, Əbu Bəkrə xəbər verilmədən basdırılmışdır.


[1] Birinci rəvayət; Səhihi Müslim: Kitabul Cihad vəs Seyr, Bab, Hukmul Fey, 1757. İkinci rəvayət; Səhihi Buxari, Kitabu Fardul Xums, Bab, Fardul Xums, 3093. Səhihi Müslim, Kitabul Cihad vəs Seyr, 1759. Üçüncü rəvayət; Səhih əl-Buxari, Kitabul Mənaqib, Bab, Mənaqib Qərabəti Rəsulullah s.a.v. 3712. Səhihi Müslim, Kitabul Cihad və Seyr, 1758.
[2] Müsnədi Əhməd: 3, 225, 9655.
[3] ən-Nisa: 11.
[4] əl-Fəth: 18.
[5] Məryəm: 5-6.
[6] ən-Nəml: 16.
[7] Buxari, (müəlləq rəvayət): Kitabul Elm. Bab, əl-İlmu qabləl qovli vəl əməl. Əbu Davud: Kitabul Elm. Bab, əl-Həss alə taləbil elm, 2641. Hədisin sənədi səhihdir.
[8] ən-Nəml: 16.
[9] əl-İsra: 26.
[10] Təfsirus Safi: 2, 186.
[11] Siyəri Əlam ən-Nubəla: 2, 250. əl-İsabə: 4, 206.
[12] Siyəri Əlam ən-Nubəla: 2, 252. əl-İsabə: 4, 466.
[13] Səhihi Müslim: Kitabul hibat, 1672.
[14] Yusif: 86.
[15] Fəthul Bari: 6, 232.
isaq
Dənizçi
 
Posts: 20
Joined: 12 Mar 2007, 23:28

Re: Hədislər və səhihlik məsələsi

Postby isaq » 06 Oct 2009, 14:38

sakit Ali wrote:Xahiş edirəm, diqqətlə oxuyun.
Allahı görmək barəsində. Ayədə söhbət Qiyamət günündə (Cənnətdən yox) möminlərin Allahı görə bilməsindən gedir. Bildiyimiz kimi, Qiyamət günündə biz hamımız qaldırılacağıq. Və həmin sorğu-sualda həm cismani(Quranda buna dəlil az deyil), həm də ruhani iştirak edəcəyik. Deməli, bugün qaşınızın altındakı gözlər, o Gündə də yerində olacaq. Və o Gün həmin bu gözlərimizə yeni bir avantajların veriləcəyi haqqında, mən nə bir hədis, nə də bir ayə eşitmişəm. Məlum da məsələdir ki, gözlər ancaq elektromaqnit dalğalarını qəbul etmək iqtidarındadır. Yəni, belə çıxır ki, Allah, o Günü elektromaqnit şüalar buraxacaq?!. Amma bəsirət gözü başqa məsələdir.
Bir də, Adəm peyğəmbər Cənnətdə günah-zad işlətməmişdi. Burada başqa məsələdir. Adəm Cənnətdə yaradılsa da, Cənnəti qazanmamışdı axı. Ona görə onun Cənnətdən çıxıb, Yer üzündə müxtəlif imtahanlara çəkilməsi (hər bir insan kimi) labüd idi, Cənnəti o, qazanmalı idi. Və o da, Yer üzünə qayıdandan sonra heç də peyğəmbərlikdən məhrum olmadı.
Əbu Hüreyrə haqqında. Onun birdən-birə necə Müaviyyə sarayında hörmət sahibi olması barəsində yazmaqdansa, bircə dənə sualım var. O, neçə il Peyğəmbərin yanında yaşamışdır? Cavab:2 ildən çox deyil. Maraqlıdır, Alidən və digər 3 xəlifədən də çox hədis nəql edib. Məncə, kifayət edər, amma istəsəniz, onun həyatı haqda da tapa bilərəm.(əlbəttə ki, sünnü mənbələrindən)
Yer kuresinde Ebu Bekrden daha xeyirlisinin uzerine gun dogmayib.1gun Muhemmed(s.a.s)peygemberden sorusurlar kimi cox isteyirsen?deyir ki qadinlardan hz Ayseni,kisilerden atasini(hz Ebu Bekri)

Üzr istəyirəm, bu nə məsuliyətsiz hədisdir yazırsan? Mən də hər oxuduğum hədisi bura yazsam, Allah bilir, nə alınar... Bildiyim qədər, bu hədislərin mənbəyi yenə də buxaridir. Gəl, mən də buxaridən iki hədis yazım:
“Xeybәr qәzvәsi” babında Aişәdәn belә nәql edir: “Peyğәmbәrin qızı Fatimә (ә.s.) Әbu Bәkrin yanına adam göndәrәrәk atası peyğәmbәrdәn ona yetişәn mirası istәdi. Lakin Әbu Bәkr o mirasdan heç bir şey Fatimәyә vermәdi, bundan sonra Fatimә Әbu Bәkrә qәzәblәndi vә vәfat edәnә kimi onunla danışmadı.”“Sәhih әl-Buxari”, c.3, sәh. 39.(Eminov, o kitabda axtarmağa dəyməz, orada sərf eləməyənləri yığışdırıblar, bəlkə də bir neçə açar sözlə axtarış versən, taparsan. Amma kitabın orijinalını tapa bilərsən, Muslim-shoplarda olmalıdır, lakin çox bahadır. Niyəsini bilmirəm))
Peyğəmbər (s) buyurmuşdur ki:“Fatimә mәnim bir qismimdir. Hәr kim onu qәzәblәndirsә, mәni qәzәblәndirmiş olar.”“Sәhih әl-Buxari”, c.2, sәh. 206.
Eləcə də, xanım Aişə. Heç kimə Peyğəmbərin səhabəsi, həyat yoldaşı və ya övladı olmaq, digərlərindən üstün etmir. Xahiş edirəm, məni məcbur etməyin, xanım Aişə haqqında da yazım. Yenə də, tarixə istinadən yazasıyam.
P.S. Yuxarıda yazılanlardan sonra kimsə yazmaq istəsə ki, gəlin İslamı parçalamayaq, onda əvvəlcədən bu mövzuya yazmasın. Yazırsınızsa, mən yazdığım qaydaya əsaslanın. Yəni ki, mən yazanda Qurana və əhli-sünnənin qəbul etdiyi hədislərə əsaslanmışam. Siz də yazırsınızsa, bizim mənbələrə əsaslanın.
İslamda birləşmək üçün olanı olduğu kimi tanımaq lazımdır. Yoxsa kimi necə öyrədiblər, elə yox.
(PS, əsasən, Murada ünvanlanmışdır)
Allah hamımızı bağışlasın!



Mədinə və Fədəkdəki qənimət torpaqlarını (fiy, yəni döyüşsüz əldə edilən hərbi qənimət – E.Q.), həmçinin Xeybərdə xumsdan qalanı istəmişdi. Əbu Bəkir isə Rəsulullahın (s) belə buyurduğunu bildirmişdi: «Biz miras qoymuruq, bizdən sonra qalan isə sədəqə hesab olunur, lakin Muhəmmədin ailəsi həmin mülkdən yeyə bilər». O dedi: «Allaha and olsun ki, mən Allah Rəsulunun sədəqəsindən heç nə azaltmaram, o, Rəsulullahın dövründə olduğu kimi də qalacaqdır və onu Peyğəmbərimizin idarə etdiyi kimi idarə edəcəyəm». Əbu Bəkir onu Fatiməyə verməkdən imtina etdi və ona görə də Fatimə ondan incidi. Fatimə ömrünün sonuna qədər Əbu Bəkirlə danışmadı (Qeyd edək ki, Həzrəti Fatimə Peyğəmbərimizin (s) vəfatından sonra 6 ay yaşayıb). Bu haqda Buxari «Fərdul xums» və «Məğazi», Müslim isə «əl-Cihad vəssiyər» əsərlərində xəbər verir.
Həzrəti Fatimə Əbu Bəkirin qərarından narazı idi, çünki hesab edirdi ki, xəlifənin istinad etdiyi Peyğəmbərimizin sözləri torpaq və digər mülklərə sirayət etmir. Hədisin ümumi mənasına əsaslanaraq Əbu Bəkir həmin torpaqların dövlət mülkiyyətinə keçməsi haqqında qərar qəbul etdi və Peyğəmbərin ailəsi üçün həmin torpaqlardan əldə olunan gəlirdən məvacib təyin etdi. Belə bir şərhi İbn Həcər əl-Əskalani də verir.
Digər səhabələrin, o cümlədən Əli ibn Əbu Talibin belə həmin qərara etiraz etməməsi Əbu Bəkirin ədalətli qərar qəbul etdiyini sübut edir və digər xəlifələr də həmin qərarı qüvvədə saxlamışlar. əl-Qurtubi nəql edir ki, Əli ibn Əbu Talibdən başlayaraq Peyğəmbərin ailəsinə aid olan imamlardan heç biri həmin torpaqlara heç bir iddia irəli sürməmişlər. O yazır: «Öz xəlifəliyi dövründə Əli Əbu Bəkir, Ömər və Osman kimi hərəkət edirdi. O, həmin torpaqları öz mülkiyyətinə keçirməyə cəhd belə göstərməmiş və onlardan özünə heç bir hissə ayırmamışdı. Həmin torpaqlardan əldə edilən gəliri isə ondan əvvəlkilərin etdiyi kimi bölüşdürürdü. Sonra həmin torpaqlar Həsən ibn Əliyə, sonra Hüseyn ibn Əli, daha sonra Əli ibn əl-Hüseyn, sonra Hüseyn ibn Həsən, daha sonra Zeyd ibn Hüseyn, daha sonra isə Abdullah ibn Hüseynin sərəncamına keçmişdi. Daha sonra həmin torpaqları Əbu Bəkir əl-Bərkaninin «Səhih»ində nəql etdiyi kimi, Abbasın nəsli idarə edirdi».
Beləliklə, Əbu Bəkirin Peyğəmbərin vəsiyyətini pozmaqdan imtina etməsi Peyğəmbərimizin qızının hüquqlarının tapdanması demək deyildi. Fatimə düzgün olmasa da öz şəxsi fikrinə əsaslanırdı, lakin bu, heç də onun üstün məziyyətlərini alçaltmır. Hər bir insana, o cümlədən Peyğəmbərimizin mömin səhabələrinə və ailəsinin üzvlərinə də səhv etmək xasdır, günümüzə belə bir rəvayətlər çatıb ki, Həzrəti Muhəmməd peyğəmbər yaşadığı dövrdə də qızı Fatiməyə rədd cavabı vermişdi. Buxarinin «Fədailus səhabə» və Müslimin «əz-Zikr vəd dua» əsərlərində belə bir hədis nəql olunur ki, Fatimə atasından onlara bir xidmətçini bağışlamağı xahiş etmiş, lakin o, rədd cavabını vermişdi. Bunun müqabilində isə Peyğəmbərimiz qızına və Əliyə Allaha şükr etməyi buyurmuşdu.
Buxarinin «Hibə» və Müslimin «Fədailus səhabə» (Səhiheyndə) nəql olunur ki, Peyğəmbərimizin xanımlarından bir neçəsi Fatiməni Allah Elçisinin yanına göndərib, ona belə deməyi xahiş etmişlər: «Həqiqətən, sənin arvadların Əbu Bəkirin qızı ilə davrandığın kimi onlarla da bu cür davranmaları üçün səni and verirlər Allaha!» Cavabında Peyğəmbər soruşmuş: «Qızım, mənim sevdiyimi sən də sevirsənmi?» Fatimə cavab verdi: «Əlbəttə, sevirəm!», - sonra qayıdıb digərlərinə də bu haqda danışdı. Onlar «Onun yanına bir də get» deyə qızından xahiş etdikdə, Fatimə imtina etdi. Müslimin əsərlərində nəql edilir ki, Peyğəmbərimiz əlavə etmişdi: «Onu (Aişəni) sev».
Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən ölümündən qabaq Fatimə Əbu Bəkirlə barışmışdır. «Əs-sünənul kübra» (6/301) əsərində əl-Beyhaqi əş-Şabinin sözlərini belə nəql edir: «Fatimə xəstələndikdə Əbu Bəkir Sıddıq ona baş çəkməyə gəldi və içəri daxil olmaq üçün icazə istədi. «Əli soruşdu: Fatimə, Əbu Bəkir gəlib və içəri girmək üçün icazə istəyir. Fatimə soruşdu: Ona icazə verməyimi istəyirsənmi?» Əli dedi: «Bəli». Fatimə Əbu Bəkirin daxil olmasına icazə verdi. Onun könlünü almaq üçün Əbu Bəkir dedi: «Allaha and olsun ki, mən evimi, bütün mülkümü, ailəmi və doğmalarımı atmışam ki, Allahın, Onun Elçisinin və sizlərin – Peyğəmbər evinin adamlarının razılığını qazanım». O, bu cür sözləri Fatiməni məmnun edənədək deməkdə davam edirdi».
Bu, göndərilmiş məlumatdır (mürsəl), lakin İbn Kəsir «əl-Bidayə vən nihayə» (5/253) əsərində onun isnadının səhih (etibarlı) hesab etmişdir, çünki «Amir əş-Şabi (ravilərin ən nüfuzlularından biri hesab edilir) bunu ya birbaşa Əlidən, yaxud Əlidən birbaşa eşitmiş bir şəxsdən eşidib». Ona görə də İbn Həcər onun isnadını əş-Şabidən əvvəl etibarlı hesab etmişdi. Möminlərin anası Aişənin sözləri əş-Şabinın sözlərinin həqiqətə uyğun olduğunu istisna etmir, çünki o, ona bəlli olanları nəql edirdi.
Ümumiyyətlə, müsəlmanlara Peyğəmbərin səhabələri arasında baş vermiş fikir ayrılıqlarını müzakirə etmək yaraşmır, çünki onların hamısını sevmək hər bir iman gətirənin vəzifəsidir. Ənas ibn Malikin sözlərini Nəsai belə nəql edir: «Peyğəmbər demişdi: ənsarları sevmək imanın əlamətidir, onlara nifrət bəsləmək isə riyakarlığın rəmzidir». Əlbani bu hədisi etibarlı adlandırmışdı.
Əbu Səid əl-Xudrinin sözlərini Əhməd, əl-Buxari, Müslim, ət-Tirmizi, Əbu Davud, İbn Məcə belə nəql edirlər ki, Allahın Elçisi söyləmişdi: «Mənim səhabələrimi danlamayın, çünki sizlərdən kimsə Uhud böyüklüyündə qızıl belə xərcləsə, bu, səhabələrimdən hər hansı birinin sərf etdiyinin bir ovucu, hətta onun yarısı ilə belə müqayisə edilə bilməz». Allaha iman gətirən insan son günündə Uca Allahın cənnət vəd etdiyi Peyğəmbərin səhabələrində hər hansı bir nöqsan axtarmağa və onların məziyyətlərini alçaltmağa necə cürət edə bilər?! Quranda deyilir: «Mühacirlərdən və ənsardan olan ilk qabaqcıllara və yaxşı əməllər etməkdə onlara tabe olanlara gəldikdə isə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Və Allah onlar üçün altından arxlar axan bağlar hazırlamışdır. Onlar orada əbədi qalacaqlar. Bu da həmin böyük səadətdir» («Tövbə» surəsi, 100). Həzrəti Muhəmməd peyğəmbərin səhabələrinin üstünlüklərini sübut edən digər ayələr də mövcuddur.
Lakin ürəkləri imansızlıq və riyakarlıqla dolu olan şəxslər müsəlmanlar ilə Peyğəmbər arasında əlaqəni kəsmək üçün onun səhabələrinin nüfuzunu şübhə altına alırlar. Onlar ümid etmirlər ki, bir gün inananlar Allahın Kəlamı olan Qurani-Kərimdən üz döndərəcək və ya Onun Elçisinin həqiqiliyinə şübhə edəcəklər. Lakin onlar hələ də inanırlar ki, Peyğəmbərin sünnələrini nəql edən səhabələrin nüfuzuna kölgə sala bilərlər.
Belə bir fitnəkarların arasında elələri var ki, Allah Rəsulu Həzrəti Muhəmməddən (s) sonra ən yaxşı müsəlman olan Əbu Bəkir əs-Sıddıqın ünvanına iftira atırlar. Onlar bəyan edirlər ki, Əbu Bəkir ilə Fatimə arasında baş vermiş fikir ayrılığı xəlifəni Uca Allahın qəzəbinə düçar etmişdi. Bu zaman onlar Buxarinin «Mənaqib» və Müslimin «Fədailus səhaba» əsərlərində qeyd olunan əl-Misvar ibn Məhrəmin hədisinə istinad edirlər. Orada nəql olunur ki, Peyğəmbərimiz demişdir: «Fatimə mənim canımın bir hissəsidir və onu qəzəbləndirən məni də qəzəbləndirmiş olur.» Müslümün variantında isə deyilir: «Fatimə mənim canımın bir hissəsidir və ona əzab verən mənə də əzab vermiş olur».
Lakin burada Peyğəmbərimizin qızının ədalətli və əsaslı qəzəbləndiyi halların nəzərdə tutulduğu tamamilə açıq-aşkar görünür. Biz artıq göstərdik ki, bu halda Əbu Bəkirin qərarı ədalətli idi, ona görə də onun davranışı Allahın və Onun Elçisinin qəzəbinə səbəb ola bilməzdi. Digər tərəfdən, Peyğəmbər «Fatimə mənim canımın bir hissəsidir» sözlərini qızının əri Əli ibn Əbu Talibə acıqlandığı zaman demişdir. Buxarinin əsərlərinin birində deyilir: «Bir gün Əli Əbu Cəhlin qızına elçi göndərmişdi. Bunu eşidən Fatimə Allah Elçisinin yanına gəlib demişdi: «Adamların deməyə başlayacaq ki, sən qızların üçün heç qəzəblənmirsən! Əli Əbu Cəhlin qızı ilə evlənməyə hazırlaşır!» Allahın Elçisi ayağa qalxıb necə şəhadət gətirdiyini eşitdim və söylədi: «Və sonra… mən qızımı Əbu əl-Asa ibn ar-Rabiyə verdim, çünki o, mənə düz danışmışdı. Həqiqətən, Fatimə mənim canımın bir hissəsidir və mən onun kədərlənməsini istəmirəm! Allaha and olsun, Allah Elçisinin qızı ilə Allahın düşməninin qızı eyni bir adamın arvadı ola bilməz!» Bundan sonra «Əli öz elçiliyindən imtina etdi».
Buna baxmayaraq, bu hadisə Əli ibn Əbu Talibin üstün məziyyətlərini heç də azaltmır və alimlərdən heç biri bu məşhur səhabəni Allahın və Onun Elçisinin qəzəbinə düçar olmuşların sırasına aid etmir. Belə bir yanaşma Peyğəmbərin qızının qəzəbini qazanmayan Əbu Bəkirlə münasibətdə də ədalətsizdir. Onlar böyük əhəmiyyət daşımayan hüquqi məsələ ilə bağlı fikir ayrılığı yaşadı və xəlifənin gətirdiyi dəlillər Fatimə üçün aydın idi. Həzrəti Əbu Bəkir isə öz növbəsində Peyğəmbərin qızının üstünlüklərini hər vəchlə vurğulamağa və onun iltifatını qazanmağa çalışırdı. Biz əminliklə hesab edə bilərik ki, ölümündən qabaq Fatimə (r.a.) Əbu Bəkirə heç bir kin bəsləmirdi və ona qəzəblənməmişdi. Hər bir halda Allah hər şeyi hamıdan yaxşı bilir.


Bir de meslehet gorerdim ki/ Peygemeberimizin (s.a.v.) zovcesine qarsi exlaqsizliq numayis etdirmeyesiniz. Cehennemin ezabi heqiqeten cox pisdir. Belke ibret aldiniz.
isaq
Dənizçi
 
Posts: 20
Joined: 12 Mar 2007, 23:28

Previous

Return to Türkün dini

Who is online

Users browsing this forum: No registered users and 2 guests