Gülməli əhvalatlar (oyunlarda)

Kluba aidiyyatı olmayan söhbətlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Gülməli əhvalatlar (oyunlarda)

Postby ANTI » 05 Jun 2010, 17:29

Bilmirəm, bəlkə də belə mövzu var, amma mən tapmadım.
Gəlin, bu mövzuda müxtəlif turnirlərdə, çempionatlarda, dövrə oyunlarında baş vermiş maraqlı, gülməli əhvalatları paylaşaq.
User avatar
ANTI
Miçman
 
Posts: 134
Joined: 24 Jun 2009, 19:13
Location: BAKU

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby Turan_Mücahidi » 05 Jun 2010, 17:38

ANTI wrote:Bilmirəm, bəlkə də belə mövzu var, amma mən tapmadım.
Gəlin, bu mövzuda müxtəlif turnirlərdə, çempionatlarda, dövrə oyunlarında baş vermiş maraqlı, gülməli əhvalatları paylaşaq.


Elə isti-isti deyim ki biri bu gün bizim başımıza gəldi.Oyunumuz heç cür alınmırdı.Bir Sualın cavabını komanda yoldaşımna "prezidentin yerində əyləşdi" yaz dedim.O da cavabı yazdı.Elgünsə bu sualı tapa bilməyən iki komandadan biri olduğumuzu vurğuladı.Cavabı səsləndirdi.Gördük biz deyəndi.Komanda yoldaşım sən demə məni səhv başa düşüb.Elə bilib ki o biri versiyanı yaz demişəm :lol:

P.S. Düzdü o qədər gülməli olmasa da çox maraqlı alındı... :'(
User avatar
Turan_Mücahidi
Miçman
 
Posts: 101
Joined: 25 Jan 2010, 21:30

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby ANTI » 05 Jun 2010, 23:18

Keçən il... Anti komandasında oynayırdım. III Çağırış Kubokunda iştirak edirdik. Ən biabırçı oyunlarımızdan biri idi... :grin: BDU çempionatının havası başımızdan getmədiyi üçün özümüzü qaliblər sırasında görürdük. :lol:
Amma oyun çox dəhşətli oldu. Komanda bir patokun uşaqlarından yığıldığı üçün hamımızın imtahan günü məhz o gün idi. Necə oldu imtahanımızı verib kim nə vaxt bacardısa, oyuna qatıldı. Ən tez gələnlərdən biri mən idim, (həmin günkü imtahana görə həmin semestr əlaçı da ola bilməmişdim :( ) 8-ci suala gəlib çatmışdım.
Bir sözlə, 48 sualdan cəmi 4 cavab! :red:
Oyunun sonlarında elə vəziyyətə düşmüşdük ki, heç suallara belə qulaq asa bilmirdik. Bir də gördük ki, budur, sonuncu sualdır. Sual səslənib qurtarıb, hamımız bir-birimizə baxırıq ki, nə soruşdu. Bircə yadımızda o qalmışdı ki, hansısa əsərin adını soruşurlar. Təbii ki, axırıncı sual olduğu üçün cavabda nə isə "sonuncu", "son" sözlərinin olacağını gözləyirdik. Kapitanımız soruşur ki, uşaqlar "sonuncu" sözü ilə olan əsərlərdən nə yadınıza düşür?
Mənim də cavabım: "Sonuncu magikan"
Diqqətli uşaqlarımızdan biri deyir ki, aparıcı 3 sözdən ibarət cavab dedi axı.
Mən yenə də kefimi pozmuram: Hə də, onsuz da düzgün tərcümə deyil, əslində belə olmalıdır: "SONUNCU OLAN MAGİKAN"! :grin:
Ən maraqlısı o oldu ki, nə qədər biabırçı cavab da olsa, məhz bunu yazıb cavab kimi təqdim etdik. :lol:
User avatar
ANTI
Miçman
 
Posts: 134
Joined: 24 Jun 2009, 19:13
Location: BAKU

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby Nigar_Yasinova » 07 Jun 2010, 23:27

ANTI wrote:(həmin günkü imtahana görə həmin semestr əlaçı da ola bilməmişdim :( ) 8-ci suala gəlib çatmışdım.


Ele men de hemin imtahandan 4 aldim, sonra apellasiya ile elaci oldum ))))sehv elemiremse 6ci suala catmisdim )))

ANTI wrote:Mənim də cavabım: "Sonuncu magikan"
Diqqətli uşaqlarımızdan biri deyir ki, aparıcı 3 sözdən ibarət cavab dedi axı.
Mən yenə də kefimi pozmuram: Hə də, onsuz da düzgün tərcümə deyil, əslində belə olmalıdır: "SONUNCU OLAN MAGİKAN"! :grin:
Ən maraqlısı o oldu ki, nə qədər biabırçı cavab da olsa, məhz bunu yazıb cavab kimi təqdim etdik. :lol:


He, o sualin cavabi " Holmsun sonuncu isi" idi o suali tapmaqla biz o turnirde 2 ci olduq... )))

Bir defe oyun zamani muzakire gediir. Sonda sualin formulirovkasi beledir: ozunuzden amerika acmayin X-i cavab kartina yazib getirin. biz de cavabio deqiqe tapdiq, velosiped. Bir komanda yoldasim deyir ki, Amerikanin vobse velosipede ne dexli var? ))))))))))))))))))))))))))) Oyunun sonuna qeder ne dexli oldugunu basa sala bilmedik ))))
User avatar
Nigar_Yasinova
Vitse-Admiral
 
Posts: 2500
Joined: 20 May 2006, 22:53
Location: Baki

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby Kati » 02 Nov 2010, 00:26

Bizim komandada ne de olmasa deyib gulmekden yaxsiyiq:) Sag olsun Rufat,uduzanda bele kefimizi aca bilir ;) Son oyunda qardasimla tet-a-tet oynayirdiq :) Turyan turklerin ehalinin mallarinin siyahiya almasi barede sual verdi.Suali niyese ikimiz de xatirlaya bilmedik,mesel ve ya atalar sozu sorusuldugunu dusunduk,dusunduk...Aglima gelen ilk versiya-Kisinin mali goz qabaginda olar oldu :grin: Heyf,turk kanallarinin tesiri altinda turk mali yazdiq :cool:
Мне наплевать что вы думаете обо мне. Вот я о вас вообще не думаю!
Я АНГЕЛ в этом мире странном...
Я ДЬЯВОЛ-так меня назвали...
Я разгоню волну тумана, увижу голубые дали,
Я ДЬЯВОЛ с грустными глазами,
Я АНГЕЛ в крыльях цвета сажи...
User avatar
Kati
Dənizçi
 
Posts: 87
Joined: 03 Nov 2009, 22:53
Location: Baki ALLİANCE

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby Nottenera » 06 Dec 2010, 23:18

:grin: Kati, öldüm gülməkdən :grin:
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Gülməli əhvalatlar (oyunlarda)

Postby ANTI » 08 May 2011, 23:23

İki ilin söhbətidir. Kanalları çevirirdim. AZTV-nin "Səhər" verilişində Seymurun qonaq olduğunu gördüm. Evdə klub haqqında çox danışırdım deyə, istəyirdim ki, bizim klub haqqında hamının xəbəri olsun. Bəxtimdən də evdə ancaq nənə idi, o da o biri otaqda. Bərkdən qışqırıram ki, "Nənə, gəl, bax, bizim prezidentimizi (yenə də həmişə olduğu kimi "sədr" yox, "prezident" deyirəm) göstərirlər." Nənə də otağa gəlmək istəmir ki, "əşşi, nəyimə lazımdır, otur özün bax." Mən də özümə əl qatmışam ki, yox e, gəl bax. Axırı gedib qolundan tutub məcburən televizorun qabağına gətirtmişəm. Nənənin də gözləri zəif görür. Bir az TV-yə baxıb dedi ki, "A bala, bu niyə birdən belə dəyişib?" Vallah, birinci çaşıb qaldım ki, nənə, sən onu haradan tanıyırsan. Nənə də tərs-tərs mənə baxdı ki, "Necə yəni, bütün günü göstərirlər də onu, gəl bir görməyim də."
Yalnız onda başa düşdüm ki, nənə Seymuru ölkə prezidenti ilə səhv salıb. :grin:

P.S. Voobşe, dünyanın işini bilmək olmaz eee... Bir də gördün...
User avatar
ANTI
Miçman
 
Posts: 134
Joined: 24 Jun 2009, 19:13
Location: BAKU


Return to Sarı səhifələr

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron