Xəzərin forumunu canlandıraq

Kluba aidiyyatı olmayan söhbətlər

Moderators: sakit Ali, KiPLiot, Nigar_Yasinova

Xəzərin forumunu canlandıraq

Postby Nottenera » 14 Apr 2010, 10:00

Yadınızdadır bir vaxtlar eşalonla otururduq burada? Post post dalınca gəlirdi, yarışmalar təşkil edirdik, forumda hətta ətirşahlar da gülləyirdi )))))
Sonra facebook zad ortaya çıxdı, ara qarışdı, məzhəb itdi :'(
Burada oturmağa istəyiniz varmı?
Forumu güllük-biyaban eləmək üçün nə etməliyik?
Ehtiyac hiss edirsinizmi?
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Xəzərin forumunu canlandıraq

Postby elvandi_ali-) » 14 Apr 2010, 14:14

forumu canlandiranlar Eminov, Leylalar,Aliler,Senan,Elgun ,Aqsin ve digerleriydi.onda hami bir birinin fikrin bilmirdi muzakire olurdu.indi hamimizin dunyagorushu,fikirleri aydindi.bilirik ki kim hansi mesele haqqinda ne dushunur ve ne yazacaq.ona gore muzakire de olmuyacaq.

esas yeni xezerliler aktiv olmalidi,meselelere munasibet bildirmelidiler.amma cox passivdiler ve hiss edirem ki ozlerinden de yaman razidilar.
elvandi_ali-)
Miçman
 
Posts: 126
Joined: 02 Aug 2009, 12:56

Re: Xəzərin forumunu canlandıraq

Postby ANTI » 14 Apr 2010, 22:30

Yenilər daha böyük stajlılardan baxıb öyrənmək istərdilər.
Hə, yeri gəlmişkən, Xəzəri və XƏZƏRLİLƏRİ ad günü münasibətilə təbrik edirəm.
User avatar
ANTI
Miçman
 
Posts: 134
Joined: 24 Jun 2009, 19:13
Location: BAKU

Re: Xəzərin forumunu canlandıraq

Postby Emin FATEH » 15 Apr 2010, 10:53

Gözəl təşəbbüsdür. Fikrimcə durğunluğa səbəb elə deyilən kimi facebook kimi sosial şəbəkələrin populyarlığı, həmçinin də Xəzərdəki oyunların hələ təzə-təzə qızışmasıdır. Oyunlarda iştirak etməyən və bir-birinin üzünü ildə bir neçə dəfə görən insanlarçün müzakirə məkanının Facebook olması daha rahatdır. Çünki Xəzərin forumu bir-iki istisna halı çıxmaqla yalnız xəzərlilərin müzakirə meydanıdır. Oyunlarda iştirak etməyən xəzərlilərin də forumda passivliyi başa düşüləndir. Ümid edirəm artıq gələn dövrələrdən vəziyyət düzələcək. :)
User avatar
Emin FATEH
Leytenant
 
Posts: 319
Joined: 27 May 2006, 16:50
Location: BADI-KUBE

Re: Xəzərin forumunu canlandıraq

Postby TURANLI » 15 Apr 2010, 11:40

Emin sən canı lazım deyil. Fufa bir oyun düzdü qoşdu qalibləri də öz kriteriyalarıynan müəyyənəşdirdi.Aləmi qatdı hamını vurdu bir birinə . Bizim canlanma dediyimiz ancaq vətəndaş müharibəsiydi.. kimin kimdən xoşu gəlmirdi onun postun siliridi, o birisi səhəri söyürdü. Səncə buydu canlanma? Sən burda silinnən postların yarısın görsəndin deyərdin ki mən hara düşmüşəm xəbərim yoxdu. Tak şto lazım deyil canlanma. İndi şərait dəyişib. Çoxunun ailə problemləri var.Qalanlarının iş. Hamının da başı qarışıqdı.Bu təbii prosesdi.
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Xəzərin forumunu canlandıraq

Postby KiPLiot » 15 Apr 2010, 23:03

TURANLI wrote:Emin sən canı lazım deyil. Fufa bir oyun düzdü qoşdu qalibləri də öz kriteriyalarıynan müəyyənəşdirdi.Aləmi qatdı hamını vurdu bir birinə . Bizim canlanma dediyimiz ancaq vətəndaş müharibəsiydi.. kimin kimdən xoşu gəlmirdi onun postun siliridi, o birisi səhəri söyürdü. Səncə buydu canlanma? Sən burda silinnən postların yarısın görsəndin deyərdin ki mən hara düşmüşəm xəbərim yoxdu. Tak şto lazım deyil canlanma. İndi şərait dəyişib. Çoxunun ailə problemləri var.Qalanlarının iş. Hamının da başı qarışıqdı.Bu təbii prosesdi.


Bax problemin birini ele sen ozun yaratdin. Axi camaat neyise muzakire etmek isteyirse sen niye onu kokunden vurmaga calishirsan. Senin, menim ve ya kiminse shexsi problemlerinin forumdaki muzakirelerin qizishib-qizishmamasina ne dexli var? Problemi olanlar ucun cox sade cixish yolu var - forumu oxumasin ve ya munasibet bildirmesin. Yoxsa bu dondu lap senin Cagirish-3-den sonra forumda yazdigin "hec kim apelyasiya vermesin, cunki bu munasibetleri pozur" fikrine.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: Xəzərin forumunu canlandıraq

Postby TURANLI » 16 Apr 2010, 11:52

Bıy doğrudan demişəm? :uyda: Heç yadımda deyil. Elə sənin də gücün ancaq maa çatır. Başqalarına söz deyə bilmirsən haaa. Nəsə
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Xəzərin forumunu canlandıraq

Postby Nottenera » 16 Apr 2010, 20:29

elvandi_ali-) wrote:forumu canlandiranlar Eminov, Leylalar,Aliler,Senan,Elgun ,Aqsin ve digerleriydi.onda hami bir birinin fikrin bilmirdi muzakire olurdu.indi hamimizin dunyagorushu,fikirleri aydindi.bilirik ki kim hansi mesele haqqinda ne dushunur ve ne yazacaq.ona gore muzakire de olmuyacaq.

esas yeni xezerliler aktiv olmalidi,meselelere munasibet bildirmelidiler.amma cox passivdiler ve hiss edirem ki ozlerinden de yaman razidilar.

Mən də fikir vermişəm sən deyənə... Özündənrazılıqmı deyim, ya özündənəminsizlik... Daha çox ikincisi
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Xəzərin forumunu canlandıraq

Postby Nottenera » 16 Apr 2010, 20:31

Emin FATEH wrote:Gözəl təşəbbüsdür. Fikrimcə durğunluğa səbəb elə deyilən kimi facebook kimi sosial şəbəkələrin populyarlığı, həmçinin də Xəzərdəki oyunların hələ təzə-təzə qızışmasıdır. Oyunlarda iştirak etməyən və bir-birinin üzünü ildə bir neçə dəfə görən insanlarçün müzakirə məkanının Facebook olması daha rahatdır. Çünki Xəzərin forumu bir-iki istisna halı çıxmaqla yalnız xəzərlilərin müzakirə meydanıdır. Oyunlarda iştirak etməyən xəzərlilərin də forumda passivliyi başa düşüləndir. Ümid edirəm artıq gələn dövrələrdən vəziyyət düzələcək. :)

Əlbəttə, mən demirəm ki, facebook-a girməyək, sadəcə olaraq, buraları da "Bayquşların söhbətləri"ndən "Mədain xərabələri"nə çevirməyək, bir növ, "barı yada sal məni" prinsipi ))) nə yaman poetik danışdım )))
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Xəzərin forumunu canlandıraq

Postby Nottenera » 16 Apr 2010, 20:42

TURANLI wrote:Emin sən canı lazım deyil. Fufa bir oyun düzdü qoşdu qalibləri də öz kriteriyalarıynan müəyyənəşdirdi.Aləmi qatdı hamını vurdu bir birinə . Bizim canlanma dediyimiz ancaq vətəndaş müharibəsiydi.. kimin kimdən xoşu gəlmirdi onun postun siliridi, o birisi səhəri söyürdü. Səncə buydu canlanma? Sən burda silinnən postların yarısın görsəndin deyərdin ki mən hara düşmüşəm xəbərim yoxdu. Tak şto lazım deyil canlanma. İndi şərait dəyişib. Çoxunun ailə problemləri var.Qalanlarının iş. Hamının da başı qarışıqdı.Bu təbii prosesdi.

Gəldik Aqşin müəllimin postuna ))
Bəyəm Fufanın oyununun qalibi oldu ki? Olmadı axı, yarıda dayandı. Həvəsləri birinci dəfə onda öldürdülər.
Sonra, bəzi qeyri-sivil apelyasiyalar və ondan da qeyri-sivil komandaarası münaqişələr, mövzularda saçyoldu və s. o cümlədən, postların silinməsi və narazılıqlara səbəb oldu. Mən indiyə kimi KİPL-lə münaqişəmizi unuda bilməmişəm, çox təəssüf edirəm ki, ümumiyyətlə belə bir yaşamışıq... Oyundur, bitdi, getdi, bizə qalan münasibətlərimiz oldu... Gəlin kin saxlamayaq, kim nəyi pozubsa da, yəqin buna səbəbləri olub, indi burada qalan moderlər Elgündü, mənəm, Nigardı, biz heç nəyi silmirik, bircə posta həsrətdi forum, kimin həvəsi, vaxtı, ağlamayan uşağı, daşmayan qazanı varsa, buyursun gəlsin yazsın )))
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Xəzərin forumunu canlandıraq

Postby TURANLI » 16 Apr 2010, 20:49

Leyla bir şey yazan var ki pozulsun?:) Nəsə, düzdü yaşayırıq da özümüz üçün. Düzü mən artıq eroviziondan sonra bu forumun canlanmasının da sirrin tapmışam. Tam qətiyyətlə deyə bilərəm ki bir daha canlanma olmayacaq :grin:
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Xəzərin forumunu canlandıraq

Postby Nottenera » 16 Apr 2010, 20:52

Mən də bilirəm ki, olmayacaq, sadəcə olaraq, keçmişimizin bu xatirəsini canlı tutmaq istəyirəm )))
Ceterum Censeo armenia Esse Delendam!!!
User avatar
Nottenera
Vitse-Admiral
 
Posts: 2853
Joined: 22 Apr 2007, 21:52
Location: ModLand

Re: Xəzərin forumunu canlandıraq

Postby TURANLI » 16 Apr 2010, 20:53

Deyir axar suya bir də girməzlər:)
User avatar
TURANLI
İkinci dərəcəli kapitan
 
Posts: 1466
Joined: 29 Mar 2008, 10:58
Location: Qaraçuxur-Dəlixana

Re: Xəzərin forumunu canlandıraq

Postby KiPLiot » 16 Apr 2010, 23:50

Nottenera wrote:
TURANLI wrote:Emin sən canı lazım deyil. Fufa bir oyun düzdü qoşdu qalibləri də öz kriteriyalarıynan müəyyənəşdirdi.Aləmi qatdı hamını vurdu bir birinə . Bizim canlanma dediyimiz ancaq vətəndaş müharibəsiydi.. kimin kimdən xoşu gəlmirdi onun postun siliridi, o birisi səhəri söyürdü. Səncə buydu canlanma? Sən burda silinnən postların yarısın görsəndin deyərdin ki mən hara düşmüşəm xəbərim yoxdu. Tak şto lazım deyil canlanma. İndi şərait dəyişib. Çoxunun ailə problemləri var.Qalanlarının iş. Hamının da başı qarışıqdı.Bu təbii prosesdi.

Gəldik Aqşin müəllimin postuna ))
Bəyəm Fufanın oyununun qalibi oldu ki? Olmadı axı, yarıda dayandı. Həvəsləri birinci dəfə onda öldürdülər.
Sonra, bəzi qeyri-sivil apelyasiyalar və ondan da qeyri-sivil komandaarası münaqişələr, mövzularda saçyoldu və s. o cümlədən, postların silinməsi və narazılıqlara səbəb oldu. Mən indiyə kimi KİPL-lə münaqişəmizi unuda bilməmişəm, çox təəssüf edirəm ki, ümumiyyətlə belə bir yaşamışıq... Oyundur, bitdi, getdi, bizə qalan münasibətlərimiz oldu... Gəlin kin saxlamayaq, kim nəyi pozubsa da, yəqin buna səbəbləri olub, indi burada qalan moderlər Elgündü, mənəm, Nigardı, biz heç nəyi silmirik, bircə posta həsrətdi forum, kimin həvəsi, vaxtı, ağlamayan uşağı, daşmayan qazanı varsa, buyursun gəlsin yazsın )))


KiPL yox, o vaxt Kvartet idi. Post silməyə gəlincə yazan az olsa da mən adətən off-topları silirəm və ya aidiyyəti movzuya köçürürəm.
Mors Certa, Vita Incerta!

Tərcüməsi:Ölüm qaçılmazdır, həyat qeyri-müəyyən.
User avatar
KiPLiot
Birinci dərəcəli kapitan
 
Posts: 1951
Joined: 01 Jun 2006, 18:26
Location: Nowhereland

Re: Xəzərin forumunu canlandıraq

Postby HAQVERDI » 17 Apr 2010, 21:11

Məncə forumda yeni,gündəmdə olan,bizi düşündürən,klubun inkşaf planlari ilə əlaqəli mövzular acilmalidir,müzakirələrə isə digərlərini cəlb etmək üçün başqa saytlardan reklam məqsədi üçün istfadə etmək olar,(məs.facebook kimi)
Bir hər həftə oyunlar keçiriləndə forumu komandalarin nəzərinə catdirmaq lazimdir,əksəriyyətinin bundan heç xəbəri yoxdur.
Ancaq doğrudan da bu facebook çixandan bəri forumlarin qəniminə çevrilib,ancaq onun da bir vaxti var,get-gedə artiq o da "moddan düşür"
User avatar
HAQVERDI
Dənizçi
 
Posts: 70
Joined: 27 Nov 2008, 21:50

Next

Return to Sarı səhifələr

Who is online

Users browsing this forum: No registered users and 1 guest

cron