Spring University

Kluba aidiyyatı olmayan söhbətlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Spring University

Postby bim_utd » 02 May 2011, 16:28

Salam dostlar. Mən və komanda yoldaşım Mirzə Əliyev bu yaxınlarda bir neçə iqtisadi mühazirə/debat keçirmək barəsində fikrə gəldik. Artıq bir neçə gündür ki, müxtəlif məkanlarda elanlar yerləşdirilib. dedim burada da yerləşdirim ki, marağı olan kəslər iştirak edə bilsinlər. Tədbirlər qeyd olunan günlərdə saat 7də Xarici dillər Universitetində, Amerika mərkəzinin ikinci mərtəbəsində olacaq- AAA (American Alumni Associationun ofisində)

Elanlardan çıxarış:


Məruzəçilər:
Mirzə Əliyev- Azərbaycan Respublikası İqtisadı İnkişaf Nazirliyinin aparıcı məsləhətçisi
Rəşad Həsənov- Azərbaycan Mərkəzi Bankının mütəxəsisi

Proqram

Mühazirə 1: 5 may 2011-ci il
Mövzu: Maliyyə böhranları: ortaq səbəblər, ümumi cəhətlər və gələcək üçün dərslər (Rəşad Həsənov)
- Mühazirə zamanı əsasən keçmişdə baş vermiş mühüm krizislər araşdırılacaq. Onlar üçün ümumi olan əlamətlər müəyyənləşdiriləcəkdir. Xüsusi diqqət sonuncu böhrana yönələcək.
Mühazirə 2: 11 may 2011-ci il
Mövzu: Azad iqtisadi zonalar (AİZ) və onların Azərbaycanda yaradılma perspektivləri (Mirzə Əliyev)
- Mühazirədə AİZ-in yaradılma tarixindən, təsnifatlaşdırılaraq onların növlərindən, bu zonalarda tətbiq edilən güzəştli rejimlərdən (maliyyə, gömrük, inzibati və s.) söhbət açılacaq, eləcə də belə zonalarla bağlı beynəlxalq təcrübə (Avropa, Asiya, Amerikada yaradılmış AİZ) haqqında məlumat veriləcəkdir. Bundan başqa, AİZ-in ölkə iqtisadiyyatındakı yeri, beynəlxalq ticarətdəki roluna toxunulacaqdır. Son illərdə Azərbaycan Respublikasında Azad iqtisadi zonaların yaradılması sahəsində görülmüş işlər (qəbul edilmiş normativ-hüquqi aktlar və s.) və bu cür zonaların ölkəmizdə yaradılma perspektivlərindən danışılacaqdır.
Mühazirə 3: 13 may 2011-ci il
Mövzu: Bir daha “Holland sindromu” haqda. Neft Fondunun əhəmiyyəti. (Rəşad Həsənov)

- Mühazirənin əsas məqsədi ölkəmizdə son zamanlar geniş müzakirə mövzusu olan “resurs lənəti” və ya “holland sindromu” haqda ətraflı məlumat verməkdir. Bilindiyi kimi, bu fenomen iqtisadiyyatın bütün sahələrini iflic edə bilir. Bu prosesin hansı kanallar vasitəsilə getməsi, bununla mübarizə üçün istifadə edilən üsullar mühazirə və debatların əsas obyekti olacaq. Mühazirənin son hissəsində isə Azərbaycan təcrübəsinə baxılacaq, Dövlət Neft Fondunun fəaliyyətinə nəzər salınacaqdır.
Mühazirə 4: 18 may 2011-ci il
Mövzu: Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP – Generalized System of Preferences) və onun Azərbaycana tətbiqi. (Mirzə Əliyev)

- Seminarda bir sıra İnkişaf Etmiş Ölkələr tərəfindən (ABŞ, Aİ, Yaponiya, Kanada, Norveç, Rusiya və s.) İnkişaf Etməkdə Olan, eləcə də Ən Az İnkişaf Etmiş Ölkələrə (LDC) ticarətdə tətbiq edilən güzəştli idxal rejimini əhatə edən GSP sistemindən söhbət açılacaq. GSP sisteminə görə adı çəkilən İEÖ bir sıra məhsul kodları üzrə idxalda rüsumsuz rejim tətbiq edirlər.
Azərbaycan Respublikası da bir sıra ölkələrin GSP sistemindən faydalanır. Azərbaycana bu sistemi tətbiq edən ölkələr və məhsul növləri haqqında, ixracı artırma yollarından biri kimi sahibkarlarımızın bu sistemdən necə yararlanması imkanları barədə məlumat veriləcəkdir.



Mühazirə 5: 20 may 2011-ci il
Mövzu: İnflyasiya və deflyasiyanın ölkə iqtisadiyyatına təsirləri. Monetar siyasətin bu fenomenlərlə mübarizədə rolu (Rəşad Həsənov)

- İstəsək də, istəməsək də inflyasiya və deflyasiya hər birimizin gündəlik həyatına birbaşa təsir edir. Bu proses necə gedir, insanların seçiminə, Mərkəzi Bankların pul siyasətinə necə təsir edir? 3-cü mühazirədə daha çox bu mövzuda danışılacaq. Mərkəzi Bankların pul siyasəti alətləri nəzərdən keçiriləcək. Bir neçə praktiki nümunə əsasında bu proses izah ediləcəkdir.

İştirak etmək istəyənlərin nəzərinə:
Mühazirələrdə iştirak pulsuzdur və hər kəs dəvətlidir. Qeyd edək ki, tədbirlər qeyd olunan günlər saat 19:00-da başlayacaq və AAA-in ofisində keçiriləcək . Zəhmət olmasa iştirakınızı təsdiqləmək üçün və ya hər hansı bir sualınıza cavab almaq üçün rashad_14@hotmail.com adresinə email yazın.sual olsa 055 277 78 76 nömrəsinə zəng edin. Rəşad
User avatar
bim_utd
Leytenant
 
Posts: 264
Joined: 27 May 2006, 23:18

Return to Sarı səhifələr

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron